Fərəc Adil oğlu Yusifbəyli (19 sentyabr 1956) — azərbaycanlı dövlət və siyasi xadim, Naxçıvan Ali Məclisinin II çağırış üzvü.
Fərəc Yusifbəyli | |
---|---|
2000 – 2005 | |
Seçki dairəsi | 23 saylı Cəhri |
Əvvəlki | Vəzifə təsis edildi. |
Sonrakı | Səlim İsmayılov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 19 sentyabr 1956 (68 yaş) |
Partiya | |
Təhsili |
Fərəc Yusifbəyli 19 sentyabr 1956-cı ildə anadan olmuşdur. 1979-cu ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. 1979-cu ildə Babək rayonu Yuxarı Ozanoba kənd orta məktəbində müəllim olaraq çalışmağa başlamışdır. Daha sonra eyni məktəbdə riyaziyyat müəllimi olaraq işləməyə davam etmişdir.
Fərəc Yusifbəyli 1989-cu ildən Azərbaycan Xalq Cəbhəsinin üzvü olmuşdur. O, Azərbaycan Xalq Cəbhəsi Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatının sədr müavini və Babək Rayon Təşkilatının sədri olmuşdur.
Fərəc Yusifbəyli Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü olaraq 2000-ci il Naxçıvan Ali Məclisinə seçkilərə 23 saylı Şıxmahmud seçki dairəsindən qatılmışdır. Seçkiləri birinci tamamlayaraq II çağırış Naxçıvan Ali Məclisinin deputatı seçilmişdir.
Fərəc Yusifbəyli 2004 tarixində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasında təmsil olunsa da partiya rəsmi qeydiyyata 2005-ci ilin avqust ayında qeydiyyata alındığı üçün çağırış sonuna qədər Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü sayılmışdır. Son 2–3 ayda isə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü olmuşdur.
Fərəc Yusifbəyli 2010-cu il Azərbaycan Milli Məclisinə seçkilərdə 5 saylı Şahbuz-Babək seçki dairəsi üzrə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sıralarından Böyük Quruluş Partiyası, Ədalət Partiyası və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasını özündə birləşdirən İslahat Blokunun deputatlığa vahid namizədi seçilmişdir.[1][2] Seçkiləri 684 səs (3,5%) toplayaraq Yeni Azərbaycan Partiyasının namizədi Siyavuş Novruzov və bitərəf namizəd Arzu Qurbanovdan sonra 3-cü sırada tamamlamışdır.[3]