McDonnell Douglas F-15E Strike Eagle McDonnell Douglas F-15 Eagle döyüş təyyarəsi əsasında ABŞ tərəfindən istehsal olunan çoxməqsədli qırıcıdır.[3] F-15E 1980-ci illərdə düşmənin nəzarəti altında olan ərazilərin dərinliklərində radioelektron mübarizə təyyarələrinin müşayiəti olmadan uçuşlar həyata keçirmək məqsədilə dizayn olunmuşdur. ABŞ Hərbi Hava Qüvvələrinin silahlanmasında olan F-15E qırıcıları bu qurumun arsenalında olan digər təyyarələrlə müqayisədə daha tünd rəngli hava kamuflajına və konformal yanacaq çənlərinə sahibdir.
F-15E Strike Eagle | |
---|---|
| |
Tipi | Çoxməqsədli qırıcı |
İstehsalçı |
McDonnell Douglas Boeing Defense, Space & Security |
İlk uçuş | 11 dekabr 1986 |
İstismara verilmə tarixi | 1988 |
Status | İstismarı davam edir |
İstismarçılar |
ABŞ Hərbi Hava Qüvvələri İsrail Hərbi Hava Qüvvələri |
İstehsal ili | 1985–davam edir |
Buraxılış sayı | 420 |
Vahidinin qiyməti |
F-15E: 31.1 milyon dollar (1998)[1] F-15K: 100 milyon dollar (2006)[2] |
Baza modeli | McDonnell Douglas F-15 Eagle |
Variantları | Boeing F-15SE Silent Eagle |
Vikianbarda əlaqəli mediafayllar |
F-15E qırıcıları indiyə qədər İraq, Əfqanıstan, Suriya və Liviyada baş tutmuş döyüş əməliyyatlarında istifadə olunmuşdur. Həmin əməliyyatlar zamanı bu döyüş təyyarələri düşmənin dərinlikdə yerləşən vacib hədəflərinin məhv edilməsi, hava patrulunun təşkil olunması və koalisiya qoşunları üçün yaxın hava dəstəyi məqsədilə istifadə olunub. F-15E sonradan bəzi xarici ölkələrə də ixrac olunmuşdur.