Fərid Təyyar oğlu Nağıyev[1] (16 iyun 1996, Şərq, Beyləqan rayonu – 30 noyabr 2021, Xızı rayonu) — Dövlət Sərhəd Xidmətinin baş leytenantı,[2] Qaraheybət şəhidi.[3]
Fərid Nağıyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | 30 noyabr 2021 (25 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Sərhəd Qoşunları |
Hərbi hissə | Səngəçal aerodromu |
Xidmət illəri | –2021 |
Rütbə | Baş leytenant |
Döyüşlər | Vətən müharibəsi |
Təltifləri |
Əslən Füzuli rayonundan olan Fərid Nağıyev, 18 iyun 1996-cı ildə Beyləqan rayonunun Şərq kəndində anadan olmuşdur.[4]
Fərid Nağıyev 2013-cü ildə Dövlət Sərhəd Xidmətinin akademiyasına daxil olmuşdur. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşmışdır. Baş leytenant olan Nağıyev müharibənin müxtəlif cəbhələrində vuruşmuşdur. 30 noyabr saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramışdır. Nağıyev qəza nəticəsində daha 13 nəfər hərbçi ilə birlikdə şəhid olmuşdur.[5] O, 2 dekabrda Beyləqan Şəhidlər xiyabanında dəfn olunmuşdur.[6] Dəfn mərasimində şəhidin yaxınları, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.[7] Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qəzada həlak olanların, o cümlədən Nağıyevin "şəhid" statusunu aldığını bildirmişdir.[8]