Ferruccio Lamborghini (28 aprel 1916 – 20 fevral 1993[1], Peruca) — İtalyalı iş adamı, "Lamborghini Trattori", "Automobili Lamborghini" və bir sıra digər şirkətlərin qurucusu.
Ferruçço Lamborqini | |
---|---|
Ferruccio Lamborghini | |
Doğum tarixi | 28 aprel 1916 |
Vəfat tarixi | 20 fevral 1993[1] (76 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması[d] |
Fəaliyyəti | sahibkar, mühəndis, mexanik[d], yarış avtomobili pilotu[d], sənayeçi |
Vikianbarda əlaqəli mediafayllar |
Ferruccio Lamborghini 28 aprel 1916-cı ildə Cento (Ferrara əyaləti) yaxınlığındakı kiçik Renazzo kəndində anadan olmuşdur. Valideynləri Antonio və Evelina Lamborghini əkinçiliklə məşğul idilər. Ferruccio uşaqlıqdan texnika ilə maraqlanırdı və valideynləri, oğlunun marağını görərək onun üçün fermanın tövlələrindən birində kiçik bir emalatxana düzəltmişdilər. O, burada fermadakı maşınlar üçün və özünün müxtəlif mexanizmlərinin dizaynı üçün lazım olan hissələri tökürdü. Bir dəfə, hissələrdən birini tökərkən, emalatxanada partlayış baş vermişdi. Bu partlayış az qalsın bütün fermanın yanmasına səbəb olacaqdı.
Müharibənin sonunda Ferruccio doğma kəndinə qayıtdı və burada kənd təsərrüfatı ehtiyaclarını ödəmək üçün hərbi texnikanın dəyişdirilməsi ilə məşğul oldu. Bu işdə uğur qazanaraq Lamborghini Trattori S.p.A. şirkətini qurdu və artıq 1949-cu ildə öz dizaynına uyğun traktor istehsal etdi.
1960-cı ildə Lamborghini, ikinci — sənaye soyuducu avadanlıqların istehsalı üçün Lamborghini Bruciatori şirkətini qurdu.
Hər iki müəssisə olduqca uğurlu oldu və müharibənin dağıtdığı İtaliya iqtisadiyyatının inkişafına əhəmiyyətli bir töhfə verdi.
Traktor istehsalı edən Lamborghini Trattori S.p.A. firmasının sahibi, imkanlı Ferruccio Lamborghini idman avtomobillərinin, xüsusilə də "Ferrari"-nin pərəstişkarı idi. O, Ferrari avtomobillərindəki debriyajın öz traktorlarında istifadə etdiyinə bənzədiyini, lakin etibarlılığının aşağı olması ilə fərqləndiyini gördü. Bu səbəbdən Enzo Ferrariyə müraciət etdi. Enzonun, traktor istehsalçısının Ferrarinin maşınlarını tənqid etmək hüququ olmadığını söyləməsi Ferruccionu şoka saldı. O, hirslənərək "Ferraridən daha yaxşı bir Ferrari yaratmaq" fikrinə düşdü[2].
Bu məqsədlə 1963-cü ildə Automobili Ferruccio Lamborghini S.p.A fabrikinin əsasını qoydu. Fabrik (it. Sant'Agata Bolognese) kommunasında, Ferrarinin fabrikinin yaxınlığında yerləşirdi. Ferruccio keçmiş Ferrari mühəndislərini - Can Paolo Dallaranı və Bob Vallası işə dəvət etdi.
Bir idman avtomobili istehsalçısına görə Ferruccio, avtomobil yarışlarına çox orijinal münasibət bəsləyirdi.
Digər avtomobil istehsalçıları yarışlar zamanı avtomobillərinin sürətini, idarəetməsini və texniki cəhətdən mükəmməlliyini göstərmək üçün əllərindən gələni etsələr də, Ferruccio Lamborghini, şirkətinin yarışlarda iştirak etməyəcəyini və heç bir komandaya dəstək verməyəcəyini açıq şəkildə bildirdi.
Bu siyasət Ferrarinin siyasətinə tamamilə zidd idi: seriya avtomobilləri yarışlarda iştirak etmək üçün lazımlı vəsaiti toplamaq məqsədi ilə istehsal olunurdu.
1972-ci ildə Lamborghini müqavilə əsasında Cənubi Amerikaya traktor tədarükü üçün istehsalın genişləndirilməsinə xeyli pul xərclədi. Müqavilə ləğv edildi və maddi çətinliklər Ferruccionu traktor şirkətinin bir hissəsini satmağa məcbur etdi.
Eyni 1972-ci ildə Corc-Henri Rossetti, Lamborghininin avtomobil biznesinə ortaq oldu. Bir il sonra Ferruccio Automobili Lamborghini S.p.A.-da öz payını Rene Leymerə satdı.
1974-cü ildə Lamborghini, Umbriyanın (it. Castiglione del Lago bölgəsindəki Trasimeno gölü sahilində, La Fiorita adlı mülklə birlikdə bir vaxtlar bəyəndiyi 740 hektar ərazi alır. Əvvəlcə ora dincəlmək üçün ova gəlir, amma tezliklə böyük bir iş görməyə başlayır. O, üzüm yetişdirməyə başlayır. Üzümdən alınan şərab ona mükafatlar qazandırır. Səyahətlər edir və səyahətlər zamanı qolf sahəsi salmaq fikrinə düşür və öz torpağında qolf sahəsi yaradır və eyni zamanda qolf avtomobilləri də hazırlayır. Bundan əlavə, Roma Papası II İohann Pavel üçün bir avtomobil hazırlayır[3].
Qarajında, heç şübhəsiz ki, qürur duyduğu ən yaxşı əsərləri durur. Ferruccio yalnız avtomobil işini tərk etdi, lakin Lamborghini Calor və Lamborghini Oleodinamica onun əlində qaldı.
Bəzi məlumatlara görə, Ferruccio 1974-cü ildə, yəni 58 yaşında üçüncü dəfə evlənir, lakin digər mənbələr üçüncü evlilik olmadığını və qızı Patrisianın ikinci arvadı Annitadan doğulduğunu söyləyir.
Ferruccio Lamborghini 20 fevral 1993-cü ildə ürək tutmasından vəfat edmişdir. Cəsədi, (it. Cimitero monumentale della Certosa di Bologna) monastırının qəbiristanlığında ailə zirzəmisində dəfn edilmişdir.
2017-ci ilin may ayında İspaniyalı aktyor Antonio Banderasın "Lamborghini: The Legend" bioqrafik dramında əfsanəvi İtalyan avtomobil istehsalçısı Ferruccio Lamborghini rolunu oynayacağı məlum oldu[4].