İtaliya iqtisadiyyatı

İtaliya iqtisadiyyatı öz iqtisadi inkişafına görə dünyanın aparıcı sənaye dövlətlərinin "böyük yeddiliyini" qapayır. Adambaşına ÜDM göstəricisi İtaliyada 39.900 dollardır (nominal). Avropada iqtisadi cəhətdən dördüncü, dünyada isə 7-ci ən böyük ölkə İtaliyadır. Dünyada ilk 10 ən böyük məhsul ixracatçısından biri də İtaliyadır. Burada həyat səviyyəsi hətta ABŞ, Almaniya və s. ölkələrdən də bəzi sahələrdə üstündür. Ən çox şərab ixrac edən, ən böyük turizm regionlarından olan, dünyada 4-cü ən böyük qızıl-valyuta ehtiyatı olan İtaliya Avropada 5-ci ən böyük avtomobil istehsalçısıdır. İtaliya 300 min km² ərazidə yerləşən iri döv­lətdir və bu göstəriciyə görə Qərbi Avropada yalnız Fran­sadan, İspaniyadanAlmaniyadan geri qalır. İtaliya əha­lisinin sayı 58 milyon nəfərdir. Onların 94%-i ital­yan­lardır. Əslən İtaliyadan olanların 20 milyondan çoxu xa­ricdə yaşayır (əsasən ABŞ-də, Fransada, AFR-də və Argen­tinada). İtaliya faydalı qazıntı sarıdan kasıb dövlətlər sırasındadır. Ona görə də ölkə yanacaq idxalından, sənaye və kənd təsərrüfatı xammalının, meşə mate­rial­larının idxalından kifayət qədər güclü asılılıqda qalır, emal­edici sənaye isə əsasən idxal olunan xammalla işləyir. İta­liyanın iqtisadi-coğrafi vəziyyəti – Aralıq dənizi hövzəsinin mərkəzi (Avropanın cənubu, Apennin yarımadası və ona bitişik olan adalar, bu adaların iriləri – SiciliyaSar­diniya) – hələ qədimdən Avropa ölkələri ilə, həmçinin Yaxın ŞərqŞimali Afrika ölkələri ilə xarici iqtisadi əla­qə­lərin inkişafına şərait yaradırdı. Bundan başqa, Şimal və Cənub arasında tarixən təşəkkül tapmış regional müxtəlifliklə şərtlənən italyan modelinin spe­si­fikliyi ölkənin xarici əlaqələrinin inkişaf etdirilməsini və möh­kəm­ləndirilməsini diktə edir.

