Aşağı Yağlıvənd

Araz YağlıvəndAzərbaycan Respublikasının Füzuli rayonunun Kərimbəyli kənd inzibati ərazi dairəsində kənd.[2]

Araz Yağlıvənd
39°30′32″ şm. e. 47°27′40″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Füzuli rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 2.166 nəfər (2009)
Rəqəmsal identifikatorlar
Telefon kodu +994
Poçt indeksi AZ1914[1]
Nəqliyyat kodu 19
Araz Yağlıvənd xəritədə
Araz Yağlıvənd
Araz Yağlıvənd
Araz Yağlıvənd xəritədə
Araz Yağlıvənd
Araz Yağlıvənd
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kənd rayon mərkəzindən 45 km cənub-şərqdə, Araz çayının sol sahilində, maili düzənlikdə yerləşir. Əhalisi təxminən 1500 nəfərdir. Hazırda əhali asasən əkinçilik və qismən heyvandarlıqla məşğuldur. Kənddə orta məktəb, musiqi məktəbi, kitabxana, klub, tibb məntəqəsi, park, stadion var. Kənd Bakı-Zəngilan şose yolunun solunda, dəmiryol stansiyasının isə "Hacılı" dayanacağında yerləşir.

Araz çayının sol sahilində, düzənlikdədir. Oykonimin birinci komponenti yaşayış məntəqəsinin coğrafi mövqeyini təyin edir, ikinci komponenti isə yağıla (qədim abidələrin dilində "döyüş, vuruş, cəng") və vənd (bir çox xalqların toponimiyasında "yer, məkan") sözlərindən ibarət olub, "döyüş yeri", "savaş meydanı" mənasını ifadə edir. Bu baxımdan oykonim Cəngan toponiminin sinonimidir. XIX əsrə aid sənədlərdə Cəbrayıl qəzasında maldarlıqla məşğul olan Yağlıvənd adlı bir elat haqqında məlumat verilir. Oykonimin etnotoponim olması da istisna deyil.[3]

Aşağı Yağlıvənd kəndi Yağlıvənd obasının əyləşməsi nəticəsində yaranıb. Yağlıvənd obası isə Yağlıvənd oymaqlarının yaşayış biçimidir. Yağlıvənd oymağı Cavanşir elinin qoludur. XVIII yüzildə 5 oymaqdan ibarət idi. İkisi (Gecəgözlü və Seyidəhmədli sonradan ayrılıb başqa oymaqlarla bərabər Hacılı camaatını təşkil etdilər. 1735-ci ildə Nadir şah Qırxlı-Avşar Yağlıvənd oymağını Cavanşir elinin digər oymaqları ilə bərabər Xorasana, Sərəxs ətrafına sürgün etdi. Nadir şahın qətlindən sonra Yağləvənd oymağı sürgündən döndü. Öncə Pənahəli xan Sarıcalı-Cavanşirə tərəf çıxsalar da, sonradan onun tərəfini tutdular. Xan onları qədim yurdlarında, Arazbar qəzasında yerləşdirdi. Arazbar qəzası yenidən formalaşıb Cavanşir-Dizaq mahalı adlandı. Yağləvənd oymağı bir neçə oba şəklində Cavanşir-Dizaq mahalının ərazisində məskunlaşmışdı. Bu obalardan biri Araz Yağlıvənd, biri isə Yağlıvənd adlandı. Yağlıvənd obaları 1930-cu ildə əyləşib kənd biçiminə düşdü.

1999-cu il bələdiyyələrin təsis edilməsi zamanı ayrıca Aşağı Yağlıvənd Bələdiyyəsi[4] təşkil edilib, onun ilk Nizamnaməsi 2000-ci ildə, yeni Nizamnaməsi isə 29.09.2023-cü il tarixində qəbul edilmişdir[5].

Aşağı Yağlıvənd Bələdiyyəsi 2000-ci ildə “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında” Əsasnaməyə[6] uyğun olaraq yaradılmış Füzuli rayonu üzrə Bələdiyyələrin Əlaqələndirmə Şurasının üzvülüyünə qəbul edilib.

03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə[7] uyğun olaraq, Aşağı Yağlıvənd Bələdiyyəsi Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olmuşdur.

Aşağı Yağlıvənd bələdiyyəsinin 11.09.2024-cü il tarixli 11 nömrəli Protokoluna əsasən o, Kərimbəyli bələdiyyəsi ilə birləşmək qərarına gəlib[8].

Aşağı Yağlıvənd Bələdiyyəsi

[redaktə | mənbəni redaktə et]

"Bələdiyyə əraziləri tə torpaqları haqqında" Qanuna[9] əsasən Aşağı Yağlıvənd kəndi Aşağı Yağlıvənd Bələdiyyəsinin (vergi kodu: 7506, statistika kodu: 60618027[10]) mərkəzidir. Həmin Bələdiyyənin ərazi hüquqlarına yalnız Kərimbəyli kənd inzibati ərazi dairəsində yerləşən Aşağı Yağlıvənd kəndi mövcuddur.

