Florensiya Milli Kitabxanası

Kitabxana binası

Florensiya Milli KitabxanasıRoma Milli Mərkəzi Kitabxanası ilə yanaşı, İtaliyanın iki milli kitabxanasından biridir.[1]

Məşhur italyan alim Antonio Malyabeki 1714-cü ildə 30 min cilddən ibarət olan kitab kolleksiyasını Florensiya şəhərinə bağışlayır. Əvvəlcə Malyabeki (Malyabeçi) Kitabxanası adlanan kitabxana 1747-ci ildə rəsmi olaraq fəaliyyətə başlayır. 1861-ci ildə kitabxananın fondu “Biblioteca Palatina” adlı kitabxananın fondu ilə birləşdirilir və 1885-ci ildə Florensiya Milli Mərkəzi Kitabxanası adlandırılır.[1]

1935-ci ildə kitab kolleksiyaları Arno çayı sahilində Sezar Baççani tərəfi ndən layihələşdirilmiş binaya köçürülür. Bu vaxta qədər isə fond Uffuçi Qalereyasının binasında yerləşirdi. 1966-cı ildə çayda baş vermiş daşqın zamanı fondun yarı hissəsi məhv olmuşdur.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]