Lui Paster (fr. Louis Pasteur; 27 dekabr 1822[2][3][…] – 28 sentyabr 1895[2][4][…]) — Fransa bioloqu, kimyaçı, əczaçı, müasir mikrobiologiya və immunologiyanın banisi. O quduzluğa qarşı vaksin kəşf etmiş və bakteriyaların bu xəstəliyi necə meydana gətirdiyinin izahını vermişdir.Hətta Parisdə , 1888 - ci ildə inşa edilmiş Paster instutu adını Lui Pasterdən almışdır.Lui Paster cansız materiyadan canlıların yaranmasının (abiogenez) mümkünlüyünü tədqiq etmişdir. 1861-ci ildə çox sadə vasitələrlə apardığı təcrübədə sübut etdi ki, abiogenez fərziyyəsi deyil, biogenez qanunu (canlı canlıdan ortaya çıxır) elmi təsdiqini tapır. O deyirdi:
“Ən adi təcrübənin vurduğu öldürücü zərbədən sonra öz-özünə yaranma nəzəriyyəsi heç vaxt duruş gətirə bilməyəcək... Öz valideynlərinin iştirakı olmadan mikroskopik canlıların dünyaya gəlməsini təsdiq etmək üçün hal-hazırda əlimizdə heç bir əsasımız yoxdur. Bunu mümkün hesab edənlər isə öz xəyallarının və qaçılmaz səhvlərlə nəticələnmiş yanlış təcrübələrin qurbanına çevriliblər”.[11].
Ölümü:Lui Paster 72 yaşında insult və iflic nəticəsində vəfat etmişdir. Onun məqbərəsi Paster İnstitutunun yeraltı qatındadır.
Atası adı Jan Jozef Paster pərən-pərən salınmış Napoleon ordusunun keçmiş çavuşu idi. Lui iki illik məktəbi bitirdikdən sonra Kulj Arboa məktəbinə keçdi. 1843-cü ildə ali məktəbə qəbul olundu, təhsilini başa vurduqdan sonra 26 yaşında Strasburq Universitetində kimya mütəxəssisliyini öyrəndi. Paster Strasburq Universitetinin rəisinin qızı ilə 1849-cu ildə evləndi. Bu ailədən əvvəlcə 3 qız övladı dünyaya gəldi və o qızlar yetkinlik yaşına çatmadan öldülər. Paster və həyat yoldaşının daha sonra biri qız, biri oğlan olmaqla 2 övladı da dünyaya gəldi
Paster işıq ilə bağlı işlərə maraq göstərmişdir. Fermentasiya prosesi də onu çox maraqlandırırdı və bu sahədə önəmli kəşflər etmişdir. Fermentasiya bakterial fəaliyyətlərin nəticəsi olduğunu və öz-özünə yaranma nəzəriyyəsini rədd etdi.
Elm xadimi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |