Faddey adaları — Laptevlər dənizində Taymır yarımadasının şərq sahillərində, Faddey körfəzi rayonunda, Faddey burnundan şimal-şərqdə yerləşən adalar qrupu. Taymır yarımadasından boğazla ayrılır. Yarımada ilə arxipelaq arasında kiçik Kapitanski adası yerləşir. Adalardan şimalda iri Bolşoy adası, şimal-qərbində isə Fiqurnıy adası yerləşir. Şimal və şərqdən bir başa açıq dənizə açılır. Adalar bitki örtüyündsənn məhrumdurlar. Aralarında sahə baxımından ən kişiyi Şərqi Faddey adasıdır. Adalar, körfəz və burun xristian müqəddəslərindən olan Faddeyin şərəfinə adlandırılmışdır. Belə ki, adalar Yulian təqviminə görə yanvarın 21 kəşf edilmişdir. Bölgəni ilk dəfə leytenant Xariton Laptev 1739-cu ildə kəşf edir. Belə bir fərziyyə də vardlr ki, bu ad Faddey Faddeyiviç Bellinshauzenin adı ilə əlaqələndirilir. Ancaq Faddey Bellinshauzen adalar kəşf edildikdən 40 il sonra kəşf edilmişdir. Qrupa üç nisbətən iri ada daxildir. Onlar yerləşdiyi mövqedən asılı Severnıy Faddey, Yujnıy Faddey və Vostoçnıy Faddey olaraq adlandırılmışdır. İnzibati baxımdan Rusiya Federasiyası Krasnoyarsk diyarı ərazisinə daxildir. Adaların yerləşdiyi bölgənin sərt iqlimə sahib olması səbəbindən burada yaşayış yoxdur. Adalar Faddey körfəzinin girəcəyində yerləşirlər.
Faddey adaları | |
---|---|
rus. Острова Фаддея | |
Ümumi məlumatlar | |
Ümumi sahəsi | >12 km² |
Əhalisi | 0 nəfər (2014-cü il) |
Yerləşməsi | |
77°03′ şm. e. 107°09′ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
1940-ci ildə adada olmuş bir qrup sovet dənizçisi Faddey adalarında qab-qacaq, alətlər, və digər əşyalar aşkarlayırlar. 1941-ci ildə Sims körfəzi sahilində, Çelyuskin burnu ndan 100 km cənub-şərqdə və Faddey adalarından 60 km qərbdə İzba kəndinin qalıqlarını aşkarlayırlar. Üstəlik burada kükürd dolu çəllək və odlu silah[1], bel, qayçı, zınqırov, xaç, kompas, günəş saatları, gümüş sikkələr aşkarlanır. 1945-ci ildə arxeoloqlar bu tapıntıların XVII əsrə aid rus dənizçilərin olmasını müıyyən edirlər. Əşyalar arktikada 300 il müddətində qalmışdır. Belə bir versiya vardır ki, bu tapıntılar məlum olmayan bir rus ekspedisiyasına malikdir. 1617-ci ildə bu ekspedisiya üzvləri Taymırın şimalına qədər hərəkət etmişlər. Ekspedisiyanın rəhbəri Akakiy Murmanes olmuşdur.
Tarixçi M. İ. Belova görə bu tapıntılaır İvan Tolstouxova məxsus olduğunu iddia edir. O, 1686-cı ildə Staroturuxandan çıxmış və 1689-cu ildə Sims körfəzində həlak olmuşdur. 1736-cı ildə adanı Vasili Vasilyeviç Pronçişev yenidən kəşf etmişdir.