Baladadaşın ilk məhəbbəti (film, 1974)

Ömrün səhifələri

Ömrün səhifələri (kinoalmanax)
Fayl:Ömrün səhifələri (film, 1974).jpg
Janr dram (Ömrün səhifələri, Nəğmə dərsi)
komediya (Rəqiblər, Baladadaşın ilk məhəbbəti)
məhəbbət (Baladadaşın ilk məhəbbəti)
uşaq (Nəğmə dərsi)
Rejissorlar Həsən Seyidbəyli (Ömrün səhifələri)
Teymur Bəkirzadə (Rəqiblər)
Fikrət Əliyev (Baladadaşın ilk məhəbbəti)
Gülbəniz Əzimzadə (Nəğmə dərsi)
Ssenari müəllifləri Həsən Seyidbəyli (Ömrün səhifələri)
Ramiz Fətəliyev (Rəqiblər)
Teymur Bəkirzadə (Rəqiblər)
Elçin (Baladadaşın ilk məhəbbəti)
Rüstəm İbrahimbəyov (Nəğmə dərsi)
Baş rollarda Ömrün səhifələri: Şəmsi Bədəlbəyli — telefon gözləyən adam
Fazil Salayev — Fazil
Eldəniz Zeynalov — Eldəniz
Sona Aslanova — telefon gözləyən adamın arvadı
Rəqiblər: Fazil Salayev — Fazil
Eldəniz Zeynalov — Eldəniz
Muxtar Maniyev — Muxtar
Novruz Axundov — pivə içən
Ələsgər Məmmədoğlu — Ələsgər
Baladadaşın ilk məhəbbəti: Şamil Süleymanov — Baladadaş
Ruhəngiz Musəvi — Sevinc
Mirvari Novruzova — Sevincin anası
Yusif Muxtarov — Sevincin nişanlısı
Nəğmə dərsi: Əliabbas Qədirov — ata
Fəxri Həsənov — Fəxrəddin-oğul
Elxan Ağahüseynoğlu — satıcı
Operatorlar Arif Nərimanbəyov (Ömrün səhifələri, Rəqiblər)
Valeri Kərimov (Baladadaşın ilk məhəbbəti, Nəğmə dərsi)
Bəstəkarlar Fikrət Əmirov (Ömrün səhifələri, Nəğmə dərsi)
Aqşin Əlizadə (Rəqiblər)
Emin Sabitoğlu (Baladadaşın ilk məhəbbəti)
Rəssamlar Məmməd Hüseynov (Ömrün səhifələri)
Firəngiz Qurbanova (Rəqiblər, Nəğmə dərsi)
Elbəy Rzaquliyev (Baladadaşın ilk məhəbbəti)
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 11 sentyabr 1974
Filmin növü Kinoalmanax: tammetrajlı bədii film
Novellalar: qısametrajlı bədii film
Müddət Kinoalmanax: 82 dəq.
Rəqiblər: 32,5 dəq.
Baladadaşın ilk məhəbbəti: 26 dəq.
Nəğmə dərsi: 23,5 dəq.
Ölkə SSRİ SSRİ
Dil azərbaycanca
İl 1974
Texniki məlumatlar Kinoalmanax: 9 hissə
2321 metr
Rəqiblər: 4 hissə
Baladadaşın ilk məhəbbəti: 3 hissə
Nəğmə dərsi: 3 hissə
35 mm (kinoalmanax)
Rəng ağ-qara
IMDb ID8370838

İntermediyada novelladan novellaya keçid edilir. Hadisələr bir restoranda oğlundan telefon zəngi gözləyən bir adamın (Şəmsi Bədəlbəyli) ətrafında baş verir. Və bu restoranda Fazil (Fazil Salayev), Eldəniz (Eldəniz Zeynalov), Baladadaş (Şamil Süleymanov), Fəxrəddin (Fəxri Həsənov) və s. obrazlar da vardır. Birinci novellanı telefon gözləyən kişiyə Fazilin özü danışır. İkinci novella Baladadaşın özünün yadına düşür. Üçüncünü isə Fəxrəddin danışır.

Rəqiblər

Novellada küçəyə qoyulmuş iki pivə köşkünün satıcıları arasındakı çəkişmələrdən və rəqiblər arasında bu çəkişmələrin xeyirxah hisslər doğurmasından danışılır.

Baladadaşın ilk məhəbbəti

Burada ilk məhəbbətin təmiz və ülviliyindən söhbət açılır. Lakin, təəssüf ki, bu məhəbbət təktərəfli olur və Baladadaş (Şamil Süleymanov) filmdəki mahnının sözlərindəki kimi hərəkət edir: "Sənə olan eşqimi sənə də alçaltmaram".

Nəğmə dərsi

Burada şəxsi həyatı müvəffəqiyyətsizliyə uğrayan gənc fəhlə oğlanın (Əliabbas Qədirov) I sinifdə oxuyan oğlu-Fəxrəddin (Fəxri Həsənov) ilə gizli görüşlərindən danışılır. Gənc ata oğlunu sevir, uşağın gələcək taleyi onu narahat edir. Bu qısa görüş zamanı o özünü oğluna istədir və uşağın da qəlbində ataya qarşı məhəbbət hissini oyatmağa çalışır.

