Səlim Turan

Səlim Turan (türk. Selim Turan; d. 9 iyun 1915, İstanbul, Osmanlı imperiyası - 13 oktyabr 1994, Paris, Fransa) — Osmanlı imperiyasında anadan olmuş azərbaycanlı heykəltaraş, rəssam, Türkiyədə nonfiqurativ rəsmin banisi, abstraksionizmin dünyada tanınan nümayəndəsi. O, Əli bəy Hüseynzadənin oğlu və Feyzavər Turanın qardaşı.[1]

Səlim Turan
Doğum tarixi
Doğum yeri İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi (79 yaşında)
Vəfat yeri Paris, Fransa
Dəfn yeri
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı Türkiyə Türkiyə
Atası Əli bəy Hüseynzadə
Fəaliyyəti heykəltaraş
Təhsili Memar Sinan adına Gözəl Sənətlər İnistitutu
Janrlar Abstraksionizm
Nonfiqurativ rəsm

1915-ci ilin 9 iyununda İstanbulda Əli bəy Hüseynzadə ilə Ədhiyyə xanımın ailəsində anadan olmuşdur. Atası Əli bəy Azərbaycanın ədəbi-ictimai fikrinin parlaq nümayəndəsi, görkəmli türkoloq, tanınmış mütəfəkkir və yazıçı-publisist, anası isə Osmanlı süvari zabiti olan Şəmsəddin bəyin qızı olmuşdur.[2]

Atası XX əsrin əvvəllərində Osmanlı imperiyasına köçüb, əsasən orada fəaliyyət göstərdiyinə görə Səlim Turanın fəaliyyəti TürkiyəFransa ilə bağlıdır.

13 oktyabr 1994-cü ildə Parisdə vəfat etmişdir. Cənazəsi Türkiyəyə aparılmış və Atatürk Kültür Mərkəzində təşkil edilən mərasimdən sonra dəfn edilmişdir.

İlk təhsilini Əli Avni Çələbi və Malik Akselin şagirdi olaraq bitirdikdən sonra Qalatasaray Liseyində Cihad Burak və Avni Arbaşla tanış olmuşdur. Rəsm ilə ciddi mənada tanış olması Malik Ağseldən aldığı rəsm dərsləri ilə oldu. Atasının da rəsmə marağı olması ilə birlikdə, hal-hazırda Memar Sinan Gözəl Sənətlər Universiteti olan İstanbul Gözəl Sənətlər Akademiyasının rəsm bölməsinə daxil oldu.[3] Rəsm dərslərini Nəzmi Ziya Güran, Feyhaman Duran, Leopold Levi və Zəki Qocamemidən alan Səlim İsmayıl Haqqı Altunbəzər, Nəcməddin Oxyay və Kamil Ağdikdən türk bəzəmə sənətləri və xətt dərsləri almışdır.[4]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

1938-ci ildə akademiyadan məzun olduqdan sonra 1939-cu ildə rəsm müəllimi olaraq Üsküdardakı məktəblərdə və Moda Qız Sənət Məktəbində çalışmışdır. Bir tərəfdən də akademiyadakı emalatxanalarda və Topqapı sarayında miniatürlə bağlı araşdırmalar həyata keçirmişdir. 1940-cı ildə açılan ali rəsm fakültəsində Nuri İyem, Turqut Atalay, Fərrux Başağa, Aqop Arad, Avni Arbaş, Mümtaz Yenər, Fəthi Qaraqaş və Həşmət Akal ilə birlikdə davam etdi. Bir il sonra aralarına Abidin Dinonun da qatılması ilə "sosioloji gerçəkçi" anlayış əsas götürülərək yenilər qrupunun quruculuları arasında yer aldı. 1941-ci ildə Xalq Evləri vasitəsiylə təşkil edilən vətən gəintilərinə qatılaraq, bu gəzintilərin 10-cu il sərgisində birinci oldu.
1947-ci ildə Fransanın təqaüdü ilə Parisə getmişdir. Burada rəsmi və özəl emalatxanalarda rəsm fəaliyyətini davam etdirən Səlim Turan 1953-1983-cü illər arasında Ranson və Qoetz akademiyalarında da dərs demiş və bu dövrdə mərmər heykəllər də yaratmışdır. İlk mobil heykəllərini 1976-cı ildə reallaşdırmışdır. Parisə getmədən öncə peyzaj ilə sosioloji mövzulu işlər görən Səlim sonralar Soyuta yönəldi. Qarışıq texnika ilə gerçəkləşdirdiyi mobil heykəllərdən biri böyüdülərək 1993-cü ildə Ankaradakı Qurtuluş parkına yerləşdirilmişdir. Fransanın bir çox şəhərində freska, keramika, mozaika və heykəlləri olan sənətkar Edremite bağlı Türkmən Taxtaquşlar kəndində Etnoqrafiya Qalereyasının qurulmasına da yardım etmişdir.[2]

