Fərrux Kərim oğlu Zakirov (özb. Farrux Zokirov Karim oʻgʻli; 16 aprel 1946, Daşkənd) — özbək və sovet estrada müğənnisi, bəstəkarı və aktyoru. Yalla qrupunun qurucusu. Özbəkistanın Dövlət mükafatı laureatı. 2002-ci ilin may ayından 2004-cü ilin iyul ayına qədər Özbəkistanın mədəniyyət naziri. Azərbaycan (2024)[1] Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan, İnquşetiya və Qaraqalpaqıstan respublikalarının xalq artisti.[2].
Fərrux Zakirov | |
---|---|
özb. Farrux Zokirov Karim og'li | |
Ümumi məlumatlar | |
Doğum adı | Fərrux Kərim oğlu Zakirov |
Doğum tarixi | |
Doğum yeri | Daşkənd, Özbəkistan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Özbəkistan |
Milliyyəti | özbək |
Musiqiçi məlumatları | |
Fəaliyyəti |
müğənni bəstəkar kinoaktyor |
Fəaliyyət illəri | 1969 — indiyə qədər |
Janr | estrada |
Musiqi alətləri | gitara |
Səs tembri | tenor |
Albom şirkəti | Melodiya |
Əlaqəsi | Yalla |
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Fərrux Zakirov, 1946-cı ilin 16 aprelində Daşkənddə musiqiçi ailəsində dünyaya gəlmişdir.[3] Onun atası Özbəkistan SSR xalq artisti (1939), Əlişir Nəvai adına Özbəkistan Dövlət Opera və Balet Teatrının solisti və bariton səsə malik olan opera müğənnisi Kərim Zakirov olmuşdur. Anası Şahistə Səidova isə xalq mahnılarının mahir ifaçısı və Mukimi adına Musiqili Komediya və Dram Teatrının solisti olmuşdur. Onlar, Çaykovski adına Moskva Dövlət Konservatoriyasında tanış olublar.[3] Evlənən cütlüyün 5 oğlu və 1 qızı dünyaya gəlir: Batır, Luiza, Naufal, Cəmşid, Fərrux və Rövşən. Uşaqlar, Özbəkistanda sayılıb-seçilən incəsənət xadimlərinin əhatəsində böyüyürlər. Belə bir mühitdə böyüyən uşaqların mədəniyyət və incəsənətə maraqları artır. Beləliklə, Daşkənddə musiqi sahəsində parlayan Zakirovlar nəsli yetişir.
Filimləri | İl |
---|---|
uz:Toʻylar muborak (film) | 1978 |
ru:Какие наши годы! (фильм) | 1980 |
Tangalik bolalar | 1989 |
Alpamış | 1999 |
Taqdir | 2003 |
Munis onam | 2003 |
Майсара ты супер звезда |
Fərrux Zakirov, 1991-ci ilin yayında SSRİ xalq artisti fəxri adı ilə təltif olunmağa təqdim edilir, lakin həmin ildə baş verən avqust hadisələri bu prosesin gerçəkləşməsinə imkan vermir.