Azerspace-2 (ing. Azerspace-2 Satellite) — Azərbaycan Respublikasının sayca üçüncü, təyinatına görə ikinci telekommunikasiya peyki. "Azerspace-2" ABŞ-nin Space Systems Loral (SSL) şirkəti tərəfindən inşa olunmuşdur. Azerspace-2 26 sentyabr 2018-ci il tarixində Fransız Qvineyasının (Cənubi Amerika) Kuru kosmodromundan orbitə buraxılmışdır.
Azerspace-2 | |
---|---|
Xüsusiyyətləri | |
Buraxılma tarixi | 26 sentyabr 2018 |
Status | aktiv |
Başlanğıc çəkisi | 3500 kq |
İstehsalçı | Space Systems/Loral |
Vikianbarda əlaqəli mediafayllar |
Azerspace-2 peykinin istismar müddəti isə azı 15 il nəzərdə tutulur.
Azerspace-2 peykinin əhatə zonasına Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və tropik Afrika ölkələri daxildir. Azerspace-2 həm də birinci telekommunikasiya peyki olan Azerspace-1-in orbitdəki ehtiyatı rolunu öz üzərinə götürəcək.[1]
"BakuTel-2015" sərgisi çərçivəsində 2 dekabr 2015-ci ildə "Azerspace-2" peykinin orbitə çıxarılması barədə "Azərkosmos" ASC ilə Fransanın "Arianespace" şirkəti arasında müqavilə imzalanmışdır.[2]
26 sentyabr 2018-ci il tarixində Fransanın Ariane-5 roketi ilə Fransız Qvianasının Kuru kosmodromundan orbitə buraxılmışdır.[3] Azərkosmos ASC idarəsində olan peyk 45 dərəcə Şərq uzunluq dairəsində, geostasionar orbitdə yerləşib.[4]
Azərkosmos ASC-nin sədri Rəşad Nəbiyevin sözlərinə əsasən peyki orbitə buraxılmamış tutumlarının 46%-i artıq satılıb.[5]