Fikrət Mualla, Haqqı Anlı, Abidin Dino, Rəmzi Raşa, Avni Arbaş, Nejat Devrim, Mübin Orhon və Albert Bitran ilə birlikdə Paris türk məktəbinin pentür sənətkarlarındandır.Səlim Turan 1979-cu ildə Türkiyə prezidenti Səlim Turanın dəvəti ilə İstanbula gəlmiş və ömrünün son hissəsini folklor mövzuları ilə maraqlanaraq, bu barədə əsərlər yaratmaqla keçirmişdir. Xüsusilə, atasının vaxtilə şərq və qərb mədəniyyətləri arasında qurmağa çalışdığı bağlantı, digər tərəfdən modern sənəti Leopold Levinin tələbəsi olaraq qavramasını təmin etdi.[5]

Səlim Turan 1979-cu ildə Türkiyə prezidenti Fəxri Qorutürk'ün dəvəti ilə İstanbula gəlmiş və ömrünün son hissəsini folklor mövzuları ilə maraqlanaraq, bu barədə əsərlər yaratmaqla keçirmişdir. Xüsusilə, atasının vaxtilə şərq və qərb mədəniyyətləri arasında qurmağa çalışdığı bağlantı, digər tərəfdən modern sənəti Leopold Levinin tələbəsi olaraq qavramasını təmin etdi.[6]

1991-ci ildə Sarbonna Universitetində professor olaraq doktorantura juri heyətində yer almışdır.

Fərdi sərgiləri

[redaktə | mənbəni redaktə et]
  • Qaleri Breteau (Paris, 1950)
  • Suzanne Michele (Paris, 1953)
  • Qaleri Arnand (Paris, 1964)
  • Qaleri Obelisk (London 1955)
  • Qaleri Europe (Brüssel, 1956)
  • Qaleri Craven (Paris, 1958)
  • Qaleri Obelisk (London, 1958)
  • Qaleri Weite (Nyu York, 1958)
  • Galeris İris Clert (Paris, 1958)
  • Galeri Antilope
  • Ruth Wheit Galeri (ABŞ, 1959)
  • Qaleri Lucien Durand (Paris, 1960)
  • Qaleri L’Ancienne Comedie, (Fransa, 1961)
  • Qaleri Mercelle Dupuis (Paris, 1961)
  • Drian Galeri (London, İngiltərə, 1961)
  • Qaleri R.Creuze (Paris, Fransa, 1962)
  • Qaleri Kerehache (Fransa, 1963)
  • Qaleri Maywald
  • Qaleri Claude Bernard, (Paris, Fransa, 1966)
  • Türk-Alman Kültür Mərkəzi (İstanbul, 1969)
  • Qaleri I (İstanbul, 1970)
  • Qaleri Lagarde (Paris, Fransa, 1975)
  • Qaleri Cristine Leurent (Lille, Fransa, 1975)
  • Retrospektif - Vivion Kültür Mərkəzi, (Vivion, Fransa, 1975)
  • Qaleri Artisan (Ankara, 1979)
  • Transept Lokali (Paris, Fransa, 1982)
  • Transept Lokali (Paris, Fransa, 1983)
  • Gla Eritsan, (Ankara, 1984)
  • En Galeri (İstanbul, 1984)
  • Qaleri Baraz (İstanbul, 1985)
  • Qaleri Nev (Ankara, 1985)
  • Edpa Galeri (İstanbul, 1989)
  • Tuğray Sənət Qalereyası (İstanbul, 1992)
  • Səlcuq Yaşar Sənət Qalereyası, (İzmir, 1993)
  • Qaleri Selvin (Ankara, 1993)

