Karolinqlər

Karolinq Frank dövləti — VII əsrin sonunda Merovinq dövlətinin bütün vilayətlərində de-fakto hakimiyət mayordomların əlində idi. Əvvəllər onlar kralın saray idarəsinə başçılıq edən vəzifəli şəxslər (majordomus – evin böyüyü (məsələn Səlcuqlular dövlətində bunun analoqu Atabəy idi.) saray təsərrüfatını idarə edən) idilər. Hər cür gerçək hakimiyətdən uzaqlaşdırılan Merovinqlər sülaləsi kralları mayordomların iradəsindən asılı olaraq təyin olunur və taxtdan salınırdılar. Onlar müasirləri tərəfindən saymazyana, "ərincək krallar" ləqəbi almışdılar. 687-ci il də frank əyyanları içərisində uzunsürən mübarizədən sonra Avstraziya majordomu Heristallı Gödək Pipin bütün Firəng dövlətinin majordomu oldu. Heristallı Pipinin nəsli olan Avstraziya majordomları birləşmiş Frank Dövlətinin hökmdarları olaraq yeni firəng sülaləsinin başlanğıcını qoydular. 751-ci ildən sonra Firəng dövlətinin kralları kimi idarə edən bu sülalə sonra Böyük Karlın adı ilə Karolinqlər sülaləsi adlanmağa başladı. Karolinqlərin hakimiyəti dövründə firəng cəmiyətində aqrara münasibətlərdə çevriliş baş verdi ki, bu da feodalizm quruluşunun, ümumi cəhətlərdə, formalaşmasının başa çatması ilə nəticələndi. 8 əsrdə Firəng dövlətində iki təbəqə yaranmışdı: birincisi Qalliya-Roma və qədim alman mənşəli iri torpaq sahibləri. Onların çox hissəsi öz torpaqlarına (allod) şərtsiz sahib idilər. Buna görə də mərkəzi hakimiyətə qarşı çox vaxt əli silahlı qiyam edirdilər; ikincisi – bu və ya digər dərəcədə asılı olan kəndlilər. Onların torpaq mülkiyəti yox idi. Bu asılı adamların mühüm hissəsi Qalliya-Roma qulları, kolonları, köləlikdən qurtulmuşlar, qədim alman qulları və litlərinin nəsilləri idi. Bu kateqoriyalar arasında fərqlər getdikcə daha çox silinirdi. VIII–IX əsrin əvvəllərinin aqrar çevrilişi əsnasında, məhz bu aralıqtəbəqlərin silinib aradan qalxması hesabına feodalizm cəmiyətinin əsas sinifləri, o cümlədən asılı kəndlilər sinfi yarandı. Məhz bu içtima – iqtisadi dəyişikliklər Heristallı Pipinin varisi – majordom Toxmaq Karlın siyasətini müəyyən etdi. 715-ci ildən 741-ci ilədək hakimiyətdə olan Toxmaq Karl, daxili ixtişaşları yatırmaqdan başladı. Karl ona qarşı üsyana qalxmış Neystriya feodallarını, sonra isə AkvitaniyaProvans hersoqlarını əzib Reynin o tayındakı itaətdən çıxmış qədim alman tayfalarına – saksonlara, frizlərə, allemanlara, bavarlara qarşı hucuma keçdi və onları yeidən bac verməyə məcbur etdi. Karl Martell 732-ci ildə Puatye yaxınlığında, həlledici vuruşmada, ərəbləri məğlub etdi; ərəblər VIII əsrin əvvəlində İspaniyanı işğal edib 720-ci ildə Cənubi Qalliyaya soxulmuş, Firəng dövləti üçün təhlükə yaratmışdılar. Firənglərin Puatye döyüşündəki qələbəsi, ərəblərin Avropada irəliləməsinin qarşısını aldı. Ərəblərin əlində, indi ancaq Cənubi Qalliyanın kiçik bir hissəsi – Narbonn ilə Septimaniya qaldı.

Fransa tarixi
Fransa dövlət gerbi
Bu məqalələr ölkə seriyasındandır
Tarixə qədərki Fransa
Antik Fransa
Roma Qalliyası (e.ə. 220481)
Orta əsrlər Fransası
Sülalələr:
Merovinqlər (481751)
Karolinqlər (751987)
Kapetinqlər (9871328)
Valua (13281589)
Burbonlar (15891792, 18141848)
İnqilaba qədərki Fransa
Yüzillik müharibə (1337-1453)
Jakeriya üsyanı (1358)
Nant razılaşması
Fransa mütləqiyyəti (16431789)
Müasir Fransa
Böyük Fransa inqilabı (17891799)
Yakobinlər (17931794)
Konvent (17921795) (Jirondistlər, Montanyarlar)
Əbukir dəniz döyüşü (1798)
Əbukir döyüşü (1799)
Fransa Direktoriyası
Birinci Fransa Respublikası (17921804)
Birinci imperiya (18041814)
Tilsit sülhü (1807)
Burbon restavrasiyası (18141830)
İyul monarxiyası (18301848)
İkinci Fransa Respublikası (18481852)
İkinci imperiya (18521870)
Üçüncü Fransa Respublikası (18701940)
Paris Kommunası (1871)
Dreyfus işi (1894-1906)
Vişi rejimi (19401944)
Fransa Respublikasının Müvəqqəti Hökuməti (19441946)
Dördüncü Fransa Respublikası (19461958)
Beşinci Fransa Respublikası (1958)

Fransa portalı
border=none Əsas məqalə: Böyük Karl

Firəng dövlətinin ən qüdrətli çağı Gödək Pipinin oğlu, bir çox əfsanələr, rəvayətlər və mahnıların qəhrəmanı olmuş Böyük Karlın (768–814) hakimiyəti illərinə düşür. Onun İtaliya səfəri (774)lanqobard kralı Deziderin taxtdan salınması, mülklərinin isə Firəng dövlətinə birləşdirilməsi ilə nəticələndi. Karl Ərəb İspaniyasına da hucum etdi. Lakin onun İspaniyaya birinci yürüşü (778) uğursuz oldu: franklar Saraqosadan geri dönməyə məcbur edildilər. Bu uğursuz səfər sonralar məşhur fransız Orta Əsr cəngavər eposu "Roland haqqında nəğmə" üçün süjet əsası oldu. Bundan sonra firənglərin müntəzəm surətdə İspaniyaya hucum etdilər. 801-ci ildə Barselona zəbt olundu və İspaniya markası kimi Firəng dövlətinə qatıldı. Böyük Karlın zamanında uzun sürən müharibərlərdən (772–804) sonra Saksoniya işğal olundu. Bu müharibədə Karl son dərəcədə qəddarlıq göstərdi. Bavariyanın 788-ci ildə işğal edilməsi Karlı Avar xaqanlığı ilə üz-üzə qoydu.[1]

  1. Orta Əsrlər Tarixi "Maarif" Nəşriyatı Bakı-1988 səh. 108-110