Film valideynlərin öz uşaqları üçün məsuliyyət daşımaları haqqında həzin hekayətdir.

Kinoalmanax

Kinoalmanax 3 novelladan ibarətdir : "Rəqiblər", "Baladadaşın ilk məhəbbəti" və "Nəğmə dərsi"

Baladadaşın ilk məhəbbəti

Film rejissor Fikrət Əliyevin rejissor kimi kinoda ilk işidir.

Film Elçinin eyniadlı hekayəsi əsasında yaradılmışdır.

Baladadaş rolu üçün sınaq çəkilişlərinə dəvət alanlardan biri də aktyor Telman Adıgözəlov olub.

Nəğmə dərsi

Film rejissor Gülbəniz Əzimzadənin diplom işidir.

Film quruluşçu operator Valeri Kərimovun kinoda ilk işidir.

Film yazıçı Rüstəm İbrahimbəyovun eyniadlı novellası əsasında çəkilmişdir.

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]

Ömrün səhifələri

Ssenari müəllifi: Həsən Seyidbəyli
Quruluşçu rejissor: Həsən Seyidbəyli
Quruluşçu operator: Arif Nərimanbəyov
Quruluşçu rəssam: Məmməd Hüseynov
Bəstəkar: Fikrət Əmirov
Səs operatoru: Ələkbər Həsənzadə
Filmin direktoru: Yusif Yusifzadə
Bədii rəhbər: Həsən Seyidbəyli

Rəqiblər

Ssenari müəllifi: Ramiz Fətəliyev, Teymur Bəkirzadə
Quruluşçu rejissor: Teymur Bəkirzadə
Quruluşçu operator: Arif Nərimanbəyov
Quruluşçu rəssam: Firəngiz Qurbanova
Bəstəkar: Aqşin Əlizadə
Səs operatoru: Akif Nuriyev
Redaktor: İntiqam Qasımzadə
Filmin direktoru: Akif Musayev, Yusif Yusifzadə

Baladadaşın ilk məhəbbəti

Ssenari müəllifi: Elçin
Quruluşçu rejissor: Fikrət Əliyev
Quruluşçu operator: Valeri Kərimov
Quruluşçu rəssam: Elbəy Rzaquliyev
Bəstəkar: Emin Sabitoğlu
Səs operatoru: Kamal Seyidov
Redaktor: Ədhəm Qulubəyov
Filmin direktoru: Yusif Yusifzadə
Mahnıların mətni: Fikrət Qoca

Nəğmə dərsi

Ssenari müəllifi: Rüstəm İbrahimbəyov
Quruluşçu rejissor: Gülbəniz Əzimzadə
Quruluşçu operator: Valeri Kərimov
Quruluşçu rəssam: Firəngiz Qurbanova
Bəstəkar: Fikrət Əmirov
Səs operatoru: Ələkbər Həsənzadə
Redaktor: İntiqam Qasımzadə
Filmin direktoru: Kamil Hacıyev
Rejissor köməkçisi: Yusif Əlizadə

Ömrün səhifələri

Şəmsi Bədəlbəyli — telefon gözləyən adam
Fazil Salayev — Fazil
Eldəniz Zeynalov — Eldəniz
Sona Aslanova — telefon gözləyən adamın arvadı
Şamil Süleymanov — Baladadaş
Fəxri Həsənov — Fəxrəddin
Muxtar Maniyev — Muxtar
Hacıbaba Bağırov — papaqlı müştəri
Nicat Bəkirzadə — Hüseyn
Sədaqət Dadaşova
Dinarə Yusifova — Baladadaşın nişanlısı
G.Rəsulova
P.Rzazadə
İntiqam Qasımzadə

Rəqiblər

Fazil Salayev — Fazil
Eldəniz Zeynalov — Eldəniz
Muxtar Maniyev — Muxtar
Novruz Axundov — pivə içən
Ələsgər Məmmədoğlu — Ələsgər
Yusif Yulduz — məhəllə sakini
Nadir Əsgərov — pivə içən
Kamil Məhərrəmov — pivə içən
Bahadur Əliyev — müştəri

Baladadaşın ilk məhəbbəti

Şamil Süleymanov — Baladadaş
Ruhəngiz Musəvi — Sevinc
Mirvari Novruzova — Sevincin anası
Yusif Muxtarov — Sevincin nişanlısı

Nəğmə dərsi

Əliabbas Qədirov — ata
Fəxri Həsənov — Fəxrəddin-oğul
Elxan Ağahüseynoğlu — satıcı

Filmi səsləndirənlər

[redaktə | mənbəni redaktə et]

Ömrün səhifələri

Səməndər Rzayev — telefon gözləyən adam (Şəmsi Bədəlbəyli) (titrlərdə yoxdur)

Rəqiblər

Tələt Rəhmanov — pivə içən (Novruz Axundov) (titrlərdə yoxdur)
Rasim Balayev — meyxana deyən (titrlərdə yoxdur)

Baladadaşın ilk məhəbbəti

Ramiz Əzizbəyli — Baladadaş (Şamil Süleymanov) (titrlərdə yoxdur)
Əliabbas Qədirov — Murad (Yusif Muxtarov) (titrlərdə yoxdur)
Xuraman Hacıyeva — Sevinc (Ruhəngiz Musəvi) (titrlərdə yoxdur)
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 220; 310.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]