Franyo Tucman Aeroportu

Franyo Tucman Aeroportu (xorv. Zračna luka „Franjo Tuđman”) — Xorvatiyanın ən böyük və ən aktiv aeroportudur. Hava limanı Xorvatiyanın keçmiş prezidenti Franyo Tucmanın adını daşıyır. Liman həm də Pleso aeroportu kimi də tanınır.

Franyo Tucman Aeroportu
Xəritə

45°44′35″ şm. e. 16°04′08″ ş. u.HGYO


IATA: ZAGICAO:

LDZA

Franjo Tudman Aeroportu (Xorvatiya)
Franjo Tudman
Aeroportu
Məlumat
Ölkə
Açılış tarixi 1962
Operator MZLZ (Međunarodna zračna luka Zagreb d.d.)
Qovşaq Croatia Airlines, Trade Air
Uçuş-enmə zolaqları
İstiqamət Uzunluq Səth
ft m
05/23 10 669 3 252 Beton/Asfalt
Statistika (2015)
Sərnişinlər2 587 798
Təyyarə hərəkətləri39 854
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aeroport Velika Goritsada Zaqreb Mərkəzi Vağzalından 10 km cənub-şərqdə yerləşir. Aeroportun ərazisində, "Polkovnik Marko Jivkoviç" baraklarında Xorvatiya Hərbi Hava və Hava Hücumundan Müdafiə Qüvvələrinin bazası yerləşir. Həmçinin, aeroportda Xorvatiya Hava Nəqliyyatına Nəzarət İdarəsinin qərargahı var. Aeroport 2015-ci ildə 2 587 798 sərnişinə xidmət edib.

Aeroport Xorvatiya hökuməti tərəfindən imzalanan müqaviləyə müvafiq olaraq 30 illik konsessiya əsasında ZAIC konsorsiumuna (Zaqreb Aeroportu Beynəlxalq Şirkəti) verilmişdir.

Sərnişin terminalı yeni layihə ilə yenidən qurulub və 2008-ci ildən bəri VIP terminal kimi sərnişinlərə, aeroport ziyarətçilərinə xidmət göstərir. Yeni terminala 2009-cu ildə yeni fasad dizaynı verildi. Sərnişin terminalı hər il təxminən 2,5 milyon sərnişin daşıması həyata keçirir. İkinci terminalın tikintisindən sonra bu terminalın ucuz və ölkə daxili uçuşlar üçün nəzərdə tutulacağı gözlənilir.

Terminal 2 hələ tikilməkdədir.

Hava yolları və uçuşlar

[redaktə | mənbəni redaktə et]
Hava yolları Uçuş məntəqəsi
Aeroflot MoskvaŞeremetyovo
Air Europa MövsümiSaraqosa
Air France Paris
Air Malta Mövsümi — Malta (18 iyul 2016-dan)
Air Serbia Belqrad
Air Transat MövsümiToronto
Austrian Airlines Vyana
British Airways London
Brussels Airlines Brüssel
Croatia Airlines Amsterdam, BrüsselKopenhagen, Dubrovnik, Frankfurt, London, Milan (20 may 2016-dan), Münhen, Paris, Praqa (21 may 2016-dan), Priştina, Sankt-Peterburq, Sarayevo, Skopye, Vyana, Sürix.

MövsümiAntalya, Afina, Barselona, Tel-Əviv.

Qatar Hava Yolları Doha
Türk Hava Yolları İstanbul
Hava yolları Uçuş məntəqəsi
Solinair Berqamo, Lyublyana, Sarayevo, Venesiya
Trade Air Lyublyana, Sarayevo
Qatar Airways Cargo Doha
MNG Airlines İstanbul
UPS Airlines Bonn, Lyublyana

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]