Farqo (Şimali Dakota)

Farqo (ing. Fargo) — ABŞ-nin Şimali Dakota ştatında şəhər, Kass qraflığının inibati mərkəzi. Yerləşdiriyi ştatının ən böyük şəhəri olan Farqonun əhalisi bütün ştatın əhalisinin 17%-ni təşkil edir. 2018-ci ABŞ əhalinin siyahıyaalınması ehtimallarına görə, şəhərin əhalisi 124.844 nəfərdən ibarətdir. Bu isə Farqonun ən çox əhaliyə malik 222-ci şəhəri edir.[5] Şəhərin əsası 1871-ci ildə qoyulmuşdur.[6]

şəhər
Farqo
ing. Fargo
Gerb
Gerb
46°52′38″ şm. e. 96°47′22″ q. u.HGYO
Ölkə
Ştat Şimali Dakota
Mer Tim Mahoni
Tarixi və coğrafiyası
Əsası qoyulub 1871
Sahəsi
  • 127,714801 km²[1]
  • 126,446132 km² (1 aprel 2010)[2]
Mərkəzin hündürlüyü 274 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 125.990 nəf. (2020, 1 aprel 2020)[3][4]
Rəqəmsal identifikatorlar
Telefon kodu +1 701
Digər
ci.fargo.nd.us
Farqo xəritədə
Farqo
Farqo
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Farqo şəhərinin iqlimi mülayim kontinentaldan kəskin kontinental iqlimə dəyişir.[7] Şəhərdə qışlar ABŞ standartlarına görə çox soyuq, ancaq o qədər də uzunmüddətli olmur. Şəhərdə yaylar çox isti olur.[8][9] Şəhərin iqlimi o qədər kontinentaldır ki, mütləq maksimum (+45.6 °C) ilə mütləq minimum (−44.4 °C) tempertaturları arasındakı fərq 90 °C-dir.[10][11]


Farqo iqlimi
Göstərici Yan Fev Mar Apr May İyn İyl Avq Sen Okt Noy Dek İl
Mütləq maksimum, °C 12,8 18,9 26,7 37,8 40,0 40,0 45,6 41,1 38,9 33,9 23,3 18,3 45,6
Orta temperatur, °C −12,6 −9,7 −2,3 6,8 13,9 19,0 21,7 20,7 15,1 7,5 −1,8 −9,9 5,7
Mütləq minimum, °C −44,4 −43,9 −36,7 −25 −10 −2,2 2,2 0,0 −8,3 −20 −32,8 −37,8 −44,4
Yağıntı norması, mm 18 16 33 35 71 99 71 65 65 55 25 21 574
Mənbə: Hava və iqlim


Farqo ərazisinin iqtisadiyyatı tarixən kənd təsərrüfatından asılı olmuşdurı. Bu dominantlıq son onilliklərdə kəskin şəkildə zəifləmişdir. İndiki dövrdə Farqo şəhərinin böyüyən bir iqtisadiyyatı var, hansı ki, qida emalı, istehsalat, texnologiya, pərakəndə ticarət, ali təhsil və səhiyyəyə əsaslanır. "Forbes" jurnalı tərəfindən yayımlanan bir araşdırmada göstərilir ki, Farqo biznes və ya karyera başlatmaq üçün ABŞ-dəki ən yaxşı kiçik şəhərdir.[12]

Populyar mədəniyyətdə

[redaktə | mənbəni redaktə et]

1996-cı ildə çəkilmiş "Farqo" filmində hadisələr, Şimali Dakotada yerləşən bu şəhərin şərəfinə adlandırılıb, əsasən Minnesota ştatında cərəyan edir.[13] Film Oskar mükafatına layiq görülmüşdür. Farqo şəhəri filmin sadəcə açılış hissəsində görülür və onun adı sadəcə iki dəfə çəkilir. Filmin heç bir səhnəsi Farqo şəhərində və ya şəhərə yaxın bir yerdə çəkilməmişdir.[14] 2014-cü ildə debüt etmiş "Farqo" teleserialı eyniadı filmin əsasında çəkilmişdir və onun bəzi seriyalarında şəhər hərdənbir görsədilir.[15]

  1. United States. Bureau of the Census 2016 U.S. Gazetteer Files (ing.). Washington, D.C.: U.S. Census Bureau, 2016.
  2. United States Census 2010.
  3. https://data.census.gov/cedsci/table?q=United%20States&tid=DECENNIALPL2020.P1.
  4. 2020 United States Census. / red. ABŞ əhalinin siyahıya alınması bürosu
  5. "2010 Census Redistricting Data (Public Law 94-171) Summary File – Place". American FactFinder (ingilis). United States Census Bureau. July 21, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 3, 2019.[ölü keçid]
  6. Eliqon, Con. "Sandbag Season Has Fargo Thinking of a Better Way". The New York Times (ingilis). April 2, 2013. July 14, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 3, 2019. "When you have a 100-year flood four years out of five, that's a great challenge," Gov. Jack Dalrymple said.
  7. "USDA Plant Hardiness Zone Map" (ingilis). United States Department of Agriculture. February 27, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: Augusr 3, 2019.[ölü keçid]
  8. "NowData – NOAA Online Weather Data". National Oceanic and Atmospheric Administration. 2014-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-12.
  9. "Station Name: ND FARGO HECTOR INTL AP". National Oceanic and Atmospheric Administration. November 5, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 13, 2014.
  10. "Thread Stations Extremes". National Oceanic and Atmospheric Administration. March 5, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 13, 2011.
  11. "WMO Climate Normals for FARGO/WSO AP ND 1961–1990". National Oceanic and Atmospheric Administration. July 23, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 10, 2014.
  12. "Best Small Places For Business And Careers: #1 Fargo ND". Forbes (ingilis). July 23, 2014. February 6, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 3, 2019.
  13. "Fargo" (ingilis). IMDb. July 20, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 3, 2019.
  14. "Fargo (1996)" (ingilis). IMDb. November 4, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 3, 2019.
  15. "Fargo (TV Series 2014– )" (ingilis). IMDb. December 27. 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 3, 2019.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]