Fərman Gülməmmədov

Fərman Gülməmmədov (Gülməmmədov Fərman İbrahim oğlu) — Azərbaycan əsilli həkim və Ukraynanın Əməkdar Elm Xadimi.[1][2]

Fərman Gülməmmədov
Fərman İbrahim oğlu Gülməmmədov
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (81 yaşında)
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Ukrayna Ukrayna
Gürcüstan Gürcüstan Gürcüstan
Atası İbrahim Gülməmmədov
Milliyyəti Azərbaycanlı
İxtisası Həkim
Fəaliyyəti Tibb sahəsi
Fəaliyyət illəri 1964-cü ildən
Mükafatları SSRİ Tibb Əlaçısı
Ukraynanın Əməkdar Elm Xadimi

Fərman Gülməmmədov 1939-cu il noyabrın 7-də Borçalı mahalındaGürcüstanın ovaxtkı Lüksemburq, indiki Bolnisi rayonunun Darvaz kəndində anadan olub.[3]

1947-ci ildə Darvaz kənd orta məktəbinin birinci sinfinə gedib, sonra təhsilini Bolnisi qəsəbəsində rus orta məktəbində davam etdirib. 1958-ci ildə orta məktəbi bitirib və elə həmin ildə Ukraynanın Donetsk Tibb İnstitutuna qəbul olunub.[4]

Peşə fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1964-cü ildən Donetsk vilayət xəstəxanasında həkim kimi fəaliyyətə başlayıb. Az sonra isə Klinik-cərrahiyyə şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

1971-ci ildə dissertasiya müdafiə edərək, tibb elmləri namizədi elmi dərəcəsi qazanıb. 1984-cü ildə "Yoğun bağırsaq xəstəliklərində cərrahi müalicə" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, ttibb elmləri doktoru elmi dərəcəsinə yüksəlib.

Fərman Gülməmmədov 1991–1994-cü illərdə AzərbaycandaBakı şəhərində işləyib və Azərbaycan Elmi Tədqiqat Qastroenterologiya İnstitutunda bağırsaq xəstəliklərinin cərrahi əməliyyatları sahəsinə rəhbərlik edib. 1995-ci ildə yenidən Donetskə qayıdıb və Tibb Universitetinin "Ümumi cərrahlıq" kafedrasının müdiri vəzifəsində fəaliyyətə başlayıb.[2]

Mükafatları və əsərləri

[redaktə | mənbəni redaktə et]

Fərman Gülməmmədov məhsuldar elmi tədqiqat və praktiki tibbi fəaliyyətinə görə SSRİ Tibb əlaçısıUkraynanın Əməkdar elm xadimi fəxri adlarına layiq görülmüşdür. Onun rəhbərliyi altında 1 doktorluq və 6 namizədlik dissertasiyası müdafiə edilib. Professor Gülməmmədovun elmi və pedoqoji fəaliyyətinin nəticələri 300-dən çox elmi əsərdə, o cümlədən 2 fundamental monoqrafiyada öz əksini tapıb. Tanınmış alim 50-dən artıq beynəlxalq, ittifaq və respublika səviyyəli elmi konqres, müşavirə və konfranslarda çıxış edib, onlarla elmi məqalənin müəllifidir.[1]

  1. 1 2 "Professor FƏRMAN GÜLMƏMMƏDOV (1939)". 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-01.
  2. 1 2 "Гюльмамедов Фарман Ибрагимович". 2013-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-08.
  3. Bağıyeva, Mətanət. Xaricdə yaşayan azərbaycanlılar. Qısa bioqrafik məlumat kitabçası (PDF) (az.). Bakı: "Papirus NP". 2016. ISBN 978-9952-8299-1-4. 2017-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-21.
  4. "FƏRMAN GÜLMƏMMƏDOV". 2021-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-01.