Fitonomus

Fitonomus (lat. Phytonomus variabilis) — buğumayaqlılar tipinin sərtqanadlılar dəstəsinin uzunburun böcəklər fəsiləsinə aid olan növ.

Fitonomus
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Fitonomus
Beynəlxalq elmi adı

Xarici quruluşu

[redaktə | mənbəni redaktə et]

Yetkin fitonomus 5–8 mm (xortumsuz) böyüklükdə olur. Böcəyin başı uzanaraq boru formasını almışdır. Cavan böcəklərin rəngi sarımtıl-bozdur. Yaşlı böcəklərin üzəri boz tükcüklərlə örtülü olur. Böcəklərin üst tərəfindən uzununa doğru əvvvəlcə enli, sonra isə birdən nazilən tünd-qəhvəyi rəngli zolaq gedir. Yumurtası 0,5-0,65 mm böyüklükdədir, ellips şəklindədir, əvvəlcə sarı-kəhrəba rəngində olub, inkişaf etdikcə tədricən tutqunlaşır. Sürfənin uzunluğu 10 mm-dir. Ayaqsızdır. Bədənin alt tərəfindən hər buğumda bir cüt iri şişkinlik vardır. Bunlar sürfənin hərəkət etməsinə, daha doğrusu, sürünməsinə kömək edir. Sürfənin rəngi yaşıldır, başı tünd-qonur, yaxud qara rənglidir. Pupu böcəklərə xas olan açıq tiplidir və ipək sapdan toxunmuş barama içərisində yerləşir.[1]

Böcəklər yetkin dövründə xortumları ilə bitkilərin gövdələrini deşib, yumurtaqoyanı vasitəsilə ora yumurta qoyur. Hər bir deşikdə 15-25 yumurta olur. Bir dişi böcək ömrü boyu 2000-2500-ə qədər yumurta qoya bilir. Rüşeymin inkişafı dövrü 10-18 gündür. Yumurtadan çıxan sürfə gövdənin ucuna doğru sürünərək, cavan yarpaqların və təpə tumurcuqlarının arasına girib 9qapalı yaşayış dövrü) onları gəmirir. Bitkilərin üzərində sürfələrin miqdarı çox olan zaman onların böyüməsi dayanır. Sürfələr tədricən böyüyüb, açıq-yaşayış dövrünə keçərək açılmış yarpaqlarla qidalanır. 15-28 gündən sonra sürfə bir neçə yarpağı bir-birilə birləşdirib, arasında topdan barama hörür və onun içərisində pup halına keçir. Pupun inkişafı 6-11 gün davam edir, onlardan çıxan cavan böcəklər bir müddət yonca bitkisi ilə qidalanır, yay istilərinin düşməsi ilə əlaqədar olaraq kölgə yerlərə (bağlara, kolluqlara, tökülmüş yarpaqların altına və s.) girib yay yuxusuna gedir. Böcəklərin əksəriyyəti yonca tarlasından çox da uzaqlaşmır. Havaların sərinləşməsi ilə əlaqədar olaraq böcəklər yay yuxusundan oyanır. Böcək pupdan çıxan zaman onda cinsi məhsullar yetişməmiş olur. Bu məhsul (yumurta) payızda yetişir, bundan sonra o, yumurta qoymağa başlayır. Fitonomusun əsas zərərverici fazası onun sürfəsidir. Sürfələr yoncadan başqa heç bir bitki ilə qidalanmır. Qidalanma nəticəsində yem məhsulu kəmiyyətcə azalır və onun kefiyyəti xeyli pisləşir.[1] Fitonomusun sürfələrinin tüfeyli minici konidia (Conidia exiqua Gerw) və göbələk xəstəliyi (Tarichum phytonomi Jacz.) kütləvi surətdə məhv edir.

Rusiyanın Avropa hissəsi, Qafqaz, Qazaxıstan, Orta AsiyaKiçik Asiya, bütün Qərbi Avropa, Norveç istisna olmaqla, Kanar adaları, Şimali Afrika, Şimali Amerikada yayılıb[2]. Azərbaycanda yonca bitkisi əkilən bütün rayonlarda fitonomus geniş yayılmaqla onun ən təhlükəli zərərvericisi hesab olunur.

  1. 1 2 S.R.Məmmədova, B.B.Xəlilov. Kənd təsərrüfatı entomologiyası. 1986, səh 188
  2. "Определитель жуков-долгоносиков (Coleoptera: Curculionidae) России". 2019-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-19.
  • S.R.Məmmədova, B.B.Xəlilov. Kənd təsərrüfatı entomologiyası. 1986, səh 188

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]