Faddey körfəzi

Faddey körfəzi[1]Laptevlər dənizində, Taymır yarımadasının şimal-şərq sahillərində yerləşən körfəz. Körfəzin uzunluğu 35 km-dən, eni isə 20–25 km arasında dəyişir. Maksimal dərinliyi 23 metrdir. Körfəzin çıxacağında Faddey adaları yerləşir. Körfəzə Faddey çayı tökülür. İlin böyük qismi buzla örtülü olur. Qərb sahilləri Çelyuskin yarımadasıdır. Bura Böyük Arktik qoruğu ərazisinə daxildir. Körfəzə ilk dəfə 1736-cı ildə Vasili Pronçişev daxil olmuşdur. 1913-cü ildə isə Borid Andreyeviç Vilkinskinin ekspedisiyası tərəfindən Faddey Bellinshauzenin şərəfinə adlandırılmışdır.

Faddey körfəzi
rus. Залив Фаддея
Ümumi məlumatlar
Tip Körfəz
Dərin yeri 23 m
Yerləşməsi
76°36′00″ şm. e. 107°25′00″ ş. u.HGYO
Ölkə  Rusiya
Akvatoriyası
Faddey körfəzi xəritədə
Faddey körfəzi
Faddey körfəzi
Faddey körfəzi xəritədə
Faddey körfəzi
Faddey körfəzi
  1. Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров. — 3-е изд. — М. : Советская энциклопедия, 1969—1978.