Film ərazisi indiki Ermənistanı, Türkiyənin İğdır vilayətini və Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarını əhatə edən, Türkmənçay müqaviləsi nəticəsində Rusiya imperiyasına birləşdirilən İrəvan xanlığından bəhs edir.
İrəvan və irəvanlılar | |
---|---|
Fayl:İrəvan və irəvanlılar. I film. İrəvan (film, 2007).jpg | |
Janr | tarixi |
Rejissor | Füzuli Sabiroğlu |
Ssenari müəllifi | Füzuli Sabiroğlu |
Operatorlar |
Sərvər Rəşidoğlu Taleh Mahmudov Rövşən Quliyev Fuad Nəzərov Azad İbrahimov |
İstehsalçı | Lider TV ("Azərbaycan" redaksiyası) |
İlk baxış tarixi | 1 oktyabr 2007, Lider TV |
Filmin növü | qısametrajlı sənədli televiziya filmi |
Müddət | 30 dəq. |
Ölkələr | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2007 |
Rəng | rəngli |
Əsası XVIII əsrin ortalarında Mir Mehdi xan tərəfindən qoyulan xanlığın mərkəzi İrəvan şəhəri olub. Mənbələrə görə İrəvan şəhərinin əsasını səfəvi sərkərdəsi Rəvanqulu xan qoymuşdur. Filmdə həmçinin xanlığın yadelli düşmənlərə qarşı apardığı mübarizədən, azərbaycanlıların inşa etdikləri tarixi abidələrin sonradan burada məskunlaşan ermənilər tərəfindən məhv edilməsindən söhbət açılır.
Filmdə Foto-Kino Sənədləri Arxivinin və Teatr Tarixi Muzeyinin materiallarından, "Vətəndaşların Sosial Rifahı Naminə" Qeyri Hökumət Təşkilatının təşkil etdiyi "Qədim İrəvan xanlığının tarixi abidələri və mədəni irsi" sərgisinin materiallarından istifadə olunmuşdur.
Filmdə "İrəvanda xal qalmadı" mahnısı səslənir.