Fikrət Əliyev (12 dekabr 1939, Bakı – 8 mart 2016, Bakı) — Azərbaycan kinorejissoru, ssenari müəllifi, aktyor, ikinci rejissor, Azərbaycanın əməkdar incəsənət xadimi.
Fikrət Əliyev | |
---|---|
Doğum tarixi | 12 dekabr 1939 |
Doğum yeri | |
Vəfat tarixi | 8 mart 2016 (76 yaşında) |
Vəfat yeri | |
Uşağı | Rəşad Əliyev |
Fəaliyyəti | aktyor, kinorejissor, rejissor, ssenarist |
Fəaliyyət illəri | 1966–2014 |
Mükafatları | |
IMDb | ID0019593 |
Fikrət Əliyev 12 dekabr 1939-cu ildə Bakı şəhərində anadan olub.[1] 1966-cı ildə M. A. Əliyev adına ADİİ-nun aktyorluq fakültəsini, 1972-ci ildə Moskvada ÜDKİ-nun iki illik ali ssenari və rejissorluq kurslarını bitirib. 1966-cı ildən ömrünün sonunadək "Azərbaycanfilm" kinostudiyasında işləmişdir. O, "Yuxu"[2], "Axırıncı dayanacaq", "Ölüm növbəsi" və s. filmlərdə rejissorluq etmişdir. Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.
Fikrət Əliyev 8 mart 2016-cı ildə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişmişdir. Rejissor Əmircan qəbiristanlığında oğlunun məzarı yanında torpağa tapşırılmışdır.[3]
Rejissorun 1 qız və 3 oğlan övladı olmuşdur. Oğlu, İctimai Televiziyada quruluşçu rejissor vəzifəsində çalışan 1973-cü il təvəllüdlü Rəşad Əliyev 2016-cı ildə 42 yaşında vəfat etmişdir[4].