Evoğlu (Tərtər)

EvoğluAzərbaycan Respublikasının Tərtər rayonunun eyni adlı inzibati ərazi vahidində kənd.

Evoğlu
40°18′03″ şm. e. 47°03′23″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Tərtər rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Evoğlu xəritədə
Evoğlu
Evoğlu

Kənd Qarabağ düzündədir. Etnotoponimdir. Səlcuq oğuzlarının ivə/yivə tayfa adından və etnonim yaradıcılığında iştirak edən oğlu (nəsli) komponentindən ibarətdir. 1823-cu ilə aid bir sənəddə yalnız Ağdam rayonundakı Evoğlu kəndinin adı çəkilir və bildirilir ki, bu nəsil Qaradağlı tayfasına mənsubdur. Qaradağlılar isə kəngərlilərin qaraxanlı tayfasının bir qoludur. Bu sənədə əsasən məlum olur ki, Tərtər rayonundakı Evoğlu kəndini sonralar Ağdamın eyniadlı kəndindən köçmüş ailələr salmışlar. Vaxtilə qızılbaşlar, sonralar isə Şahsevən tayfa birləşməsinə daxil olan evoğlular Səfəvilər dövlətinin siyasi və ictimai həyatında müəyyən rol oynamışlar. Odur ki, hazırda Cənubi Azərbaycanın Xoy Şəhristanında 32 kəndi əhatə edən Evoğlu dehistanı mövcuddur.[1].

Evoğlu adının yaranması barədə müxtəlif fərziyələr var. Bunların içərisində ən dəqiqi akademik T.Bünyadovun irəli sürdüyü fərziyədir. T.Bünyadova görə Evoğlu sözü qədim Türk tayfası olan İVƏ (yivə) tayfalarının adıyla bağlıdır. Həmin tayfanın 1 qolu da Qaradağlı tayfasıdır. Evoğlu adı İvəli, Yivəli adlarının tələffüzdə baş verən dəyişiklik əsasında müasir formaya düşdüyü bildirilir. Evoğlu adlı Azərbaycan Respublikasında 3 yaşayış məntəqəsi,Cənubu Azərbaycanda isə 30 kəndlik dehistan (şəhər tipli qəsəbə) vardır. T.Bünyadova görə Evoğlu tayfası səfəfilər sarayında tanınmış tayfa olmuşdur.

  1. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.