Fəlsəfə və sosial-siyasi elmlər (jurnal)

"Fəlsəfə və sosial-siyasi elmlər jurnalı"nın üz səhifəsi

"Fəlsəfə və sosial-siyasi elmlər" jurnalı – Azərbaycanda fəlsəfə və sosial-siyasi elmlər sahəsində çap olunan jurnal.

"Fəlsəfə və sosial-siyasi elmlər" jurnalı [1] Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası (AFSEA) tərəfindən 2003-cü ildən etibarən nəşr olunur. Jurnalın Redaksiya Şurasının sədri akademik Ramiz Mehdiyev; baş redaktoru AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov; məsul katibi prof. Könül Bünyadzadədir. Redaksiya şurasına bir çox görkəmli alimlər – Prof. Dr. Anna-Tereza Timineçka (ABŞ), Prof. Dr. Kenan Gürsoy (Türkiyə), Prof. Dr. Korkut Tuna (Türkiyə), Prof. Dr. Ş.Teoman Duralı (Türkiyə), Prof. Dr. V.A.Lektorski (Rusiya), Prof. Dr. A.N.Çumakov (Rusiya), Prof. Dr. David Evans (İngiltərə), Prof. Dr. Əbdümalik Nısanbayev (Qazaxıstan), Prof. Dr. Rəbiyyət Aslanova, Prof. Dr. İlham Məmmədzadə, Prof. Dr. Rəfiqə Əzimova, Prof. Dr. Əli Həsənov – daxildir.

İctimai və humanitar elmlər üzrə Azərbaycanda ilk dəfə olaraq "Fəlsəfə və sosial-siyasi elmlər" jurnalı Beynəlxalq "Index Copernicus"a və "Philosopher’s Index"ə daxil edilmişdir.

ISSN:1810-9047 qeydiyyat nömrəli "Fəlsəfə və sosial-siyasi elmlər" jurnalı ildə 4 dəfə nəşr olunur. Jurnalın Redaksiya şurası ilə əlaqə [email protected] elektron ünvanı vasitəsilə həyata keçirilə bilər.

Jurnalda Azərbaycan, türk, rus və ingilis dillərində məqalələr ekspertizadan keçəndən sonra çapa qəbul olunur və qeyd olunan dillərdə xülasə ilə təmin edilir. Jurnala fəlsəfə və sosial-siyasi elmlər sahəsində aktual, müasir və orijinal məqalələr qəbul olunur. Şərq-Qərb fikir dünyasının özəlliklərini, elmin, ədəbiyyatın fəlsəfəsini zənginləşdirən məqalə və esselərə üstünlük verilir.

Jurnalda çıxan bütün məqalələrin ingilis dilində xülasəsi Philosopher’s Index tərəfindən çap olunaraq bütün dünya ölkələrinə yayılır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Fəlsəfə Dünyası". 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-05.