Aşağı Yağlıvənd Bələdiyyəsi “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında Əsasnaməyə”[11] uyğun olaraq yaradılmış Füzuli rayonu üzrə Bələdiyyələrin Əlaqələndirmə Şurasının üzvüdür.

"Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə[12] uyğun olaraq, Aşağı Yağlıvənd Bələdiyyəsi Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvüdür.

Cavanşir elinin Yağlıvənd oymağından xeyli şairlər, yazarlar, musiqiçilər, rəssamlar çıxıb. Oymaq içində ilk bəlli olan şair Soltan Hüseynəli oğlu Yağlıvəndi (1823-?) olub. Onun Baxış bəy Səburla yazışmaları qalıb. İkinci şair isə "Məclisi-Üns" şairlər birliyinin üzvü olan Molla Bəyməmməd Bülbüldür (1837-?). Onun da yaradıcılığı zəngindir. Füzuli bölgəsində şair, vətənpərvər, milli qəhrəman Həsənəli bəy Əsgərxanovu tanımayan yoxdur. O, Kovxa təxəllüsü ilə şeir yazırdı.

Yağlıvənd oymağı saz götürüb el-oba dolaşan aşıqların yurdu da olub. Aşıq Sübhan Aşıq Hüseyn oğlu Məmmədli (1823-?), Aşıq Mahmud Piri oğlu Külədərli (1861-?) və başqaları bölgədə tanınmışdı.

Jurnalist-etnoqraf, Avrasiya Yazıçılar və Azərbaycan Jurnalistlər Birliklərinin üzvü Ənvər Çingizoğlu, Azərbaycan Yazıçılar Birliyini üzvü Paşa Araz və başqaları Araz Yağlıvəndin yeni dövr yazarlarındandır.

Cavanşir elinin saylı və sayılan oymaqlarından biri də Yağlıvənddir. Yağlıvənd adının elmi və xalq etimologiyası mövcuddur. Xalq etmologiyasını öndə verməyi gərəkli bildik.

1-ci variant. Deyilənlərə görə, Əmir Teymur qışlamağa həmişə Qarabağa gəlirmiş. Bir dəfə də düşərgəsini Cavanşir elinin bir obası ilə qonşu salır. Obanın ağsaqqaları, başbilənləri əmirin görüşünə gedirlər. Əmir Teymur gələnləri əbul edib, hal-əhval tutur, keflərini soruşur. Başbilənlərdən biri qayıdır ki, lap xan kefində yaşayırıq. Söz Teymuru tutur, deyir: --Əgər, sabah mənim qoşun əhlimi yedirib-içirtməsəniz obanızı başsız, odanızı daşsız qoyacağam, torpağınızı at torbası ilə daşıtdırıb yerinə sarımsaq əkdirəcəyəm. Di, gedin, hazırlıq görün!

Teymurla görüşməyə gələnlər kor-peşman, yersiz danışan adamı da danlaya-danlaya geri qayıdırlar. Nələri vardı axı, Əmir Teymura da nə versinlər. Onun qoşunu da bir deyil, iki deyil. Bir ucu burada, o biri ucu hələ Xudafərin körpüsünü keçməyib. Qərəz, ağsaqqallar gənəşiyə toplanıb, bir məsləhətə gəlirlər. Məsləhət bu olur ki, qoşun əhli üçün plov bişirsinlər. Qazanlar asılır.

Sabah günorta öynəsinə oturan qoşun əhlindən kim əlini uzadıb plovdan bir pəncə alırsa elə o dəqiqə də "doydum" deyir. Söz gedib Əmirə çatır. Teymur buyruq verir ki, plovdan bir bulud gətirsinlər. Plovu gətirirlər ortalağa. Əmir Teymur bir tikə ağzına qoyan kimi işi başa düşür. Plov teyxa yağ idi. Əlini-əlinə vurub gülür Teymur:

--Yaxşı canınınzı qurtardınız, yağlı fənd işlətdiniz! Elə həmin gündən də Cavanşir elinin bu obasının adı Yağlıfənd (Yağlıvənd) qalır.

2-ci variant. Cavanşir elinin bir obası Arazbar qəzasının Dəlmə yurdunda olurdu. Bu obadan bir nəfər xan qızına vurulur. Ədəb-ərkanla qıza elçi göndərir. Demə xan qızını qonşu kənddən də istəyən varmış. Xan gələn elçiləri hörmət-izzətlə qarşılayıb deyir: --Görürəm ki, hər ikiniz, mərd, varlı və ağıllı cavansınız. Siz iki, qızım bir. Nə edim, neyləyim?! Yaxşısı budur ki, hərənizə bir iş tapşırım, kim mənim şərtimi tez yerinə yetirsə qız onundur. Köçəri cavan yurdlarına arx çəksin, kəndli cavan da şenliklərində dəfn olunan ünlü seyidə kümbəz tiksin. Razısınızsa sabahdan sizə qırx gün möhlət verirəm. Qırxıncı günün başında şərti yerinə birinci yetirənlə qızımın toyu olacaq.

