Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Füzuli Sabiroğlu (tam adı: Elyazov Füzuli Sabir oğlu; 20 noyabr 1964, Kiçik Məzrə, Basarkeçər rayonu) — Azərbaycan yazıçısı, şair, ssenari müəllifi, rejissor, baş redaktor.
Füzuli Sabiroğlu | |
---|---|
Füzuli Sabir oğlu Elyazov | |
Doğum tarixi | 20 noyabr 1964 (59 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Atası | Sabir |
Fəaliyyəti |
ssenari müəllifi rejissor baş redaktor |
Təhsili | |
Üzvlüyü |
|
Mükafatları |
|
sabiroghlu.tk | |
Vikianbarda əlaqəli mediafayllar |
Füzuli Sabiroğlu 20 noyabr 1964-cü ildə Göyçə mahalının Basarkeçər (indiki Vardenis) rayonunun Kiçik Məzrə kəndində anadan olub[1]. 1986-cı ildə Azərbaycan Texniki Universitetini bitirib.
Ədəbi yaradıcılığa XX əsrin 80-ci illərində başlayıb. Respublika mətbuatında ilk çıxışı 1988-ci ildə "Gənclik" jurnalında olub. O vaxtdan müntəzəm olaraq şeir, hekayə və publisistik yazıları respublika mətbuatında dərc olunur.
1993–1994-cü illərdə Azərbaycan Milli Ordusunun zabiti kimi Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib. 2003-cü ildə "Sahilsiz Dəniz" jurnalının redaktoru işləyib.
2004-cü ildən 2008-ci ilə qədər "Lider" televiziyasının "Azərbaycan" sənədli filmlər redaksiyasında redaktor işləyib. 2008-ci ildən həmin redaksiyanın baş redaktorudur.
50-dən artıq sənədli televiziya filminin ssenari müəllifi və rejissorudur.
Rəhbərlik etdiyi yaradıcı qrupun hazırladığı "Azərbaycan qalaları" sənədli filmlər silsiləsi 2009-cu ildə "Humay" mükafatına layiq görülüb.
22 dekabr 2022-ci ildə "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif olunub.
3 fevral 2023-cü ildə "Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)" yubiley medalı ilə təltif olunub.
24 iyul 2023-cü ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvlüyünə qəbul edilmişdir.[2]