Fəxrəddin Yaqubov

Fəxrəddin Yaqub oğlu Yaqubov (9 iyul 1962, Yusifbəyli, Qubadlı rayonu22 noyabr 2020, Laçın rayonu) — Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Təcili Tibbi Yardım Stansiyasının sürücüsü.

Fəxrəddin Yaqubov
Şəxsi məlumatlar
Doğum tarixi 9 iyul 1962(1962-07-09)
Doğum yeri
Vəfat tarixi 22 noyabr 2020(2020-11-22) (58 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Cəbrayılın azad edilməsi
 • Füzulinin azad edilməsi
 • Qubadlının azad edilməsi
 • Laçın döyüşləri

Fəxrəddin Yaqubov 1962-ci il iyulun 9-da Qubadlı rayonunun Yusifbəyli kəndində anadan olub. Ailəli idi, bir oğlu bir qızı yadigar qaldı.

1969–1979-cu illərdə Qubadlı rayon Çay Tumas kənd tam orta məktəbində təhsil alıb. 1979–1980-ci illərdə Bakıda 12 saylı Peşə məktəbində "soyuducu təmirçisi" ixtisası üzrə təhsilini davam etdirmişdir.

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

Fəxrəddin Yaqubov 1980–1982-ci illərdə Sovet Ordusunun sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur.

Fəaliyyəti və ölümü

[redaktə | mənbəni redaktə et]

Bir müddət Bakı şəhərində sərnişin daşıma nəqliyyatında işləyən Yaqubov 15 ildən artıq Xətai rayonunda 7 nömrəli Təcili Tibbi Yardım Stansiyasında çalışırdı.[1] 2020-ci ilin fevralından Azərbaycanda da aşkar olunmağa başlayan Koronavirus pandemiyası zamanı Yaqubov Təcili Tibbi Yardım (TTY) Stansiyasının sürücüsü kimi koronavirus xəstələrini xəstəxanaya çatdırmışdır.

Fəxrəddin Yaqubov 2020-ci il sentyabrın 28-dən İkinci Qarabağ müharibəsində könüllü olaraq çalışmağa başlamışdır.

Fəxrəddin Yaqubov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl, Füzuli, QubadlıLaçın istiqamətlərində gedən döyüşlər zamanı ölən və yaralanan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularını döyüş meydanından çıxran Təcili Tibbi Yardım (TTY) avtomobilinin sürücüsü olub.[1] Fəxrəddin Yaqubov noyabrın 22-də Laçın rayonu ərazisində azaraq Ermənistan Ordusunun olduğu əraziyə daxil olub.[1] Nəticədə Fəxrəddin Yaqubov ermənilər tərəfindən əsir götürülüb və öldürülüb.[1] Meyidi noyabrın 30-da Azərbaycan tərəfinə təhvil verilib.[1] Xətai rayonunda dəfn edilmişdir.

Xətai rayonu, Seyid Əzim Şirvani küçəsində xatirə lövhəsi quraşdırılmışdır.[2]

  1. 1 2 3 4 5 Gülnar Əliyeva. "Nəşi təhvil alınan Fəxrəddin Yaqubov bu gün dəfn olunacaq". www.qafqazinfo.az (az.). 30.11.2020. 2021-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.11.2020.
  2. "Arxivlənmiş surət". 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-25.