Flaviya Domisilla (lat. Flavia Domitilla; bilinmir, Roma – ən tezi 95, bilinmir) — Roma zadəgan qadını.
Flaviya Domisilla | |
---|---|
Doğum tarixi | bilinmir |
Doğum yeri | |
Vəfat tarixi | ən tezi 95 |
Vəfat yeri |
|
Həyat yoldaşı | |
Uşaqları | 7 |
Vikianbarda əlaqəli mediafayllar |
Flaviya Domisilla Flavilər sülaləsindən idi. O, imperator Vespasianın nəvəsi, imperator Tit və Domisianın qardaşı qızı idi.[2] Domisilla atası Tit Flavi Sabinin vasitəsilə öz əmisioğlu konsul Tit Flavi Klement ilə evlənmişdir. Tit Flavi Klementə "tanrısızlıq" ittihamı altında 95-ci ildə ölüm hökmü verilmiş,[3] özü isə 96-cı ildə Pandateriya adasına sürgün edilmişdir.[4][5] Yevsevi yazmışdır ki, Domisilla xristian olduğu üçün sürgün edilmişdir. Bununla belə, Dion Kassinin hesabında o, yalnız başqaları ilə birlikdə yəhudiliyə simpatiyada günahkar bilinmişdir.[6] Svetoni sürgündən ümumiyyətlə bəhs etmir.[7] Pal Keresteş ehtimal etmişdir ki, onlar iudaizmi qəbul etmiş və iudaizmə etiqad edən bütün şəxslərə tətbiq edilən "Fiscus Judaicus" vergisini ödəməkdən yayınmağa cəhd etmişdilər.[8]