Faciə janrı

Faciə janrı- "tragediya" yunanca (traqos-keçi, ode- nəğmə) sözlərindən ibarət olub, keçi nəğmələri adlanmışdı.[1] Daha sonrakı dövrlərdə faciə termini öz mahiyyətini dəyişdi, teatr tamaşası kimi baş qəhrəmanın faciəvi ölümü ilə nəticələnən bir janra çevrildi. Faciənin də özünəməxsus kompozisiya quruluşu olmuşdur. Antik dünyanın ən böyük filosofu Ərəstu (Aristotel) "Poetika" əsərində faciə janrının xüsusiyyətlərini, ümumiyyətlə dram əsərlərini təsnifatını Esxil, Evripid, Sofokl, və başqalarının əsərləri nümunəsində verir, onların əhəmiyyətini qeyd edərək yazırdı ki, faciənin başlıca məqsədi insanların xələcanlı hisslərdən (katarzis) təmizlənməsinə kömək etməkdən ibarətdir.

Antik faciə- Antik faciənin poetikasını hərtərəfli işləyən Aristotel faciə janrının populyarlığı, onun digər sənət növləri ( dastan və s.) ilə əlaqəsi və üstün cəhətləri, faciənin tərkib hissələri, fabula, fabulanın quruluşu, priteriya və tanıma, faciənin hissələri və onun tipik qəhrəmanları, faciənin dili haqqında zəngin məlumat verir.

Klassik faciənin hissələrinə gəlincə bunlar aşağıdakılardan ibarət idi: proloq, episodi, eksod və xor. Xor öz növbəsində parod və stasimə bölünür; sonuncu hissələr bütün xor nəğmələrində ümumidir, bəzilərinin xüsusiyyətini isə səhnədə xor və kommoslar təşkil edir.

Azərbaycan ədəbiyyatında ilk faciəni N. Vəzirov ( Müsibəti- Fəxrəddin, 1896), ilk tarixi faciəni isə N. Nərimanov (Nadir şah, 1898) yaratdı.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Dramatik növünün aşağıdakı janrları var:


İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Məmməd Əliyev. Ədəbiyyat nəzəriyyəsi. Elm və təhsil 2012