Fərman Muradov

Fərman Musa oğlu Muradov (1906, Aşağı Yağlıvənd, Qaryagin qəzası1987) — Sosialst əməyi qəhrəmanı, Məşədi Əmir Murad yüzbaşının nəvəsidir.

Fərman Muradov
Fərman Musa oğlu Muradov
Doğum tarixi 1906
Doğum yeri
Vəfat tarixi 1987
Vətəndaşlığı
Mükafatları Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni

Həyatı[redaktə | mənbəni redaktə et]

Fərman Musa oğlu Muradov 1906-cı ildə Qaryagin qəzasının Yağlıvənd obasında doğulmuşdu. İbtidai təhsil almışdı. Əmirmuradlılar repiressiyaya uğradıqları dönəmdə sürgün olunmuşdular.

Qazaxıstanın Cambul vilayətinin Çu rayonun "Yeni yol" kəndində məskunlaşmışdılar. Doğma yurd-yuvasından min kilometrlərlə uzaqda, "Yeni yol"da yeni həyata başlayan Fərmana çətinliklərlə olsa da ağ gün nəsib olur. Çuğundur briqadasına başçılıq edərkən bir neçə il dalbadal, hətta bütün ölkə üçün rekord sayılan nəticə göstərə göstərə bilir. Qısa müddətdə ölkənin müxtəlif yerlərindən onun yanına, qabaqcıl iş təcrübəsini öyrənmək üçün sıravi kolxozçular, adlı-sanlı çuğundurçular, mütəxəssislər və nümayəndələr gəlir. Nəhayət çox yüksək əmək nailiyyətlərinə görə, 1947-ci ildə SSRI Ali Soveti Rəyasət heyətinin fərmanı ilə Fərmana Lenin ordeni təqdim edilməklə Sosialist Əməyi Qəhrəmanı adı verilir.

Fərman 1987-ci ildə vəfat edib.

Fərman Məhəmməd qızı Tümən xanımla ailə qurub.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Ənvər Çingizoğlu, Əmirmuradlı tirəsi:yaranış və yaşamı, "Soy" dərgisi, 5 (13), 2008, səh.6-18.

İstinadlar[redaktə | mənbəni redaktə et]