İtaliya iqtisadiyyatı
İtaliyanın maliyyə mərkəzi Milan
İtaliyanın maliyyə mərkəzi Milan
Valyuta Avro (EUR, €) (Kampione d'İtaliya bölgəsi istisna olaraq İsveçrə frankından istifadə edir)
Büdcə ili 1 yanvar - 31 dekabr
Ticarət təşkilatları Avropa Birliyi, ÜTT, İƏİT, AİİB
Ölkə qrupu
Statistika
ÜDM
  • $1.8 trilyard (nominal, 2020)[3]
  • $2.4  trilyard (AQP, 2020)[3]
ÜDM sıralaması
Adambaşına düşən ÜDM
  • $30,657 (nominal, 2020)[3]
  • $40,066 (AQP, 2020)[3]
Adambaşına düşən ÜDM sıralaması
  • 25-ci (nominal, 2020)
  • 31-ci (AQP, 2020)
Sektorlarına görə ÜDM
İnflyasiya (İQİ)
  • 0.1% (2020 təxm.)[3]
  • 0.6% (2019)[3]
  • 1.2% (2018)[3]
Yoxsulluq həddindən aşağı olan əhali
  • 5.7% yoxsulluq, 2014;[5]
  • Positive decrease 27.3% yuxsulluq təhlükəsində (AROPE, 2018)[6]
Cini indeksi Mənfi artış 33.4 orta (2018, Avrostat)[7]
İnsan İnkişafı İndeksi
İşçi qüvvəsi
  • 22.8 milyon (Q2 2020)[10]
  • 57.6% məşğulluq dərəcəsi (Q2 2020)[10]
Məşğulluğa görə işçi qüvvəsi
İşsizlik səviyyəsi
  • Positive decrease 9.7% (avqust 2020)[11]
  • Mənfi artış 31.1% gənc işsizlik (15-24 yaş arası gənclər; iyul, 2020)[12]
  • Positive decrease 2.1 milyon işsiz (Q2 2020)[10]
Orta aylıq gəlir €2,446 / $2,740 aylıq (2019)
Orta aylıq mənfəət €1,729 / $1,936 aylıq (2019)
Biznesin qurulma asanlığı indeksi 58-ci (rahat, 2020)[13]
Xarici ticarət
İxrac $632.6 milyard (2019)[4]
İxrac məhsulları Mühəndislik məhsullar, tekstil və geyim, istehsal qurğuları, maşın, nəqliyyat avadanlığı, kimyəvi maddələr; ərzaq, içkilərvə tütün; minerallar, əlvan metallar
İxrac tərəfdaşları
İdxal $473.5 milyard (2019)[4]
İdxal məhsulları Mühəndislik məhsullar, kimyəvi maddələr, nəqliyyat avadanlığı, enerji məhsulları, minerallar və əlvan metallar, tekstil və geyim; ərzaq, içkilər, tütün
İdxal tərəfdaşları
BXİ indeksi
  • $552.1 milyard (31 dekabr 2017 təxm.)[4]
  • Xaricdə: $671.8 milyard (31 dekabr 2017 təxm.)[4]
Cari hesab $53.42 milyard (2017 təxm.)[4]
Xarici borc $3.024 trilyard (31 dekabr 2020)[14]
Dövlət maliyyəsi
İctimai borc
  • ÜDM-nin 161.8% (2020)[15]
  • Mənfi artış €2.410 trilyard (2019)[15]
Büdcə balansı
  • €29.3 milyard defisit (2019)[15]
  • ÜDM-nin −1.6%-i (2019)[15]
Gəlirlər ÜDM-nin 47.1%-i(2019)[15]
Xərclər ÜDM-nin 48.7%-i(2019)[15]
İqtisadi yardım donor: RİD, $4.86 milyard (2016)[16]
Kredit sıralaması
Xarici ehtiyatlar $200.2 milyard (31 dekabr 2020 təxm.)[4]
Əksi qeyd olunmayıbsa, bütün məlumatlar ABŞ dolları ilədir.

İkinci dünya müharibəsindən sonra İtaliya iqti­sa­diyyatı çox möhkəmləndi. Ölkə dünya bazarında bərqərar oldu və kök saldı. Kapitalın yığılma sürətinə görə İtaliya yalnız Yaponiyadan geri qalırdı. Müharibədən sonrakı dövr­də İtaliya ÜDM-in orta illik artım sürətinə və əmək məhsu­l­darlığına görə Qərbi Avropanın aparıcı ölkələri arasında ikinci (AFR-dən sonra), bütün Qərb dünyasında dördüncü idi. Bununla yanaşı, tarixi, siyasi və sosial xarakterli bir sıra səbəblər iqtisadi inkişaf prosesini səngidirdi. Ona görə də iqtisadiyyatın inkişaf dinamikası isteh­salın yüksək inkişaf sürəti və iqtisadi enişlərin, staqnasiyaların növbələnməsi ilə xarakterizə olunurdu. XX əs­rin axırıncı onilliyində və XXI əsrin əvvəlində ölkə üçün ÜDM-in kifayət qədər stabil inkişaf templəri xarakterikdir

Əgər 1993-cü ildə Avropanın mübadilə kursları me­xa­nizminin böhranı nəticəsində ölkədə resessiya müşa­hidə olunurdusa, 2000-ci ildə İtaliya yenə də yüksəlişdə idi. 2001-ci ilin əvvəli İtaliya iqtisadiyyatının inkişafı üçün kifayət qədər optimistik proqnozlar vermək imkanı yaratdı. ÜDM 2001-ci ilin ilk üç ayı ərzində 2000-ci ilin analoji dövrü ilə müqayisədə 3%-dən çox artdı. Lakin ilin or­ta­sında inkişaf templəri çox yavaşıdı. İqtisadi artımın yay aylarında qeyd olunmuş ayrı-ayrı canlanma əlamətləri avro zonasındakı ölkələrdə sənaye istehsalının ümumi stabilləşməsi ilə əlaqədar idi. Lakin 2001-ci ilin sentyabrından sonra dünya konyunkturasının pisləşməsi (xüsusilə Amerika iqtisadiy­yatında) ümumdünya tələbatının aşağı düşməsinə gətirib çıxartdı. Bu isə avro zonası ölkələrinin, o cümlədən İtaliya iqtisadiyyatının inkişaf templə­rində neqativ şəkildə əks olun­du. İtaliyanın sənaye konfede­rasi­yasının məlumatlarına görə, vəziy­yət yalnız 2003-cü ildə yaxşılaşmağa başlamalı idi. Lakin artım ölkə hökumətinin proqramlaşdırdığı göstəriciyə çat­mamalı idi.

İqtisadiyyatın sahələri

[redaktə | mənbəni redaktə et]

Sənayenin ÜDM-da payı 30,3%, kənd təsərrüfatının payı – 3,2%, xidmətlərin payı 66,5% təşkil edir. Ona görə də keçən illərdə İtaliya iqtisadiyyatının ümumi inkişafının zəif gös­təriciləri italyan sənayesindəki vəziy­yətlə, xüsusi halda geyim istehsalı, tekstil, ayaqqabı, mebel, kimya sənayesi, metallurgiya, elektrotexnika səna­yesi və maşınqayırmanın bəzi digər növlərindəki vəziy­yətlə şərtlənirdi. Son illər ərzində daxili tələbatın, xüsusi halda əhalinin istehlak tələbatının artım templərinin (2000-ci ildə 2,9%-dən 2001-ci ildə 1,5%-ə qədər) və sənayenin daxili tələbatının azalması işgüzar aktiv­liyin məhdud­laş­dırılmasına gətirib çıxarırdı. Bunun nəticə­sin­də ümumi inves­tisiyaların artımı da azaldı. Maşın, avadanlıq və nəqliyyat vasitələrinə gedən ümumi investisiya 1,2%-ə qədər, tikintiyə gedən isvestisiyalar isə 3%-ə qədər azaldı. Real ÜDM-in aşağı artımı həm də İtalyan ixracatının azal­ma­sı ilə izah olunur. Ekspertlərin fikrincə, İtalyan ixracatının azalması birinci növbədə avro kursunun artımı üzündən baş vermiş və bu da ilk növbədə İtaliyanın və Almaniyanın ixrac imkanlarını azaltmışdır.

İtaliyanın əmək bazarı mürəkkəb struktura ma­lik­dir. Əmək bazarı, bir tərəfdən, müharibədən sonrakı "qovub çatan inkişaf" istiqamətində formalaşmış və bu inkişaf müx­tə­lif regionların iqtisadiyyatında müxtəlif cür əks olunmuş­dur. Digər tərəfdən, əmək bazarına qlobal texnoloji yenidən­qur­ma prosesi də böyük təsir göstərmiş və indi də təsir göstərir. 1970-ci illərin neft şokundan son­ra başlayan qlobal texnoloji yenidən­qurma prosesi digər sənaye ölkələrində olduğu kimi, məşğulluğun qeyri-tipik for­maları sektorunun (natamam iş günü, müvəqqəti, tə­sadüfi məşğulluq və baş­qaları) genişlən­məsi ilə müşayiət olunurdu. Aşağıdakı ten­den­siyanı qeyd etmək zəruridir. Şimali İtaliyada yeni əmək kontingentlərinin böyük hissəsi öz aralarında və ya iri istehsalla korpora­siyaların müxtəlif formalarına daxil olan kiçik müəssisələr tərəfindən udulur. Cənubda isə qeyri-formal sektorda əmək qabiliyyətli əhalinin, demək olar ki, yarısı qalır. İşsizliyin nisbətən yüksək səviyyəsində (iqtisadi cəhət­dən aktiv əhalinin 10-12%-i) Şimalda və Mərkəzdə işsizlik daha çox azalmağa, Cənubda isə artmağa meyllidir. Məşğul­ların sayında Cənubun payı 30%-dən az, işsizlərin sayında 50%-dən çox, iş axtaranlar arasında 40% təşkil edir. Ölkənin bu hissəsi işsizliyin rezervuarı olaraq qalır. Əmək bazarının qeyri-bircinsliyi təkcə onun regional hissələrinin müxtəlif dinamikasında yox, həm də ixtisaslaşmış və ixtisas­laş­mamış işçi qüvvəsinə olan tələ­batın daimi dispro­por­siyasında, əmək haqqının böyük differensiallaşmasında büru­zə olunur. İtaliya kadrların hazırlıq sahəsində digər lider ölkələrdən geri qalır. Ona görə də milli əmək bazarı üçün tələb və təklifin xroniki uyğunsuz­luğu xarakterikdir və bu xüsuiyyət gənclərin əksər hissəsinin marginallaşması ilə müşahidə olunur. 1995-ci ildə 900 minə qədr ixti­saslaşmamış işçi istehsal sferasından çıxar­dılmış, struk­tur işsizlik 80%-ə çatmışdır. Bu isə digər sənaye ölkə­lərində olduğundan xeyli yüksəkdir. Əmək bazarında dövlət siya­sə­tinin imkanları məhduddur. Bu, bir tərəfdən, büdcə vəsait­lə­rinin çatışmazlığından, digər tərəfdən, işçi yer­lə­rinin korporativ müdafiəsindən doğur. İşçi qüv­vələrinin korporativ müdafiəsi sənaye sahələrinin və xid­mət sahəsin­də­ki bir sıra peşələrin (məsələn həkimlərin) həmkarlar ittifaqları tərəfindən həyata keçir.

Müasir mərhələdə İtaliya iqtisadiyyatının nisbətən aşağı inkişaf templəri işsizlik probleminin həllində müsbət irəli­lə­yişlərə gətirib çıxarmasa da, məşğulluğun müəyyən artımı qeyd olunurdu. Belə ki, 1996-cı ildə işsizliyin səviy­yəsi (işçi qüvvəsi sayının %-i ilə) 11,7; 1997-ci ildə yenə də 11,7; 1998-ci ildə 11,8; 1999-cu ildə 11,4 və 2000-ci ildə 10,6 təşkil etmiş­dir. 2001-ci ildə əhalinin məşğulluğu əvvəlki illə müqa­yi­sədə 1,4% artmışdır. İşsiz­liyin səviyyəsi əmək qabiliyyətli əha­li­nin 9,6% -i ölçüsündə qeyd olun­muşdur. Ümumilikdə 2001-ci ili əmək bazarının inki­şafı nöqteyi nəzərindən müsbət qiy­mətləndirmək olar. Həmin ildə məşğulluq faizinin daha böyük artımı İtaliyanın şimal (+ 1%, yaxud 107 min iş yeri) və cənub (+0,5%, yaxud 32 min iş yeri) regionlarında qeyd olunmuşdur. İqti­sadiyyatın sektorları nöqteyi nəzərindən, məşğulluğun ar­tımı əsasən xidmətlər sahəsində və tikintidə yer almış, kənd təsər­rü­fatında və sənayedə isə məşğulların sayı azalmışdır. 2002-ci ildə işsizliyin səviyyəsi 9,1%-ə qədər azalmış, məş­ğulluğun artım templəri aşağı düşmüşdür.

Xarici iqtisadi əlaqələr

[redaktə | mənbəni redaktə et]

İtaliyanın xarici iqtisadi maraqları əsasən Qərbi Avropada mərkəzləşmişdir (ixracın 56%-i, idxalın 60%-i). İta­liyanın əsas ticarət partnyorları Almaniya (ixracın 14,5%-i), Fransa (12,2%) və ABŞ-dır (ixracın 9,7%-i. Ölkə­nin xarici iqtisadi əlaqələrinin ödəniş balansı ilə ifadə olunmuş mühüm xarakteristikaları cədvəl 8.2-də göstərilmişdir.

1997-ci il Asiya böhranından sonra dünya ticarətin­də­ki vəziyyətin pisləşməsi İtaliyanın xarici iqtisadi əməliyyat­larında da əks olundu. 2000-ci ildə ödəniş balansının bütöv­lük­də profisitlə yekunlaşmasına baxma­yaraq, cari əməliy­ya­tlar hesabının mənfi saldosu və ticarət balansının müsbət qiy­mə­­tinin düşməsi qeyd olun­muşdur. Beləliklə, ümumi profisit əsa­sən investisiyanın ölkəyə axını ilə və yeni kredit axın­la­rının yaranması ilə izah olunur. 2001-ci ildə xarici ticarətin həcmi təqribən 529 milyard avro, o cümlədən ixracat təqribən 269 milyard avro (+3,5% dəyiş­məz qiymətlərdə), idxalat təqribən 260 milyard avro (+0,8%) təşkil etmişdir. Artım templərinin 2000-ci illə müqayisədə əhəmiyyətli şəkildə düşməsinə baxmayaraq, İtaliya çox qısa müddət ərzində ABŞ və Yaponiyanın xarici tələbatının azalmasını kompensə etməyə və öz kommersiya axınlarını qismən başqa ölkə­lərə, o cümlədən Şərqi AvropayaÇinə yönəltməyə müvəffəq oldu. İtaliya 2001-ci ildə sənaye cəhətdən in­kişaf etmiş ölkələr qrupunun ixracatında öz payını artırdı və 6,3% səviyyəsinə çatdırdı. Bununla da, beynəlxalq ticarətdə İtaliya kvotasının azalması ilə bağlı 1990-cı illərin ikinci yarısında başlamış neqativ tendensiya dayan­dırıldı. Mal və xidmət ticarətindəki müsbət saldoya baxmayaraq, 2001-ci ildə İtaliyanın cari əməliyyatlarının hesabı 6 milyard avro kəsiri ilə yekunlaşdı. Buna səbəb bank faizləri ödənişlərinin və dividendlərin böyük məbləğdə mənfi saldosu (-13 milyard avro), həmçinin xaricə gedən cari transfertlərin (şəxsi adamların və dövlət müəs­sisə­lərinin pul köçürmələri, xarici dövlətlərə əvəzsiz yardım) xaricdən gələn daxilolmalardan üstün olmasıdır (-4,8 milyard avro). 2001-ci ildə İtaliya müəssisələrinə qoyulan xarici investisiyalar İtali­ya­nın xarici investisiyalarından 3,2 milyard avro çox oldu.

İtaliya iqtisadiyyatının müasir vəziyyətini əsasən avronun tətbiqinin nəticələrinin aradan qaldırılması kimi xarakterizə etmək olar. Əgər əvvəllər ölkə öz iqtisa­diyyatın­dakı durğunluğu milli valyutanın qiymətdən düşməsinin və dövlət xərclərinin artırılmasının köməyi ilə aradan qaldıra bilirdisə, indiki zamanda Avropa monetar ittifaqının üzvü olan İtaliya onun tələblərinə tabe olmalı və öz valyutasının stabilliyini saxlamalı, sərt vergi siyasətini aparmalıdır. Bunun­la eyni zamanda, həm ənənəvi bazar­lara (məsələn, Alma­niya), həm də inkişaf edən bazar­lara ixracatın nəzərə­çar­pacaq dərə­cədə azalması müşahidə olunur. Əsas problem ondan ibarətdir ki, Maastrixt razılaşmasının tələblərinin yerinə yetirilmə zərurəti iqtisadi artımın stimullaşdırılması üçün hakimiyyətə az imkan verir. Bu, əsasən dövlət bor­cunun azalmasına aiddir (ÜDM-un 120%-dən 60%-ə qədər). Nəticədə, borc yükünü çək­məyən digər ölkələrlə müqayisədə Italiya daha çətin vəziy­yətdədəir.

Göstəricilər

[redaktə | mənbəni redaktə et]

Aşağıdakı cədvəl 1980-2020-ci illər aralığında İtalya iqtisadiyyatındakı əsas iqtisadi göstəriciləri əks etdirir. İnflasiyanın 2%-in altında olduğu mərhələlər yaşıl rəngdə verilib.[21]

İl ÜDM
(in bn. Euro)
Adambaşına ÜDM
(Avro ilə)
ÜDM artımı
(real)
İnflyasiya dərəcəsi
(faizlə)
İşsizlik
(faizlə)
İctimai borc
(ÜDM içindəki %-i)
1980 213.0 3,777 3.4% Mənfi artış21.8% 7.4% n/a
1981 255.2 4,517 0.8% Mənfi artış19.5% Mənfi artış7.6% n/a
1982 301.2 5,328 0.4% Mənfi artış16.5% Mənfi artış8.3% n/a
1983 350.7 6,200 1.2% Mənfi artış14.7% Positive decrease7.4% n/a
1984 400.9 7,088 3.2% Mənfi artış10.7% Mənfi artış7.8% n/a
1985 450.0 7,952 2.8% Mənfi artış9.0% Mənfi artış8.2% n/a
1986 497.5 8,790 2.9% Mənfi artış5.8% Mənfi artış8.9% n/a
1987 544.2 9,617 3.2% Mənfi artış4.7% Mənfi artış9.6% n/a
1988 604.8 10,683 4.2% Mənfi artış5.1% Mənfi artış9.7% 93.0%
1989 664.0 11,721 3.4% Mənfi artış6.2% 9.7% Mənfi artış95.5%
1990 722.8 12,749 2.1% Mənfi artış6.4% Positive decrease8.9% Mənfi artış98.8%
1991 789.6 13,915 1.5% Mənfi artış6.2% Positive decrease8.5% Mənfi artış102.3%
1992 830.9 14,636 0.8% Mənfi artış5.0% Mənfi artış8.8% Mənfi artış109.7%
1993 855.9 15,062 −0.9% Mənfi artış4.5% Mənfi artış9.8% Mənfi artış120.5%
1994 905.2 15,926 2.2% Mənfi artış4.2% Mənfi artış10.6% Mənfi artış127.1%
1995 985.0 17,328 2.3% Mənfi artış5.4% Mənfi artış11.1% Positive decrease116.9%
1996 1,043.1 18,350 1.3% Mənfi artış4.0% 11.2% Positive decrease116.3%
1997 1,089.9 19,162 1.8% 1.8% 11.2% Positive decrease113.8%
1998 1,135.5 19,954 1.6% 2.0% Mənfi artış11.3% Positive decrease110.8%
1999 1,171.9 20,593 1.6% 1.7% Positive decrease10.9% Positive decrease109.7%
2000 1,239.3 21,771 3.7% Mənfi artış2.6% Positive decrease10.1% Positive decrease105.1%
2001 1,298.9 22,803 1.7% Mənfi artış2.3% Positive decrease9.1% Positive decrease104.7%
2002 1,345.8 23,610 0.2% Mənfi artış2.6% Positive decrease8.6% Positive decrease101.9%
2003 1,390.7 24,313 0.2% Mənfi artış2.8% Positive decrease8.5% Positive decrease100.5%
2004 1,448.4 25,134 1.6% Mənfi artış2.3% Positive decrease8.0% Positive decrease100.0%
2005 1,489.7 25,656 1.0% Mənfi artış2.2% Positive decrease7.7% Mənfi artış101.9%
2006 1,548.5 26,553 2.0% Mənfi artış2.2% Positive decrease6.8% Mənfi artış102.6%
2007 1,609.6 27,495 1.5% 2.0% Positive decrease6.1% Positive decrease99.8%
2008 1,632.2 27,647 −1.1% Mənfi artış3.5% Mənfi artış6.7% Mənfi artış102.4%
2009 1,572.9 26,457 −5.5% 0.7% Mənfi artış7.7% Mənfi artış112.5%
2010 1,604.5 26,873 1.7% 1.6% Mənfi artış8.3% Mənfi artış115.4%
2011 1,637.5 27,313 0.6% Mənfi artış2.9% Mənfi artış8.4% Mənfi artış116.5%
2012 1,613.3 26,813 −2.8% Mənfi artış3.3% Mənfi artış10.7% Mənfi artış123.4%
2013 1,604.6 26,518 −1.7% 1.2% Mənfi artış12.1% Mənfi artış129.0%
2014 1,621.9 26,682 0.1% 0.1% Mənfi artış12.6% Mənfi artış131.8%
2015 1,652.1 27,174 0.9% 0.1% Positive decrease11.9% Positive decrease131.6%
2016 1,689.8 27,855 1.1% Positive decrease−0.1% Positive decrease11.7% Positive decrease131.4%
2017 1,727.3 28,510 1.5% 1.3% Positive decrease11.3% 131.4%
2018[22] 1,757.0 29,049 0.9% 1.2% Positive decrease10.6% Mənfi artış132.2%
2019[23] 1,771.5 29,166 0.1% 0.7% Mənfi artış10.7% Mənfi artış133.4%
2020[24] −9.6% 0.2% Mənfi artış 12.7% Mənfi artış 159.8%
2021[25] Positive decrease
  1. "World Economic Outlook Database, April 2019". IMF.org. International Monetary Fund. 17 June 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 September 2019.
  2. "World Bank Country and Lending Groups". datahelpdesk.worldbank.org. World Bank. 28 October 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 September 2019.
