Fəxri Vəkilov

Fəxri Məmmədrza oğlu Vəkilov (11 oktyabr 1916, Qazax2 fevral 1987, Bakı) — səhiyyə təşkilatçısı, tibb alimi, bir neçə dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı, 1947–1952-ci illərdə SSRİ Səhiyyə naziri olmuş Yefim İvanoviç Smirnovun (1904–1989) baş referenti, Azərbaycan SSR səhiyyə naziri (1963–1970). Azərbaycan SSR əməkdar həkimi, səhiyyə əlaçısı, tibb elmləri namizədi. Şair Mənsur Vəkilovun atasıdır. ADR Parlamentinin üzvü, Azərbaycanda səhiyyənin ilk təşkilatçılarından biri olan Məmmədrza ağa Vəkilovun oğludur.

Fəxri Vəkilov
bayraq
Azərbaycan SSR səhiyyə naziri
bayraq2
4 may 1963 – 19 yanvar 1970
ƏvvəlkiBöyük Ağayev
SonrakıHənifə Abdullayev
bayraq
Azərbaycan SSR Nazirlər Soveti İşlər İdarəsinin müdiri
bayraq2
1961 – 1963
bayraq
Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin birinci müavini
bayraq2
1959 – 1961
SədrƏliş Ləmbəranski
Şəxsi məlumatlar
Doğum tarixi 11 oktyabr 1916(1916-10-11)
Doğum yeri
Vəfat tarixi 2 fevral 1987(1987-02-02) (71 yaşında)
Vəfat yeri

Təltifləri 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni — 1985 "Qırmızı əmək bayrağı" ordeni "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "Milyon fil və ağ çətir" ordeninin zabit dərəcəsi (Laos krallığı)
"Azərbaycan SSR əməkdar həkimi" fəxri adı "Səhiyyə əlaçısı" döş nişanı (SSRİ)

Həyatı və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Fəxri Məmmədrza oğlu Vəkilov 1916-cı ildə oktyabr ayının 11də Qazax qəzasının Yuxarı Salahlı kəndində ziyalı ailəsində anadan olmuşdur.

1937–1941-ci illərdə Azərbaycan Tibb İnstitutunda təhsil almışdır. İkinci dünya müharibəsi illərində sovet ordusunda xidmət etmiş, tibb xidməti kapitanı rütbəsinə qədər yüksəlmişdir. 1946-cı ildə müharibədən qayıtdıqdan sonra Tibb İnstitutunu bitirmişdir. Moskvada səhiyyə təşkilatçılarının ali kurslarını bitirdikdən sonra 1947–1952-ci illərdə SSRİ Səhiyyə naziri Yefim İvanoviç Smirnovun (1904–1989) şəxsi təşəbbüsü ilə həmin Naziirliyin aparatına işə dəvət edilmiş, nazirin baş referenti kimi 1952-ci ilə qədər orada çalışmışdır.

1952-ci ildən Azərbaycan SSR səhiyyə nazirinin müavini, 4-cü Baş İdarənin rəisi vəzifəsini daşımışdır. 1959–1961-ci illərdə Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin birinci müavini vəzifəsində işləmişdir. 1961–1963-cü illərdə Azərbaycan SSR Nazirlər Soveti İşlər İdarəsinin müdiri vəzifəsində çalışmışdır. 1963–1970-ci illərdə Azərbaycan SSR səhiyyə naziri olmuş, 1970–1976-cı illərdə Elmi-Tədqiqat Vərəm İnstitutunda direktor işləmişdir.

Tibb elmləri namizədi idi. Doktorluq dissertasiyası üzərində işləyirdi. Dəfələrlə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.

1987-ci ilin fevral ayının 2-də 70 yaşında dünyasını dəyişmişdi. Anadan olmasının 80 illiyi təntənə ilə qeyd edilmişdi.

Böyük qızı Adilə xanım Vəkilova (1937) Azərbaycan Musiqi Akademiyasının pedaqoqlarından biridir. Oğlu mərhum şair və tərcüməçi Mənsur Vəkilov (1939–2009), "Литературный Азербайджан" (rus dilində) jurnalının baş redaktoru idi. Bir sıra kitabların müəllifi olmuşdur. Mənsurun xanımı İradə Vəkilova (1935–1998) jurnalist, "Bakinski raboçi" rus. "Бакинский рабочий" qəzetinin baş redaktoru idi. Onun da qələmindən bir sıra əsərlər çıxmışdır. Kiçik qızı Nailə xanım (1941) ata-babasının yolunu gedərək, özünə həkim peşəsini seçmişdir.

Fəxri Vəkilov "Azərbaycan SSR əməkdar həkimi", "Səhiyyə əlaçısı" adlarını daşıyırdı. 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni, "Qırmızı əmək bayrağı" ordeni, bir çox SSRİ medalları ilə təltif olunmuşdu.

Laos kralı Azərbaycanda səfərdə olarkən, şəxsən onu ölkəsinin "Milyon fil və çətir" ordeni ilə təltif etmişdi.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • "Векилов Фахри Мамедович" (rus). Память народа. İstifadə tarixi: 26 avqust 2022.