Tetraxlormetan (karbon dörd xlorid, Freon-10, xladon-10 CCI4) — Xlorüzvi birləşmədir, halogenalkandır, rəngsiz ağır mayedir, xloroformun iyinə bənzər iyə malikdir, Yanmır, zəhərlidir, suda həll olmur, əksər üzvi həlledicilərlə qarışır.
Tetraxlormetan | |
---|---|
Ümumi | |
Kimyəvi formulu | CCl4 |
Molyar kütlə | 153,82 q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 1,5954 q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | −22,87 °S |
Qaynama nöqtəsi | 76,75 °S |
Buxarın təzyiqi | 91 ± 1 mm Hg[1], 11,6 kPa |
Optik xüsusiyyətlər | |
Sındırma əmsalı | 1,4607 |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 56-23-5 |
PubChem | 5943 |
RTECS | FG4900000 |
ChEBI | 27385 |
BMT nömrəsi | 1846 |
ChemSpider | 5730 |
Su ilə 250 0C-yə kimi qızdırıldıqda hidroliz prosesi baş verir: suyun miqdarı az olduqda fosgen , çox olduqda karbon qazı alınır. 500 °C-yə kimi qızdırıldıqda sərbəst xlor ayrılaraq tetraxloretilen və heksaxloretan qarışığı alınır. Inqalyasiyalı zəhərlənmə zamanı ağciyərin şişməsi və kəskin emfizema yaradır. Metobolizm məhsulu xloroform, fosgen, karbon qazı və xlorid turşusudur.
Tetraxlormetan sənayedə metan və ya xlormetanın xlorla qarışığını 400–500 °C kimi qızdırmaqla alırlar. Bu temperturda bir sıra kimyəvi reaksiyalar gedir və yekunda metilxlorid, dixlormetan, xloroform və tetraxlormetan qarışığı alınır. Maddələr distillə yolu ilə ayrılır:
Həlledici kimi (yağlar, qatranlar, kauçuk və s.), tibbdə tətbiq edilən freonların alınmasında istifadə olunur. Tetraxlormetan "эвс" təsnifatda su mühitində neft məhsullarının infraqırmızı analizlərində istifadə olunur.
Tetraxlormetan 1930-cu ildən başlayaraq əl və stasionar yanğın söndürənlərdə hərbi, aviasiya və digər texnikalarda geniş istifadə olunmaqdadır. Bu maye, odsöndürücü kimi bir sıra üstünlüklərə malikdir. Belə ki, yanmayan, asan uçucu maye olduğu üçün sürətlə buxarlanır və yanan sahəni soyudur, saxlanılması üçün yüksək təzyiqə davamlı qablara ehtiyac duyulmur və s. Soyuq mühitdə saxlayan zaman donma dərəcəsi aşağı olan həlledicilər qatılır. Lakin özünün və parçalanma məhsullarının zəhərli olması səbəbindən məişət sistemlərində tətbiq sahəsi tapmamışdır. Maşınlarda, yanğın zamanı söndürücülərdən istifadə etdikdə zəhərli qazlardan qorunmaq üçün əleyhiqazla işləmək tövsiyə olunur.
Maye və qaz formasında belə zəhərlidir.(3) Orqanizmə düşəndə 48 saat ərzində sorulur. Xloroform və karbon iki oksidə metabolizə olunur.(4)