  3. 1 2 3 4 5 6 7 "World Economic Outlook Database, October 2020". IMF.org. International Monetary Fund. İstifadə tarixi: 22 October 2020.
  4. 1 2 3 4 5 6 7 8 9 10 "CIA World Factbook". CIA.gov. Central Intelligence Agency. 1 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 January 2019.
  5. "Poverta': Istat, in 2014 assoluta per 1,47 mln famiglie – Economia". ANSA.it. 14 March 2016. 23 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 January 2021.
  6. "People at risk of poverty or social exclusion". ec.europa.eu. Avrostat. 11 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 September 2019.
  7. "Gini coefficient of equivalised disposable income – EU-SILC survey". ec.europa.eu/eurostat. Avrostat. 20 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 September 2019.
  8. "Human Development Index (HDI)". hdr.undp.org. HDRO (Human Development Report Office) United Nations Development Programme. 15 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 December 2019.
  9. "Inequality-adjusted HDI (IHDI)". hdr.undp.org. UNDP. 25 June 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 May 2020.
  10. 1 2 3 "Labour market Q2 2020" (PDF). istat.it. Italian National Institute of Statistics. səh. 2. 28 May 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 27 September 2020.
  11. "Unemployment by sex and age – monthly average". appsso.eurostat.ec.europa.eu. Avrostat. 9 August 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 October 2020.
  12. "Unemployment rate by age group". data.oecd.org. OECD. 27 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 September 2020.
  13. "Ease of Doing Business in Italy". Doingbusiness.org. 26 August 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 November 2017.
  14. "Euromoney Institutional Investor Company". 3 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 September 2017.
  15. 1 2 3 4 5 6 "Euro area and EU27 government deficit both at 0.6% of GDP" (PDF). ec.europa.eu/eurostat. Eurostat. 4 June 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 28 April 2020.
  16. "Development aid rises again in 2016 but flows to poorest countries dip". OECD. 1 April 2017. 18 September 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 September 2017.
  17. "Sovereigns Rating List". Standard & Poor's. 26 June 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 May 2011.
  18. Bufacchi, Isabella. "Moody's confirms stable outlook on Italy's "Baa2" sovereign rating". Il Sole 24 Ore. 16 October 2014. 6 February 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 February 2015.
  19. "Fitch Affirms Italy at 'BBB+'; Outlook Stable". Reuters. 2 October 2014. 25 October 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 October 2014.
  20. "Scope revises the Outlook on Italy's BBB+ long-term ratings to Negative". Scope Ratings. 16 February 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 May 2020.
  21. "Report for Selected Countries and Subjects". www.imf.org (ingilis). 10 September 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 September 2018.
  22. "Report for Selected Countries and Subjects". www.imf.org. 29 July 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 December 2019.
  23. "Report for Selected Countries and Subjects". www.imf.org. 15 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 July 2020.
  24. "Report for Selected Countries and Subjects". www.imf.org. 27 July 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 July 2020.
  25. "Report for Selected Countries and Subjects: October 2020". imf.org. International Monetary Fund. 27 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 October 2020.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]