Poetika (yunan dilində: Περὶ ποιητικῆς) — incəsənət haqqında olan baxışlarını bütövlükdə təqdim edən Aristotelin poeziya sənəti haqqında nəzəriyyələrini özündə cəmləşdirən və tarixdəki incəsənət fenomenini tədqiq edən ilk əsər olması ilə bərabər[1][2][3], həm də estetika tarixi baxımından da, çox mühüm bir əsərdir. Estetika anlayışı çərçivəsində; İncəsənətlərin müqayisəsini və faciənin üstünlüyünü vurğuladığı poetika əsərində Aristotel realizmlə yanaşı yaradıcı təxəyyülü də ön plana çıxarmışdır.[4]
Poetika | |
---|---|
q.yun. Περὶ ποιητικῆς | |
Janr | traktat |
Müəllif | Aristotel |
Orijinal dili | qədim yunan dili |
Vikianbarda əlaqəli mediafayllar |
Aristotel öz ümumi fəlsəfəsində mövcud olanlardan kənarda olan ideyanın mövcudluğunu qəbul etmədiyi kimi, Platonun incəsənət sahəsində irəli sürdüyü transsendent gözəllik "ideyasını" da qəbul etməmişdir. Aristotelə görə gözəllik anlayışı mövcud olduğuna görə gözəl gördüyümüz əşyalar ilə incəsənət əsərləri öz varlıqlarını əldə etmirlər, əksinə, sənət əsərləri mövcud olduğuna görə biz gözəllik anlayışından danışa bilirik.[5][6]
Poetika teatr sənəti haqqında yazılmış ən mühüm əsərlərdən biri hesab olunur. Əsərdə müəyyənləşdirilmiş incəsənətin tərifi Qədim Yunan klassik incəsənətinin fərqli xüsusiyyətlərini özündə ehtiva edir.
Aristotel Poetikasına "Epos, Tragediya, Komediya, Ditrambos poeziyası və Fleyta ilə Kifara sənətinin böyük bir hissəsi, bütün bunlar ümumilikdə təqliddir" deyərək başlayır.[7][8]
Aristotelə görə, poeziya sənətini üzə çıxaran iki təbii səbəb mövcuddur:
Aristotelin Poetikadakı fikirləri Bertolt Brextin epik teatr hərəkatı tərəfindən tənqid edilmişdir.