Feaklar


Feaklar və ya fiakiyalılar (q.yun. Φαίᾱκες, Φαίηκες, lat. Phaeaces) — qədim yunan mifologiyasında Sxeriya adasında yaşayan xalq.[1] Feaklar Homerin "Odisseya"sında xatırlanır. Onlar hiperboreyalılar, efioplarlotofaqlar kimi tanrılara yaxın olan mübarək xalqlardan biri hesab olunurdular. Bu insanların Poseydon tərəfindən himayə edildiyinə inanılırdı. Feaklar Zevs, Afina, Hermes və qədim yunan panteonunun digər tanrılarına inanırdılar. Feaklar yaxşı dənizçilər idilər, onların gəmiləri fırtınada və ya dumanda itməməyə imkan verən naviqasiya sistemi ilə təchiz edilmişdi.

Feaklar

Adlarını KerikaPoseydonun oğlu və Alkinusun [2] atası Feakdan almışdılar.[3] Homerin "Odisseya"sına görə, feakların gəmilərinin sükanları yox idi, çünki onlar sükançıların fikirlərini başa düşə bilirdilər və özləri zehni olaraq göstərilən marşrutlar üzrə üzürdülər.[4]

  1. Страбон. VI, с. 407
  2. Диодор Сицилийский. Историческая библиотека. IV, 72
  3. Диодор Сицилийский. Историческая библиотека. IV, 72
  4. Гомер. Одиссея. VIII, 555—560