Ömər Sərcan İpəkçioğlu (türk. Ömer Sercan İpekçioğlu, təxəllüsü: Ezhel; 1 iyul 1991[1], Çanqaya, Ankara ili[2]) — Türkiyə repçisi və söz yazıçısı.
Ezhel | |
---|---|
| |
Ümumi məlumatlar | |
Doğum adı | Ömər Sərcan İpəkçioğlu |
Ləqəbi | Ezhel |
Doğum tarixi | 1 iyul 1991[1] (33 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | repçi |
Fəaliyyət illəri | 2008–h.h. |
Janr | hip-hop[d][3] |
Albom şirkətləri | VooDoo • KOAL |
Əlaqələri | Aga B • DJ Artz • Bugy |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Ömər Sərcan İpəkçioğlu 1 iyul 1990-cı il tarixində Türkiyənin paytaxtı Ankara şəhərində anadan olmuşdur. Onun ailəsi musiqi ilə maraqlanırdı – anası Anadolu xalq rəqqası, dayısı isə musiqiçi, səsçi və səhnə işıqçısı idi.[4] O, "TED" məktəbinə təqaüd alır. Bu dövrdə "Ezhel" "Eminem", "50 Cent" və Tupak Şakur kimi ABŞ repçilərinə qulaq asmağa başlayır.[5]
18 yaşında olarkən o, "Afra Tafra" adlı reqqi janrındakı mahnılar ifa edən bir musiqi qrupunun üzvü olmuşdur. "Hip-Hop Life" saytının təşkil etdiyi müsabiqədə o, "Freestyle kralı" seçilmiş və 2.000 türk lirəsi qazanmışdır.[6] Qrupdan ayrıldıqdan sonra Ankara şəhərində bir neçə dostu ilə "Kökler Filizleniyor" adlı öz reqqi musiqi qrupunu təsis etmişdir.[7] O, karyerasına 2017-ci ilə qədər "Ais Ezhel" təxəllüsü ilə davam etmişdir.[8]
Ezhel bağlama, ney və gitara da ifa edə bilir. Onun debüt musiqi albomu "Müptezhel" 2017-ci ildə buraxılmışdır.[9]
Ezhel 24 may 2018-ci ildə mahnılarında "narkotikdən istifadəyə fitva vermək"lə ittiham olunaraq nəzarətə alınmışdır.[10] Onun nəzarətə alınması Türkiyədə mənfi reaksiyalara səbəb olmuşdu. Twitter sosial şəbəkəsində "#FreeEzhel" heşteqi məşhurlaşmışdı və çoxlu Türkiyə musiqiçisi Ezheli dəstəkləyini açıqlamışdır.[11] On il müddətinə azadlıqdan məhrum olma ilə uzləşən Ezhel 19 iyunda ilk məhkəmə dinləməsi başlayandan 9 dəqiqə sonra bəraət qazanmışdır. Onun vəkili Fuad Əkin verdiyi müsahibədə "Biz, bəraət əldə etdik. Deyə bilərik ki, ədalət öz yerini tapdı" demişdir.[12]
Ezhel 2019-cu ildən ona qarşı açılan məhkəmə iddialarına görə Almaniyanın paytaxtı Berlində yaşayır.
Dünya ve Anadolu halk dansları sanatçısı bir annenin oğlusunuz ... Sonra dayım da müzisyendi, sesçi ve ışıkçıydı.
Çocukken TED’de okudum, % 75 bursum vardı ... Benim ilk dinlediğim Eminem’di ... Sonra 8 Mile filmi çıktı ve 50 Cent’ler, 2pac’lar derken, internetten kaçırdıklarımıza bakmalar başladı.
İkinci turda da Allâme'nin daha etkisiz olduğuna karar veren seyirciler Ais "Ezhel"'in hak ettiğini düşünerek birinci seçtiler.
At 18, he started playing with a reggae band called Afra Tafra. Following the unfortunate demise of the band, he formed a group named Kökler Filizleniyor along with couple of his friends from Ankara in which they performed reggae, rock, and hip-hop.
Another golden rapper is from the capital Ankara – Ais "Ezhel" – his great mixture of hip hop and reggae makes him unique.
Whether because we longed for a rise like his in Turkish rap, or because he can be rebellious without the arabesque, "Ezhel"’s debut album “Müpt"Ezhel"” seems to continue its success.
Sosyal medya hesapları ve söylediği bazı şarkılarında uyuşturucu kullanımını özendirdiği gerekçesiyle daha önce gözaltına alınarak ‘adli kontrol’ şartıyla serbest bırakılan rapçi Ömer Sercan İpekçioğlu, bir kez daha gözaltına alındı.
His arrest had led to widespread outcry in Turkey, with many supporters making the hashtag “#FreeEzhel” a trending topic on Twitter and other Turkish musicians expressing support to him.
An Istanbul court on Tuesday acquitted a popular Turkish rapper who faced up to 10 years in jail on charges of encouraging drug use.