Firudin Davudov

Firudin Eynulla oğlu Davudov (21 mart 1926, Astara, Lənkəran qəzası8 avqust 1983, Bakı) — Görkəmli alim, kriminalist, hüquq elmləri doktoru, professor, Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutunun (indiki Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi) banisi və fasiləsiz rəhbəri.

Firudin Davudov
Firudin Eynulla oğlu Davudov
Doğum tarixi
Doğum yeri Astara rayonu, Azərbaycan SSR
Vəfat tarixi (57 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vəfat səbəbi yol-nəqliyyat hadisəsi
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Elm sahəsi Kriminalistika
Elmi dərəcəsi Hüquq elmləri doktoru
Elmi adı Professor
Təhsili

Firudin Davudov 1926-cı il mart ayının 21-də Astara şəhərində anadan olmuşdur.

1944-cü ildə orta məktəbi bitirdikdən sonra S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Hüquq fakültəsinə daxil olmuş və II kursdan təhsilini Leninqrad Dövlət Universitetində (indiki Sankt-Peterburq Dövlət Universiteti) davam etdirərək oranı müvəffəqiyyətlə bitirmişdir.

Moskvada SSRİ Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunun aspiranturasında təhsilini davam etdirmiş və 1955-ci ildə hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır. Bakı Elmi-Tədqiqat Kriminalistika Laboratoriyasının yaradıcısı olan F.E. Davudovun gərgin əməyi sayəsində bu laboratoriya sonralar İnstituta, mükəmməl bir elm ocağına çevrilmişdir.

O, uzun illər Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutunun direktoru olmuş, Azərbaycan üçün böyük mütəxəssis qrupu yaratmış, kriminalistika elminin inkişafına dəyərli töhfələr vermişdir.

F.E. Davudov 1983-cü ildə 57 yaşında ikən avtomobil qəzası nəticəsində vəfat etmişdir.

Əsas elmi əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Актуальные задачи судебной экспертизы в деле совершенствования борьбы с преступностью. Баку, 1972
  • Процессуальные и организационно методические формы использования возможностей науки и техники в целях расследования и профилактики преступлений. Тбилиси, 1972