Ferens Erkel

Ferens Erkel (mac. Ferenc Erkel; 7 noyabr 1810[1][2][…], Dyula[d], Bekeş medyesi[3]15 iyun 1893[1][4], Budapeşt[3]) - dövrünün Avstriya-Macarıstan imperiyası idarəçiliyi altında yaşamış macar opera bəstəkarı, pianist, müəllimorkestra drijoru.[5] Erkel macar tarixi mövzusu olan macar qrand-opera janrının yaradıcısı hesab edilir. Opera əsərləri Macarıstanda hələ də tamaşaçıların böyük sevgisi ilə dəfələrlə yenidən səhlələşdirilmişdir. 1844-cü ildə Macarıstan milli himni olaraq qəbul edilən "Himnusz" adlı marşın musiqisinin bəstəkarıdır.[6]

Ferens Erkel
mac. Ferenc Erkel
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Dyula, Avstriya imperiyası
Vəfat tarixi (82 yaşında)
Vəfat yeri Budapeşt, Avstriya-Macarıstan imperiyası
Dəfn yeri
Vətəndaşlığı Avstriya-Macarıstan imperiyası
Milliyyəti Macar
Musiqiçi məlumatları
Fəaliyyəti dirijor, bəstəkar, şahmatçı, musiqi pedaqoqu, pianoçu
Janr opera
Musiqi aləti piano
Təhsili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Erkel Transilvaniya-Macarıstan sərhədinə yaxın olan Dyula adlı kiçik şəhərdə Şvabiyalı alman əsilli musiqiçi olan İosif Erkel və macar əsilli həyat yoldaşının oğlu olaraq 1810-cu ildə anadan olmuşdur.[5]

Musiqi sahəsində istedadı olan çox balaca ikən anlaşılmış, orq ifaçıları olan babası və atası tərəfindən ilk musiqi təhsili və piano dərsləri almışdı. İlk piano konsertini Dyulada 11 yaşında olarkən vermişdir. Sonra musiqi təhsilini əvvəl lisey səviyyəsində təhsil verən Oradeada və sonra da daha yüksək musiqi təhsili verən Bratislavada davam etdirmişdir. Bu şəhərdə yaxşı musiqi təhsili görmüş və 17 yaşında təhsilini bitirmişdir. Xüsusilə piano virtuozu olmağı hədəfləmiş və ilk bəstələrini bu yöndə etmişdir. Sonra 1827-ci ildə piano müəllimliyi etmək və konsert orkestrininə rəhbərlik etmək üçün Cluj (Rumıniyada yerləşir) şəhərinə köçmüşdür.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

1834-cü ildə Budapeştin Peşt hissəsində ilk konsertini verərək buraya köçmüşdür. Üç il konsert pianoçusu olmuş və burada olan teatr orkestrlərinə rəhbərlik edərək işləmişdir. 1838-ci ildə Milli teatr Opera Orkestrasının rəhbərliyinə təyin edilmişdir.[7]

1853-cü ildə qurulan Budapeşt Filarmoniya Orkestrasının baş orkestr rəhbəri olmuşdur.

1886-cı ilə qədər də Frans List adına Macar Musiqi Akademiyasında piano müəllimliyi, daha sorna da akademiyaya rəhbərlik etmişdir.

1884-cü ildə açılan Macarıstan Dövlət Opera Evinin direktorluğunu etmişdir.

Bu dövr ərzində operalar bəstələmiş və bəstələri sayəsində xeyli məşhurluq qazanmışdır. İlk operası 1840-cı ildə Batori Maria olmuşdur. Bu əsərinin və sonrakı 3 opera əsərlərinin liberettoları Béni Eğressy tərəfindən hazırlanmışdır.

Operalarla yanaşı pianoxor üçün musiqilər bəstələmişdir. "Fatival Uvertürası" adlı əsəri də xeyli məşhurluq qazanmışdır. Hektor Berliozun "La damnation de Faust" operasında məşhurlaşan "Rákóczi March" melodiyası Erkel tərəfindən hazırlanmışdır.[7] 1844-cü ildə filarmoniya orkestr konserti üçün hazırladığı "Ket pisztoly the Himnusz" (Tanrı macarları qutsasın) əsəri Macarıstanın himni olaraq qəbul edilmişdir.

Bundan əlavə Erkel beynəlxalq səviyyədə tanınan şahmatçı olmuşdur.

Tarix Ad Pərdə sayı Premyera Libretto
1840 Bátori Mária 2 8 avqust 1840, Budapeşt Béni Egressy
1841/1843 Hunyadi László 4 27 yanvar 1844, Peşt, Milli Teatr Béni Egressy Kaynak:Lőrinc Tóth, Két László adlı oyun
1857 Erzsébet (Elizabet) (II pərdə bəstəsi Ferenc Erkel, II. ve II. pərdələrin bəstəçiləri perdelerin Franz Doppler ve Karl Doppler) 3 6 may 1857, Budapeşt Béni Egressy
1851-1860 Bánk bán (Bunu hazırlamağa musiqiçi olan iki oğlu - Dyula və Sandor kömək etmişdir. Bu operanın macar xarakterini ən yaxşı əks etdirən musiqi əsəri olduğunu bildirilir.) 3 9 mart 1861, Budapeşt
1861-1862 Sarolta 3 26 iyun 1862, Budapeşt József Czanyuga
1864-1866 Dózsa György 5 6 aprel, 1867, Budapeşt Ede Szigligeti ve Mór Jókai
1868-1872 Brankovics György 4 20 Mayıs 1874, Budapeşte Lehel Ódry və Ferens Ormail.
1875-1879 Névtelen hösök (Adsız qəhrəmanlar) 4 30 noyabr 1880, Budapeşt Ede Tóth
1874/1884 István király (Kral İstvan) 4 14 Mart 1885, Budapeşt Antal Várady
? Kemény Simon 3 pərdə

Orkestr üçün əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Himnusz - Macarıstanın himni, xor və orkestr üçün - sözlər: Ferenc Kölcsey (1790-1838), 1844
  • "Hunyadi László" operası üçün orkestr uvertürası, 1845

Konsert əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Bem-Petőfi marsi
  • Fest Musik
  • Hunyadi-induló (operadan bir marş)
  • Magyar himnusz (Macaristanın milli himni)
  • Palotás

Piano üçün əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Rákóczi marşı (1840)
  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Ferenc (Franz) Erkel // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 Эркель Ференц // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. chessgames.com. 2001.
  5. 1 2 "Ferens Erkel" (İngilis dili). imslp.org. 2022-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-18.
  6. Michael Alexander. "Ferenc Erkel Gold and Silver Coins from Hungary" (İngilis dili). news.coinupdate.com. 2020-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-18.
  7. 1 2 "Ferenc Erkel" (İngilis dili). archive.org. İstifadə tarixi: 2018-12-18.