Cavanlar şenliklərinə dönüb işə başlayırlar. Köçəri cavan çaydan başlayıb arx qazır. Bir-iki külüng vurub baxır ki, torpaq daş-qayadan da sərtdir. Çətin qazılır. Belə getsə heç bir ilə də qazıb qurtara bilməyəcək. Ona görə də əlini başının altına qoyub yuxulayır. Kəndli cavan çəkic-malasını götürüb hörgüsünü hörür. Bir gün, beş gün, qərəz, ay tamam olur. Köçəri baxır ki, kəndli cavan artıq damdadır. Arx isə yarımçıqdır. Başlayır töklüm tökməyə. Ağlına gələn fikirdən gözü oynayır. Vaxtın tamamına az qalırdı. Səhər tezdən işinin üstünə gələn kəndli oğlan sevincək dama çıxır ki, tikintisini qurtarsın. Əlini gözünə günlük qoyub köçəri oğlanın arxına tərəf baxır. Nə görsə yazşıdı? Arxla dumduru su axıb, günəşin şövqüylə bərq vururdu. Kəndli "uduzdum" deyib özünü kümbəzin damından atır. Yerə dəyib canını tapşırır.

El-oba əhli, xan tökülüb arxın tamaşasına gəlirlər. Baxırlar ki, arx nə gəzir. Çaydan şenliyəcən xam ipək çəkilib. Axşamdan düşən şeh günün işığıyla parıldayır. Xan köçəri cavanın işinə baxıb deyir: --Iş görmədin, yağlı fənd işlədin! Qızım sənə halal olsun. O çağdan köçəri cavanın obasının adı Yağlıfənd (Yağlıvənd) qalır.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Rayon mərkəzindən 53 km cənub-şərqdə, Araz çayının sol sahilindən 3 km aralı düzənlikdədir.

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2166 nəfər əhali yaşayır.[13]

İl Tüstü
1823 110
1827 65
1830 56
1831 75
1832 57
1833 57
1842 78
1849 104
1863 117
1873 130
1886 162

Tarixi şəxsiyyətləri

[redaktə | mənbəni redaktə et]

Yağlıvənd oymağı, eləcə də obası bir çox tarixi şəxsiyyət yetirib. Bunlardan:

Tanınmış şəxsiyyətləri

[redaktə | mənbəni redaktə et]

Tayfa və tirələri

[redaktə | mənbəni redaktə et]

Yağlıvənd obası bir neçə böyük tayfaya və tirəyə ayrılır. Əsas tayfalar: Fərhadlı, Kovxalı (muradxanlı, səfiqulubəyli, ağakişibəyli, şərəfxanlı, azmanlı), Havsalı (xələfli, pəricahanlı, məhərrəmuşağı, kəlbiyəlilər, niyarlı), Külədərli (abbasqulular, əmirmuradlı, mirzəli, rüstəmli, ibalılar, həsənli, kazımlı, ismayıllı, qirdılı, alıhüseynli, qaralilar, qasmalılar), Qədirli (adıgözəlli, əsədli, eminalılar), İrənşəlli, Lələli (məşədiqulular, möhnətli, rəsullu), Hümbətalılar, Aşırlı, Alısəfərli (bayramlı, nəbili), Aslanalılar, Teymurlu, Məmmədli.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Araz Yağlıvənd kəndi 1930-cu ilədək əsasən heyvandarlıq, qismən isə əkinçiliklə məşğul idi.1930-cu ildən sonra əyləşib kolxoz qurdu. Bu kolxoz ilk zamanlar Partiyanın XXIII qurultayı, sonra Pərişan Quliyevin adını daşıyırdı. Kənd əhli Kolxozluq dövründə 1980-ci ilədək pambıqçılıqla, sonra isə üzümçülüklə məşğul olurdu. Kolxozun mal-qara və qoyunçuluq ferması vardı. Yardımçı təsərrüfat kimi taxıl, soğan, qarpız əkirdi. Bu məhsullar kolxozçular arasında əməkgününə görə bölünürdü.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  3. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  4. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-05.
  5. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-06.
  6. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-01.
  7. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-05.
  8. "Facebook". www.facebook.com. İstifadə tarixi: 2024-11-06.
  9. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-06.
  10. BƏLƏDİYYƏLƏRİN STATİSTİK ƏRAZİ TƏSNİFATI 2015, Dövlət Statistika Komitəsi. (PDF) https://www.stat.gov.az/menu/5/source/Municipal_classifications.pdf (#bare_url_missing_title).
  11. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-04.
  12. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-04.
  13. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629