Fəxrəddin Əsgərov (29 iyun 1974, Qazax rayonu – 29 yanvar 2008, Xəzər dənizi) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytnantı, Azərbaycan Hərbi Hava Qüvvələrinin zabiti.
Fəxrəddin Əsgərov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qazax rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (33 yaşında) |
Vəfat yeri | Xəzər dənizi, Azərbaycan |
Vəfat səbəbi | Təyyarə qəzası |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Hərbi Hava Qüvvələri |
Rütbəsi | Polkovnik-leytenant |
Təltifləri |
Fəxrəddin Əsgərov 1974-cü il 29 iyun tarixində Qazax rayonunda ziyalı ailəsində dünyaya gəlib. Orta təhsilini Qazax rayonunun 2 saylı orta məktəbində alıb. Məktəbi yüksək qiymətlərlə bitirib. Yuxarı siniflərdə oxuyanda könüllü kimi Qarabağ uğrunda gedən döyüşlərdə (Qazax rayonunun kəndlərində) iştirak edib.
1992-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və elə həmin il müsabiqə yolu ilə seçilərək təhsilini davam etdirmək üçün Türkiyə Respublikası Ali Hərbi Təyyarəçilik məktəbinə (Hava Harp Okulu) göndərilib. 1996-cı ildə ali təhsilini fərqlənmə ilə başa vurur[1].
Fəxrəddin Əsgərov evli və 2 övlad atası idi.
1996–2006-cı illərdə Kürdəmir rayonunda yerləşən N saylı hərbi hissədə xidmət edib. Bu dövr ərzində baş təyyarəçi vəzifəsindən hərbi hissə komandiri vəzifəsinə qədər yüksəlib.
2006–2008-ci illərdə isə başqa bir hərbi hissədə qərərgah rəisi vəzifəsində xidmət etmişdir. Təyyarəçi kimi xidmət etdiyi dövrdə L-39, Su-17, Su-25, MiQ-29 tipi döyüş təyyarələrini idarə etməyi qısa müddətdə mənimsəyərək ölkəmizin gənc təyyarəçilərinin yetişdirilməsində təlimatçı-təyyarəçi kimi fəal iştirak etmişdir.
10 dekabr 2005-ci il tarixdə 31 yaşında ikən polkovnik-leytenant rütbəsinə yüksəlmişdir. Dövründə keçirilən hərbi paradların təşkilində yüksək fəallıq göstərmiş, Azərbaycan bayrağını Vətən səmasına çəkən ilk pilotlarımızdan olmuşdur. Həmin dövrün ən çox uçuş saatı olan pilotu olmuşdur. Xidmət müddətində 24 iyun 2003-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin fərmanı ilə "Hərbi xidmətlərə görə" medalı, 25 iyun 2006-cı il tarixdə Azərbaycan Respublikası Prezidentinin adından, Azərbaycan Respublikası Müdafiə nazirinin əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalla təltif olunmuşdur.
1999-cu ildə 25 aprel-2 may və 2000-ci il 13-25 noyabr tarixində Türkiyədə, 2001-ci il 7-18 may aralığında Macarıstanda, 2006-cı il 24 iyuldan 27 sentyabra qədər Ukraynada ezamiyyətdə olmuşdur.
2007-ci il 10-13 noyabr tarixində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən "Dubay-2007" Aerokosmik Beynəlxalq Sərgisində iştirak etmişdir.
2008-ci il yanvarın 29-da döyüş hazırlığı planı əsasında kapitan Əfqan Aslanovla birlikdə MiQ-29 təyyarəsi ilə, təlimatçı qismində, hava döyüşü uçuşu yerinə yetirərkən təyyarənin Xəzər dənizinin Şuraabad istiqamətinə düşüməsi nəticəsində həlak olurlar. Aparılan axtarışlar nəticəsində digər pilotun nəşi tapılıb dəfn edilir[2]. Lakin Fəxrəddin Əsgərovun nəşi tapılmır. Həyatını Azərbaycan Hərbi Hava qüvvələrinin inkişafına adayan pilot 33 yaşında sözün hər mənasında canını vətən uğrunda verir[3].
16 fevral 2022-ci il tarixində, Prezident İlham Əliyevin sərəncamı ilə Fəxrəddin Əsgərova şəhidlik, ailəsinə isə şəhid ailəsi statusu verilib.[4]