Fazil Qurbanov

Fazil Səməd oğlu Qurbanov (18 fevral 1944, Bakı23 dekabr 2020, Moskva) — tibb elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2014),[1] AMEA-nın həqiqi üzvü (2017).[2]

Fazil Qurbanov
Qurbanov Fazil Səməd oğlu
Doğum tarixi 18 fevral 1944(1944-02-18)
Doğum yeri
Vəfat tarixi 23 dekabr 2020(2020-12-23) (76 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Elmi dərəcəsi
Elmi adı professor[d]
Təhsili
Mükafatları "Şöhrət" ordeni

Həyatı[redaktə | mənbəni redaktə et]

Qurbanov Fazil Səməd oğlu 1944-cü il fevralın 18-də Bakıda anadan olub. 1973-cü ildə N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) müalicə-profilaktika fakültəsini bitirib, Respublika Uroloji Xəstəxanası nəzdində internatura keçib. 1975-ci ildən Azərbaycan Elmlər Akademiyasının (EA) Fiziologiya İnstitutunun cərrahiyyə qrupunun elmi işçisi (elmi rəhbəri SSRİ Tibb Elmləri Akademiyasının (TEA) akademiki M. A. Topçubaşov) olub. F. Qurbanov 1980-ci ildə SSRİ TEA-nın Ümumittifaq Elmi-Cərrahiyyə Mərkəzi (ÜECM, indiki Rusiya Tibb Elmləri Akademiyasının Elmi-Cərrahiyyə Mərkəzi) nəzdində aspiranturaya daxil olub. 1983-cü ildə "Cərrahi müalicədən sonra kardiospazm residivində pnevmatik kardiodilatasiya" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Qurbanov Fazil Səməd oğlu" (az.). science.gov.az. 2017. 2020-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-02.
  2. "AMEA-nın həqiqi və müxbir üzvlüyünə keçirilən seçkilərin nəticələri açıqlanıb". 2020-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-02.
  3. Bağıyeva, Mətanət. Xaricdə yaşayan azərbaycanlılar. Qısa bioqrafik məlumat kitabçası (PDF) (az.). Bakı: "Papirus NP". 2016. ISBN 978-9952-8299-1-4. 2017-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-21.