Fərid Əzizov

Fərid Heydər oğlu Əzizov (15 fevral 1985, Bakı) — Karate üzrə 6 qat Dünya, 3 qat Avropa, 7 qat Respublika çempionu, 4-cü DAN "Qara kəmər" sahibi,jurnalist.

Fərid Əzizov
Şəxsi məlumatlar
Tam adı Fərid Heydər oğlu Əzizov
Vətəndaşlığı
Doğum tarixi 15 fevral 1985(1985-02-15) (38 yaş)
Doğum yeri
İdman növü Karate
Məşqçisi Tarverdi Allahverdiyev
Pərviz Hüseynov

Həyat və fəaliyyəti[redaktə | mənbəni redaktə et]

15 fevral 1985-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1992–2003-cü illərdə Suraxanı rayonunda yerləşən Səməd Abdullayev adına 290 saylı orta məktəbi bitirmişdir. Məktəbi bitirdikdən sonra 2003–2005-ci illərdə hərbi xidmətə yollanmış və cəbhə bölgəsində qoşun kəşfiyyatçısı kimi xidmət göstərmişdir. 2009-cu ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. 2005-ci ildə hərbi xidməti başa vurduqdan sonra "Çağrı İctimai Birliyi"ni təsis etmişdir. 2009-cu ildə təsis etdiyi Xeyriyyə cəmiyyəti "NETTY 2009" Milli internet mükafatının nominantı olmuşdur. Xeyriyyə cəmiyyəti həmin il "Azərbaycan İnternet Formu"nun təsis etdiyi Millinet mükafatının qalibi olmuşdur. 2009-cu ildə təhsilini bitirdikdən sonra müxtəlif qəzet və jurnallarda müxbir kimi fəaliyyət göstərmişdir. 2010–2011-ci illərdə "Qurtuluş media şirkəti"ndə efir direktoru vəzifəsində çalışmışdır. 2013-cü ildə "Kral Media Group" şirkətini təsis etmişdir. 2008–2017-ci illərdə Azərbaycan Respublikasında keçirilən respublika turnirlərində iştirak edərək karate üzrə respublika çempionu olmuşdur. Karate üzrə 3-cü dan "qara kəmər" sahibidir. 2018-ci ildən Avstriya Respublikasında fəaliyyət göstərən Avstriya Azərbaycan diasporasının sədridir.[1][2] Bunlarla yanaşı, 2005-ci ildən bu günə qədər ictimai işlərdə fəal üzv olaraq yaxından iştirak etməkdədir.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Ailəlidir, 2 övladı var.

İdman karyerası[redaktə | mənbəni redaktə et]

Dünya Çempionatı[redaktə | mənbəni redaktə et]

  • 2015-ci ildə Kanadada keçirilən Dünya Çempionatının qalibi.
  • 2016-cı ildə Rusiyada keçirilən Dünya Çempionatının qalibi.
  • 2017-ci ildə Bolqarıstanda keçirilən Dünya Çempionatının qalibi.
  • 2018-ci ildə Ukraynada keçirilən Dünya Çempionatının qalibi.
  • 2019-cu ildə Ukraynada keçirilən Dünya Çempionatının qalibi.[3]
  • 5 dekabr 2022-ci ildə Macarıstan Respublikasının paytaxtı Budapeşt şəhərində keçirilən Kempo Karate üzrə 26-cı Dünya Çempionatında dünya çempionu titulunu qazanıb.[4]

Avropa Çempionatı[redaktə | mənbəni redaktə et]

  • 2014-cü ildə Macarıstanda keçirilən Avropa Çempionatının qalibi.
  • 2015-ci ildə Azərbaycanda keçirilən Avropa Çempionatının qalibi.
  • 2016-cı ildə Gürcüstanda keçirilən Avropa Çempionatının qalibi.

Respublika Çempionatı[redaktə | mənbəni redaktə et]

2008–2017-ci illərdə 7 dəfə Respublika çempionatının qalibi olmuşdur.

Ümumi nəticələri[redaktə | mənbəni redaktə et]

6 dəfə Dünya, 3 dəfə Avropa, 7 dəfə Respublika çempionu olmuşdur.

Mükafatları[redaktə | mənbəni redaktə et]

  • 2014-cü ildə "Neyro Star" şirkətinin təsis etdiyi media çalışanlarının mükafatlandırmasında "İLİN ƏN YAXŞI FOTO JURNALİSTİ" daha sonra isə, elə həmin il "ƏN YAXŞI OPERATİV XƏBƏR JURNALİSTİ "mükafatlarına layiq görülmüşdür.
  • 2015-ci ildə "ƏN YAXŞI OPERATİV JURNALİST", "ƏN YAXŞI İDMAN JURNALİSTİ" mükafatlarına layiq görülmüşdür.
  • 2016-cı ildə "İLİN ƏN YAXŞI İCTİMAİ JURNALİSTİ", "PEŞƏKAR JURNALİST" mükafatlarına layiq görülmüşür.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Xocalı qətliamını törədənlər gec-tez insanlıq qarşısında cavab verəcəklər". 2023-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-13.
  2. "Avstriyanın Zaltsburq şəhərində Novruz şənliyi keçirilib". 2023-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-13.
  3. "Avstriyada yaşayan həmyerlimiz beynəlxalq turnirdə qızıl və bürünc medallar qazanıb". 2023-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-13.
  4. "Avstriyadakı diaspor təşkilatının rəhbəri dünya çempionu titulunu qazanıb". 2023-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-20.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]