Fərman Yaqublu

Fərman Telman oğlu Yaqublu (20 iyun 1993, Qəhrəmanlı, Beyləqan rayonu – 23 iyul 2021, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsinin iştirakçısı.

Fərman Yaqublu
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Qəhrəmanlı, Beyləqan rayonu, Azərbaycan
Vəfat tarixi (28 yaşında)
Vəfat yeri Kəlbəcər rayonu, Azərbaycan
Dəfn yeri Qəhrəmanlı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Telman Yaqubov
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2015 – 2021
Rütbə Gizir
Döyüşlər Vətən müharibəsi
 • Murovdağ döyüşləri
Təltifləri "Kəlbəcərin azad olunmasına görə" medalı — 2020

23 iyul 2021-ci ildə saat 16:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri Basarkeçer rayonu ərazisindəki mövqelərdən Kəlbəcər rayonunu atəşə tutmuşdur. Açılan snayper atəşi nəticəsində Fərman Yaqublu şəhid olmuşdur.[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Fərman Yaqublu 20 iyun 1993-cü il Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində anadan olmuşdur. Onun atası, Telman Yaqubov Birinci Qarabağ müharibəsində iştirak etmiş, 27 yanvar 1994-cü ildə Füzuli istiqamətində şəhid olmuşdur.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

İkinci Qarabağ müharibəsində iştirakı[redaktə | mənbəni redaktə et]

Azərbaycan Ordusunun giziri olan Fərman Yaqublu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir.

23 iyul 2021-ci ildə Ermənistan Silahlı Qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan–Azərbaycan Dövlət Sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutmuşdur. Açılan snayper atəşi nəticəsində hərbi qulluqçu, gizir Yaqublu Fərman Telman oğlu şəhid olmuşdur.

Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə gizir Yaqublu Fərman Telman oğlu 29.12.2020 "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilmişdi.

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Snayperlə vurulan şəhid Fərman Yaqublu dəfn edildi - YENİLƏNİB + FOTO/VİDEO". oxu.az (az.). 24 iyul 2021. 2021-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 dekabr 2021.
  2. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası) (az.)). 29.12.2020. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.