Fermentasiya və ya qıcqırdılma — fermentlərin hərəkəti nəticəsində orqanik substratlarda kimyavi dəyişikləri yaradan proses. Fermentasiya haqqında elm zimologiya adlanır.
İnsanslar fermentasiyanı yemək və içki hazırlamaq üçün neolitdən bəri iştədir. Məsələn süd türşusunu yaradan fermentasiya prosesi xiyar turşusu, kombuça, kimçi, qatıq və yoğurt kimi məhsulların hazırlamasında işlənilir. Alkoqolu yaradan fermentasiya isə şərab və pivə kimi içkilərin hazırlaması ilə nəticələnir.
Təbii qıcqırdılma insan tarixindən əvvəl dövrlərdə də mövcud idi. Fermentasiya olunmuş məhsullar, özəlliklə içkilər neolit dövründən bəri insanlar tərəfindən istifadə olunurdu. Ən erkən nümunüləri İsrailin Hayfa şəhərinin yanında yerləşən mağarada aşkar olunan 13 min il yaşda olan, sayıq konsistensiyalı pivə qalıqları;[1] və Çinin Tsiahu bölgəsində aşkar olunan, Neolit dövründən (e.ə. 7000–6600) meyvədən, düyüdən və xurmadan olan spirtli içkidir.[2]
1837-ci ildə Şarl Kanyar De Latur, Şvann Teodor və Fridrix Kützing bir-biridən müstəqil şəkildə çap etdikləri işlərində mikroskopik arşaşdırmalarının maya göbələyinin calama yolu ilə çoxalan, yaşayan orqanizm olduğunu götərdiklərindən yazıblar.[3][4]:6 1850-ci və 1860-cı illərində Lui Paster Şvannın eksperimentlərini təkrar edib, fermentasiyanın yaşayan orqanizmlərin başladığı prosesi olduğunu göstərib.[4]:6[5]
Bu məqalə qaralama halındadır. |