Quzuların səssizliyi (film, 1991)

Quzuların səssizliyi (ing. The Silence of the Lambs) — 1991-ci ildə istehsal edilmiş ABŞ filmidir.[12] Film Tomas Harrisin "Quzuların səssizliyi" (1988) əsəri əsasında çəkilmiş və 5 kateqoriya üzrə "Oskar" mükafatına layiq görülmüşdür. "Quzuların səssizliyi" filmi 2011-ci ildə Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik olaraq mühüm film" kateqoriyasına aid edilərək, ABŞ Milli Film Arxivində mühafizə edilməsinə qərar verilmişdir.[13]

Quzuların səssizliyi
ing. The Silence of the Lambs
Janr triller filmi[1][2][…], qorxu filmi, psixoloji qorxu[d], cinayət filmi, dram filmi, LGBT mövzulu film[d], roman ekranlaşdırması[d]
Əsas mövzu seriyalı qatil
Rejissor
Ssenari müəllifi
Baş rollarda
Bəstəkar
İstehsalçı Orion Pictures[d]
Distribütor Orion Pictures[d], Netflix
İlk baxış tarixi 30 yanvar 1991[5], 19 aprel 1991[6], 11 aprel 1991[7], 14 fevral 1991[8], 1991
Müddət 118 ± 1 dəq.
Büdcə 19.000.000 $
Gəlir 272.742.922 $[9], 130.742.922 $[10]
Ölkə
Dil ingilis dili
Rəng rəngli
Çəkiliş yeri Pitsburq[11]
IMDb ID0102926
Mükafatları Ən yaxşı filmə görə "Oskar" mükafatı Ən yaxşı rejissor işinə görə "Oskar" mükafatı Ən yaxşı qadın roluna görə "Oskar" mükafatı Ən yaxşı kişi roluna görə "Oskar" mükafatı Ən yaxşı uyğunlaşdırılmış ssenariyə görə "Oskar" mükafatı Dram janrında ən yaxşı qadın roluna görə Qızıl qlobus mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Naməlum qatil ABŞ-nin qərb istiqamətində yaşayan əhali sırasında qadınları öldürür və onların dərisini çıxardır. Bu səbəbdən onun axtarışına çıxmış FTB həmkarları ona "Buffalo Bill" ləqəbini vermişlər. Lakin qatili tapmaq FTB həmkarları üçün çətinlik törədir. Bu səbəbdən onlar keçmiş psixiatr və monyak olan Həkim Hannibal Lekterə müraciət edirlər. Görüş zamanı onun yanına FTB akademiyasının gənc həmkarı Klarisanı göndərirlər...

Filmin çəkilişi ABŞ-nin Pensilvaniya ştatının ikinci ən böyük şəhəri Pitsburqda baş tutmuşdur. Bu şəhərin arxitektura stili, film çəkilişinin müxtəlif yerlərdə olması illüziyasını yaradırdı. Klarisa və Hannibal Lekterin ilk görüşü zamanı aktyor Entoni Hopkins düz kameraya baxırdı. Onun sözlərinə görə, bu zaman tamaşaçıya personajın qatil haqqında bütün məlumatları bildiyi məlum olurdu.

"Quzuların səssizliyi" filminin mahnıları Almaniyanın Münhen şəhərində "Münhenin simfonik orkestrı" tərəfindən 1990-cı ilin yay aylarında yazılmışdır.[14] Mahnıların bəstəkarı Hovard Şordur. Filmin saundtrek albomu "MCA Records" leyblı tərəfindən 5 fevral 1991-ci ildə istehsal edilmişdir.

Treklərin siyahısı
BaşlıqMüddət
1."Main Title"5:04
2."The Asylum"3:53
3."Clarice"3:03
4."Return to the Asylum"2:35
5."The Abduction"3:01
6."Quid Pro Quo"4:41
7."Lecter in Memphis"5:41
8."Lambs Screaming"5:34
9."Lecter Escapes"5:06
10."Belvedere, Ohio"3:32
11."The Moth"2:20
12."The Cellar"7:02
13."Finale"4:50
Ümumi müddət:57:09

Filmin əvvəlcə «Orion Pictures» tərəfindən payız fəslində prokata çıxarılacağını gözlənilirdi. Lakin bu kompaniya ilk öncə həmin ildə istehsal onunan və məşhur ABŞ aktyoru Kevin Kostnerin baş rol aldığı Canavarlarla rəqs filmini, ardınca "Quzuların səssizliyi" filmini prokata çıxarmışdır. Bu zaman «Orion Pictures» kompaniyası mühüm gəlir əldə etmişdir.

  1. 1 2 http://www.imdb.com/title/tt0102926/.
  2. 1 2 3 4 http://stopklatka.pl/film/milczenie-owiec.
  3. https://www.filmaffinity.com/en/film768790.html.
  4. http://www.metacritic.com/movie/the-silence-of-the-lambs.
  5. Freebase Data Dumps. Google.
  6. http://www.dfi.dk/faktaomfilm/film/da/7798.aspx?id=7798.
  7. The Silence of the Lambs // IMDb (ing.). 1990.
  8. The Silence of the Lambs // IMDb (ing.). 1990.
  9. Box Office Mojo (ing.). 1999.
  10. The Silence of the Lambs // IMDb (ing.). 1990.
  11. http://www.imdb.com/title/tt0102926/locations?ref_=tt_dt_dt.
  12. Matt Zoller Seitz. "Trash-talking nine classic movies: "The Silence of the Lambs"". Salon (website). 2010-09-10. 2014-01-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-11-26.
  13. "Silence of the Lambs added to U.S. film archive". BBC. 28 December 2011. İstifadə tarixi: 28 December 2011.
  14. "Howard Shore – The Silence Of The Lambs (The Original Motion Picture Score)". Discogs. Zink Media, Inc. December 31, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 11, 2014.
  • "Kinonun 10 ən yaxşı manyakı". //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 40-41.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]