Fərdi Neytral İdmançılar 2024 Yay Olimpiya Oyunlarında

Fərdi neytral idmançılar[q 1] (fr. Athlètes Individuels Neutres - AIN) — Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən 2022-ci ildən başlamış Rusiya-Ukrayna müharibəsinə görə Rusiya (RUS) və Belarusun (BLR) olimpiya sülhünü pozması əsas gətirilərək bu ölkələrin olimpiya komitələrinin olimpiya oyunlarında iştirakı qadağan edilmişdir. Lakin buna baxmayaraq işğal prosesi 2024-cü ildə də davam etdiyinə görə 2024 Yay Olimpiya Oyunlarında iştirakı təsdiqlənmiş fərdi RusiyaBelarusiya idmançılarını ifadə etmək üçün fərdi neytral idmançılar adından istifadə edilmişdir. BOK ölkə kodu kimi, fransızcadan tərcümədə “Fərdi neytral idmançılar” sözünün abreviaturası olan AIN abreviaturasından istifadə etmişdir.[1]

İdmançılara neytral Olimpiya bayrağındanOlimpiya himnindən istifadə etmək qadağan edilmiş və bunun əvəzinə hər ikisi də BOK tərəfindən təyin edilmiş xüsusi dairəvi AIN emblemi və birdəfəlik instrumental himni əks etdirən bayraqdan istifadə etmişdirlər.[2] Fərdi neytral idmançılar oyunlarda iştirak etməzdən əvvəl onların hər birinin keçmişi ayrı-ayrılıqda yoxlanılmış və bundan sonra hər bir idman növü üzrə beynəlxalq federasiya, daha sonra isə BOK tərəfindən yaradılmış xüsusi panel tərəfindən təsdiqlənmişdirlər.[3] Bu idmançılar fərdi idmançılar hesab edildikləri üçün açılış mərasimi zamanı millətlərin paradında iştirak etməmiş və eyni zamanda da rəsmi medal cədvəllərində ölkə/qrup kimi göstərilməmişdirlər.[2]

  1. rus. Индивидуальные нейтральные спортсмены; belar. Індывідуальныя нейтральныя спартсмены; fr. Athlètes Individuels Neutres, AIN.
  1. "Strict eligibility conditions in place as IOC EB approves Individual Neutral Athletes (AINs) for the Olympic Games Paris 2024" (ingilis). olympics.com. 8 dekabr 2023. 8 dekabr 2023 tarixində arxivləşdirilib.
  2. 1 2 "AIN Eligibility Review Panel established by IOC EB – Paris Games-time protocol elements agreed on" (ingilis). olympics.com. 19 mart 2024. 19 mart 2024 tarixində arxivləşdirilib.
  3. "Russia still banned, but "things change", says Sebastian Coe". www.insidethegames.biz. 20 dekabr 2023. 20 dekabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 avqust 2024.