Qrup sərgiləri

[redaktə | mənbəni redaktə et]
  • "Liman Sergisi" İstanbul Yeniler Grubu, (Türkiyə, 1939)
  • Devlet Resim ve Heykel Sergisi (Ankara, 1939)
  • Modern Sanatlar Müzesi (Paris, Fransa, 1946)
  • Güzel Sanatlar Ulusal Müzesi (Paris, Fransa, 1948)
  • Galeri Des Deux İles (Fransa, 1948)
  • Galeri Rosenberg (Paris, Fransa, 1949)
  • Suzanne Michele (Paris, Fransa, 1953)
  • Galeri Voyelle (Paris, Fransa, 1954)
  • Galeri Arneaudd (Paris, Fransa, 1956)
  • Galeri Bretean (Paris, Fransa, 1956)
  • Galeri Craven (Paris, Fransa, 1956)
  • Edinburg Festivali (Edinburq, İngiltərə, 1957)
  • New Vision (London, İngiltərə, 1958)
  • Beynəlxalq Sərgi (Brüssel, 1958)
  • Modern Sanatlar Müzesi -Türk Sanatı (Paris, Fransa, 1964)
  • Carnegie Enstitüsü (ABŞ, 1964)
  • Galatasaray 100. Yıl Resim Sergisi, Galeri I (Türkiyə, 1968)
  • Modern Sanatlar Müzesi Çağdaş Türk Resmi Sergisi (Paris, Fransa, 1969)
  • "Yüzyılın İkinci Yarısında Türk Resmi" Galeri Baraz organizasyonu, Yıldız Silahhane, (İstanbul, 1986)
  • "Çağdaş Türk Sanatı" Sergisi (Ankara, 1986)
  • "Karma Resim Sergisi", Galeri Baraz (İstanbul, 1987)
  • I. İstanbul Bienali (İstanbul, 1987)
  • Les Fontaines Kültür Merkezi (Paris, Fransa, 1987)
  • "Yahşi Baraz Koleksiyonundan Bir Kesit" Galeri Baraz organizasyonu, Beymen Sanat Galerisi, (Ankara, 1987)
  • "Türk Resminde Modernleşme Süreci" Galeri Baraz organizasyonu, AKM, (İstanbul, 1987)
  • "II. Uluslararası İstanbul Bienali" (İstanbul, 1989)
  • "Büyük Sergi/Çağdaş Türk Ressamları" Galeri Baraz organizasyonu, AKM, (Ankara, 1989)
  • "Paris İstanbul", Uluslararası Sanat Merkezi (Paris, Fransa, 1990)
  • "Etkinlikler Sürecinde 15 Yıl" Galeri Baraz organizasyonu, AKM, (İstanbul, 1990)
  • A.G.F Paris’in Türk Ressamları (Paris, Fransa, 1990)
  • "II. İstanbul Sanat Fuarı", TÜYAP (İstanbul, 1992)
  • "New York-İstanbul",Galeri Baraz organizasyonu, AKM (İstanbul, 1992)
  • "Cihat Burak/ Ergin İnan/9 Selim Turan/ Burhan Uygur", Galeri Baraz (İstanbul, 1994)

Səlim Turanın atası Azərbaycanın, o cümlədən Türkiyənin ədəbi-ictimai fikrinin parlaq nümayəndəsi, görkəmli türkoloq, tanınmış mütəfəkkir, yazıçı-publisist, İttihad və Tərəqqi Cəmiyyətinin banilərindən biri, pantürkizmin müdafiəçisi və yaradıcılarından hesab edilən Əli bəy Hüseynzadədir. Anası Ədhiyyə xanım isə Osmanlı süvari zabiti Şəmsəddin bəylə Validə xanımın qızı olmuşdur. Bacısı Feyzavər Turan da onun kimi Memar Sinan adına Gözəl Sənətlər Universitetini bitirmiş və Feyza Sənət Qalereyası açmışdır. Digər bacısı Səidə Turan isə Fransada riyaziyyat üzrə təhsil almış və Türkiyədə riyaziyyat sahəsində çalışmışdır. Səlim Turanın övladı olmamışdır.[1]

  1. 1 2 Azər Turan. Əli bəy Hüseynzadə. Moskva: Salam Press. 2008. səh. 9. ISBN 978-5-7164-05-82-0.
  2. 1 2 "Kültür ve Sanat Dünyamızda: Baba-Oğul Ali Turan- Selim Turan". www.antikalar.com. (#archive_missing_date) tarixində arxivləşdirilib.
  3. "Selim Turan". www.oktayaras.com.
  4. "SELİM TURAN / 1915 İstanbul - 1994 Paris". sanalmuze.tcmb.gov.tr. 2019 9 sentyabr tarixində arxivləşdirilib.
  5. "Selim Turan. "Thesis-Antithesis-Synthesis"". www.sakipsabancimuzesi.org. 2020-10-29 tarixində orijinalından arxivləşdirilib.
  6. "Selim Turan. "Thesis-Antithesis-Synthesis"". www.sakipsabancimuzesi.org. 2020-10-29 tarixində orijinalından arxivləşdirilib.