Famil Elman oğlu Məmmədli (15 oktyabr 1974; Abasxanlı, Ağsu rayonu, Azərbaycan SSR — 3 mart 2010; Tovuz rayonu, Azərbaycan) — Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı, şəhid.
Famil Məmmədli | |
---|---|
Famil Elman oğlu Məmmədli | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Abasxanlı, Ağsu rayonu, Azərbaycan SSR |
Vəfat tarixi | (35 yaşında) |
Vəfat yeri | Tovuz rayonu, Azərbaycan |
Dəfn yeri | II Fəxri Xiyaban |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Elman Məmmədli |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Hərbi Hava Qüvvələri |
Xidmət illəri | 1996-2010 |
Rütbəsi | Polkovnik-leytenant |
Famil Məmmədli 15 oktyabr 1974-cü ildə Ağsu rayonunun Abasxanlı kəndində müəllim ailəsində dünyaya göz açmışdır. Orta təhsilini 10-cu sinfə qədər Abasxanlı kənd orta məktəbində almış, sonra Ağsu şəhər internat məktəbində bitirmişdir. 1992-ci ildə orta məktəbi bitirərək Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə qəbul olmuşdur. Həmin il müsabiqə yolu ilə seçilərək İstanbul şəhərinə Hava Harp Okuluna təhsil almağa göndərilmişdir. 1996-cı ildə məktəbi bitirən Famil Azərbaycan Hərbi Hava Qüvvələrində xidmətə başlamışdır. Kürdəmirdə yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. 2008-ci ildə qüsursuz xidmətinə görə polkovnik-leytenant rütbəsinə yüksəlmişdir.
Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı Famil Məmmədli 3 mart 2010-cu ildə uçuşda olarkən təyyarəsində nasazlıq baş verir və təyyarənin Tovuz rayonunun Əyyublu kəndinin üzərinə düşmə təhlükəsi yaranır. Bu zaman Famil Məmmədli təyyarəni kənddən bir az kənara çıxarmağı bacarır. Təyyarənin mülki sahədən kənarda qəzası baş verir və Famil Məmmədli şəhid olur.[1]
26 sentyabr 1998-ci ildə ailə həyatı quran Famil Məmmədlinin 3 övladı yadigar qaldı.
Famil Məmmədlinin nəşi İkinci Fəxri Xiyabanda torpağa tapşırılmışdır. Həmin il şəhid olan Milli Qəhrəman Mübariz İbrahimov onun yanında torpağa tapşırılmışdır.