Əsgər Ələkbər oğlu İsmayılov (1898, Naxçıvan – 14 mart 1959) — Azərbaycan həkimi və dövlət xadimi, Azərbaycan SSR xalq səhiyyə komissarı və naziri (1941–1947), tibb elmləri namizədi (1935), dosent, Azərbaycan SSR əməkdar həkimi.
Əsgər İsmayılov | |
---|---|
28 mart 1946 – 11 fevral 1947 | |
Əvvəlki | vəzifənin adı dəyişdirilib |
Sonrakı | Kübra Fərəcova |
4 noyabr 1941 – 28 mart 1946 | |
Əvvəlki | Əziz Əliyev |
Sonrakı | vəzifənin adı dəyişdirilib |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1898 |
Doğum yeri | |
Vəfat tarixi | 14 mart 1959 |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | həkim, dövlət xadimi, universitet müəllimi[d] |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi |
|
Elmi adı | |
|
|
Təltifləri |
|
Əsgər Ələkbər oğlu İsmayılov 1898-ci ildə Naxçıvan şəhərində kəndli ailəsində anadan olmuşdur. 1927-ci ildə Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsini bitirdikdən sonra o, fakültə terapiya klinikasının ordinatoru təyin edilmiş, 1929-cu ildən isə həmin klinikanın aspirantı olmuşdur. 1935-ci ildə tibb elmləri namizədi alimlik dərəcəsini almışdır. Həmin vaxtdan Böyük Vətən müharibəsi başlananadək Azərbaycan Dövlət Tibb İnstitutunda işləmiş və eyni zamanda Elmi-Tədqiqat Klinik İnstitutuna rəhbərlik etmişdir.[1]
Əsgər İsmayılov 1941-ci ildən 1947-ci ilədək Azərbaycan SSR xalq səhiyyə komissarı (1946-cı ildən naziri) işləmişdir. Həyatının son illərində Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu terapiya və daxili xəstəliklər prapedevtikası kafedrasında fəaliyyət göstərmiş, kənd əhalisinə tibbi yardım göstərən həkimlər briqadasının rəhbəri olmuşdur.[1]
Əsgər İsmayılov 1920-ci ildən RK(b)P (Sov.İKP) üzvü olmuşdur. "Azərbaycan SSR əməkdar həkimi" fəxri adına layiq görülmüş, "Qırmızı əmək bayrağı", "Qırmızı ulduz" ordenləri və medallarla təltif edilmişdir.[1]
Əsgər İsmayılov 14 mart 1959-cu ildə vəfat etmişdir.[1]