Fikrət Həmid oğlu Əhmədov (8 may 1930 – 1989) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1980–1987).
Fikrət Əhmədov | |
---|---|
27 mart 1980 – 20 noyabr 1987 | |
Sədr | Əli İbrahimov Həsən Seyidov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 8 may 1930 |
Vəfat tarixi | 1989 |
Dəfn yeri | |
Partiya |
|
Uşaqları | |
|
|
Təltifləri |
Fikrət Həmid oğlu Əhmədov 1930-cu ildə hərbi qulluqçu ailəsində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirmiş, 1952–1954-cü illərdə komsomol işində çalışmışdır. 1954–1957-ci illərdə Xalq Təsərrüfatı İnstitutunda assistent, baş müəllim olmuşdur. 1957-ci ildən 1960-cı ilədək Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin təbliğat və təşviqat şöbəsinin təlimatçısı, şöbə müdirinin müavini vəzifələrində işləmiş, 1960-cı ildən İctimai Elmlər Akademiyasının aspirantı olmuşdur. Tarix elmləri namizədi elmi dərəcəsini, dosent elmi adını almışdır.[1]
F. Əhmədov 1963-cü ildən Azərbaycan KP MK ideoloji şöbəsinin təlimatçısı, mühazirəçilər qrupunun rəhbəri vəzifələrində çalışmışdır. 1969-cu ildən Azərbaycan KP MK təbliğat və təşviqat şöbəsi müdirinin birinci müavini, 1972-ci ilin noyabr ayından isə elm və tədris müəssisələri şöbəsinin müdiri olmuşdur.[2] 1980-ci ilin mart ayından Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini vəzifəsində çalışmışdır.[3]
Fikrət Əhmədov 1955-ci ildə Sov.İKP üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin dörd çağırış (8–11-ci çağışlar) deputatı seçilmişdir.[4] 1971–1976-cı illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd, 1976-cı ildən isə üzvü olmuşdur.[3] İki dəfə "Qırmızı əmək bayrağı" ordeni, iki dəfə "Şərəf nişanı" ordeni, eləcə də medallarla təltif edilmişdir.[5]
Fikrət Əhmədov Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun və bəstəkar, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Mehriban Əhmədovanın atasıdır.[5]