Al Paçino

Alfredo Ceyms "Al" Paçino (ing. Alfredo James "Al" Pacino; 25 aprel 1940[1][2][…], Manhetten, Nyu-York ştatı[3]) — italyan əsilli ABŞ aktyoru, rejissoru, ssenaristi və prodüseri. O, həm də teatr aktyoru kimi tanınır. "Qadın ətri" filmində oynadığı rola görə "Oskar" mükafatına layiq görülüb.

Al Paçino
Doğum adı Alfredo James Pacino
Digər adı Alfredo Ceyms Paçino
Doğum tarixi 25 aprel 1940(1940-04-25)[1][2][…] (84 yaş)
Doğum yeri
Vətəndaşlığı
Fəaliyyəti Aktyor, rejissor, prodüser, ssenari müəllifi
Fəaliyyət illəri 1967-ci ildən
Təhsili
  • HB Studio[d],
  • Aktyorlar studiyası[d],
  • Li Strasberq Teatr və Film İnstitutu[d]
Boyu 168 sm
Üzvlüyü
Mükafatları "Oskar" (1992)
"Toni" (1969, 1977)
"BAFTA" (1975)
IMDb ID0000199
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Al Paçino 25 aprel 1940-cı ildə ABŞ-nin Nyu-York şəhərində anadan olub. Ona məşhurluğu Frensis Ford Koppolanın üç hissədən ibarət "Xaç atası" filmində oynadığı rol gətirib. İlk dəfə 1969-cu ildə "Mən, Natali" filmində qısa epizodik rol oynayıb. 1967–1969-cu illərdə Nyu-York polisi (N. Y. P. D) teleserialına çəkilib. Sonralar isə "Nidl Parkda təşviş" (1971) filmində gənc narkoman rolunu oynayıb. Məhz bu roluna görə Frensis Ford Kopollanın diqqətini özünə çəkib və 1972-ci ildə "Xaç atası" filmində Maykl Korleonenin rolunu canlandırıb. Bu roluna görə kino tənqidçiləri tərəfindən çox yüksək qiymətləndirilib.

1973-cü ildə o, "Serpiko", "Müqəvva" filmlərində, sonralar isə "Xaç atası 2" (1974), "İt günündə günorta" (1975), "Bobbi Derfild" (1977), "Ədalət hamı üçündür" (1979), "Qatili axtaran" (1980), "Müəllif! Müəllif!" (1982) filmlərinə çəkilib. 1983-cü ildə Al Paçino özünün əsas işlərindən saydığı Brayn De Palmanın "Çapıqlı üz" (1983) filmində "Toni Montana" rolunu oynayıb. Səksəninci illərdə Al güclü alkoqol aludəçisinə çevrilib. Nəticədə onun kino karyerasında dörd illik boşluq yaranıb. Bu illəri o teatra həsr edib.

1989-cu ildə o yenidən filmlərə çəkilməyə başlayıb. 1992-ci ildə "Qadın ətri" filmindəki roluna görə "Oskar mükafatına" layiq görülüb.

2010-cu ildə "Sən Ceki tanımırsan" televiziya filmində Dr. Cek Kevorkian rolunu canlandırıb.

Şəxsi həyatını nümayiş etdirməyi sevməyən Al Paçino, heç vaxt evli olmayıb. Lakin buna baxmayaraq, onun övladları var. Sevimli yazıçısı Anton Çexovun şərəfinə o, övladlarından birinə Anton adı verib. Al Paçinonun nənəsi və babası Siciliyadan olan Korleone nəslinə mənsubdurlar. Uşaq vaxtı Al Paçino özünü təmin etmək üçün ofisiant, kuryer, bilet yoxlayan kimi çalışıb. Onun həyatı o qədər ağır olub ki, bəzən gələcəyin ulduzu səsdinləmə studiyasına çatmaq üçün avtobus bileti almaqdan ötrü borca pul da götürürdü. 1997-ci ilin oktyabr ayında Britaniyanın "Empire" jurnalı Al Paçinonu bütün dövrlərin 100 ən böyük kino ulduzu siyahısında dördüncü yerdə qərarlaşdırıb. Aktyorluq fəaliyyətinə başlamazdan əvvəl Al Paçino italyan restoranlarından birində aşpaz işləyib. 1961-ci ildə 21 yaşındaykən Al Paçino sükan arxasında olarkən qəfildən polis tərəfindən yaxalanır. Qara maskada və əlcəklərdə olan aktyorun avtomobilindən silah tapıldığına görə, onu həbs edirlər. Lakin sonradan məlum olur ki, Al Paçino hansəısa filmin çəkilişindən qayıdırmış. Silah isə çəkiliş meydançasından olan rekvizit imiş. Zərərli vərdişlər ailənin yeganə övladı olan Al Paçinodan da yan keçməyib. Belə ki, o, əvvəllər alkoqol asılılığından əziyyət çəkib. 1994-cü ildə isə səsi xarab olmasın deyə, siqaret çəkməkdən imtina edib. O, aktyorluq sənətinə Robert de Niro, Marlon Brando, Dastin Hofman və Merilin Monronun təhsil aldığı məktəbdə yiyələnib. Maykl Korleone rolunu əldə etməklə Al Paçino, Cek Nikolson və Uorren Bitti kimi aktyorları geridə qoyub. Kino aləminin ən yüksək məvacibli aktyorlarının ilk onluğuna daxildir. Al Paçino "Pretty Woman", "Apocalypse Now", "Star Wars" və digər bir neçə filmdə çəkilməkdən imtina edib. Kinodakı uğurlu karyerasından başqa, Al Paçino teatrda da uğurlar əldə edib. 1977-ci ildə o, teatr aləminin nüfuzlu mükafatı Toni ilə təltif edilib. Uşaq vaxtı peşəkar beysbolçu olmaq istəyən Al Paçino, kino aləminə qədəm basdıqdan sonra demək olar ki, bütün mükafatları əldə edib. BAFTA, "Qızıl Şir", "Qızıl Qlobus", "Emmi" və digərləri. 1980-ci ildə Oskara nominasiya edilsə də Dastin Hofmana uduzub. Qəribə təsadüf nəticəsində Hofman ona, Al Paçinonun bir zamanlar imtina etdiyi "Kramer Kramerə qarşı" filmindəki yaratdığı obrazı ilə qalib gəlib.

