Feyzavər Turan (türk. Feyzaver Alpsar Turan; 31 dekabr 1919 – 25 aprel 2020, İstanbul) — Azərbaycan ədəbi-ictimai fikrinin parlaq nümayəndəsi, görkəmli türkoloq, tanınmış mütəfəkkir və yazıçı-publisist Əli bəy Hüseynzadənin qızı, Türkiyədə nonfiqurativ rəsmin banisi, abstraksionizmin dünyada tanınan nümayəndəsi Səlim Turanın bacısı və sənət qalereyası sahibi.[1]
Feyzavər Turan | |
---|---|
türk. Feyzaver Alpsar Turan | |
Doğum tarixi | 31 dekabr 1919 |
Vəfat tarixi | 25 aprel 2020 (100 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | Türkiyə |
Atası | Əli bəy Hüseynzadə |
Mükafatları |
Feyzavər Alpsar Turan 31 dekabr 1919-cu ildə anadan olmuşdur. O, Türkiyə Respublikasında uzun müddət rəsmi vəzifələrdə çalışmış Əli Alpsarla ailə həyatı qurmuşdur.
Üsküdardakı Qızlar İnistitutunu bitirdikdən sonra təhsilinə İstanbuldakı Memar Sinan adına Gözəl Sənətlər Universitetində davam etdirib.
25 aprel 2020-ci ildə vəfat etmişdir. Türkiyə Respublikasının İstanbul şəhərindəki Zəncirliquyu qəbiristanlığında dəfn edilib.[2]
Təhsilini bitirdikdən sonra İstanbulda məşhur olan Feyza Sənət Qalereyasını açmışdır.
Feyzavər Alpsar Turan atasının irsinin qorunub saxlanılması üçün 2017-ci ildə Ə.Hüseynzadəyə məxsus 37 təsviri sənət əsərini, 48 fotoşəkli, 53 şəxsi əşyanı, 22 orden, medal və nişanları, eləcə də ipək üzərində çap olunmuş "Həyat" qəzetini Azərbaycan hökumətinə hədiyyə edib. Bu əsərlərin bir qismi Azərbaycana gətirilib və bərpa edilib. Əsərlər hazırda "İstiqlal" muzeyində qorunub saxlanılır.