Riad Əhmədov (20 dekabr 1956, Bakı – 26 yanvar 1992, Daşaltı, Şuşa rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.
Riad Əhmədov | |
---|---|
Riad Fikrət oğlu Əhmədov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 dekabr 1956 |
Doğum yeri | |
Vəfat tarixi | 26 yanvar 1992 (35 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Dəfn tarixi | 30 sentyabr 2023 |
Vətəndaşlığı | |
Həyat yoldaşı | Elmira Mahmudova |
Atası | Fikrət Əhmədov |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi | Polkovnik-leytenant |
Döyüşlər | |
Təltifləri |
|
Riad Əhmədov 1956-cı il dekabr ayının 20-də Bakıda anadan olub. Riadın ata babası Həmid Əhmədov Qərbi Azərbaycanda anadan olub.
Riad Əhmədov 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
1976–1979-cu illərdə Azərbaycan SSR Ədliyyə Nazirliyi yanında Məhkəmə Ekspertizası institutunda laborant işləyib. 1979–1980-ci illərdə həmin nazirliyin Qanun Layihələrinin Hazırlanması və Qanunvericiliyin Sistemləşdirilməsi idarəsində məsləhətçi, 1980–1981-ci illərdə isə Ədliyyə Nazirliyinin kadrlar şöbəsində baş məsləhətçi vəzifələrində çalışıb. 1981-ci ildə təhlükəsizlik orqanlarında fəaliyyətə başlayan Riad Əhmədov, 1981–1982-ci illərdə DTK-nın Minskdəki Ali Məktəbində təhsil alıb. 1984-cü ildə isə DTK-nın Y. V. Andropov adına institutu nəzdindəki kurslarda dinləyici olub.[1]
1992-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə irəli çəkilmişdir. Riad Əhmədovun başçılıq etdiyi xüsusi kəşfiyyat dəstəsi Qarabağ uğrunda gedən döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv etmişdir.[2]
Riad Əhmədov 1992-ci il yanvar ayının 26-da rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndindəki döyüşdə yaralanaraq itkin düşür. Uzun illər yeri müəyyən olunmamışdı. 18 sentyabr 2023-cü ildə Bakıda keçirilən "İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması" üzrə beynəlxalq konfransda Riad Əhmədov və digər itkin azərbaycanlıların nəşlərinin tapıldığını və müəyyən edildiyi açıqlanmışdır.[3][4]
30 sentyabr 2023-cü ildə Riad Əhmədovla Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində vida mərasimi təşkil olunmuşdur. Daha sonra İkinci Fəxri Xiyabanda dəfn edilmişdir.[5]
Riadın ata babası Həmid Əhmədov Qərbi Azərbaycanda anadan olub.
Riad Əhmədov Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini vəzifəsində çalışmış Fikrət Əhmədovun oğludur.[6] Bacısı bəstəkar, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Mehriban Əhmədovadır. Riad Əhmədovun həyat yoldaşı Elmira xanım isə Azərbaycan Respublikasının sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun bacısıdır.[7][8]
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Polkovnik-leytenant Riad Fikrət oğlu Əhmədov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.[9]
Bakı şəhərindəki 203 nömrəli tam orta məktəb onun adını daşıyır.[10]
Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun şərəfli döyüş yolunu əks etdirən "İgidnamə" sənədli filmi çəkilmişdir.[11]
2013-cü ildə xatirəsinə həsr olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində keçirilən tədbirin sonunda "Qayıt, Riad" bədii-sənədli filmi nümayiş olunmuşdur.[12]