Filmlər
İli Azərbaycanca adı Rolu Orijinal adı
1969 Mən, Natali Toni Me, Natalie
1971 Nidl Parkda təşviş Bobbi The Panic in Needle Park
1972 Xaç atası Maykl Korleone The Godfather
1973 Serpiko Frenk Serpiko Serpico
1973 Müqəvva Toni Damato Scarecrow
1974 Xaç atası 2 Maykl Korleone The Godfather: Part II
1975 İt günündə günorta Sonni Vortzik Dog Day Afternoon
1977 Bobbi Derfild Bobbi Derfild Bobby Deerfield
1979 Ədalət hamı üçündür Artur Kirklənd …And Justice for All
1980 Qatili axtaran Stiv Borns Cruising
1982 Müəllif! Müəllif! İvan Trevelian Author! Author!
1983 Çapıqlı üz Toni Montana Scarface
1985 İnqilab Tom Dobb Revolution
1989 Sevgi dənizi Frenk Keller Sea of Love
1990 Yerli kəkəli Qrexem The Local Stigmatic
1990 Dik Treysi Big Boy Caprice Dick Tracy
1990 Xaç atası 3 Maykl Korleone The Godfather: Part III
1991 Frenki və Conni Conni Frankie and Johnny
1992 Amerikalılar Riki Roma Glengarry Glen Ross
1992 Qadın ətri Frenk Sleyd Scent of a Woman
1993 Karlitonun yolu Karlito "Çarli" Briqante Carlito’s Way
1995 Dördlük Gitano Sabatoni Two Bits
1995 Ələ keçirmə Leytenant Vinset Hanna Heat
1996 Riçardın axtarışında Riçard III Looking for Richard
1997 Donni Brasko Benjamin "Solaxay" Ruqqiero Donnie Brasco
1997 İblisin vəkli Con Milton The Devil’s Advocate
1999 Yaxın adam Lauell Berqman The Insider
1999 Hər bazar günü Toni Damato Any Given Sunday
2000 Çin qəhvəsi Qarri Levin Chinese Coffee
2002 Yuxusuzluq Uill Dormer Insomnia
2002 Simona Viktor Taranski Simone
2002 Lazım adamlar Eli Vurman People I Know
2003 Giqli Starkman Gigli
2003 Amerikada mələklər Roy Con Angels in America
2004 Venesiyalı tacir Şeylak The Merchant of Venice
2005 İkilik pul Volter Ebrams Two for the Money
2007 Ouşenin on üç dostu Uilli Benk Ocean's Thirteen
2007 88 dəqiqə Dr. Cek Qremm 88 Minutes
2008 Öldürmək hüququ Devid "Ruster" Fisk Righteous Kill
2010 Sən Ceki tanımırsan Dr. Cek Kevorkian You Don't Know Jack
2011 Təhlükəli məhəllə detektiv Stenford The Son of No One
2011 Cek və Cill öz rolunda Jack & Jill
  • "Xaç atası 2" və "İt günündə günorta" filmlərində ən yaxşı kişi roluna görə "BAFTA" mükafatı
  • "Qadın Ətri" (1992) filmində ən yaxşı kişi roluna görə "Oskar" mükafatı
  • Venesiya kinofestivalından "Qızıl aslan" mükafatı (1994).
  • "Sən Ceki tanımırsan" televiziya filmindəki roluna görə "Emmi" mükafatı (2010).[4]
  1. 1 2 Al Pacino // Internet Broadway Database (ing.). 2000.
  2. 1 2 Alfred James Pacino // Internet Broadway Database (ing.). 2000.
  3. 1 2 Deutsche Nationalbibliothek Record #119070243 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. "Al Paçinonun Emmi mükafatı alması". 2014-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-26.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]