Frenk Ramsey (ing. Frank Plumpton Ramsey; 22 fevral 1903[1][2][…], Kembric[1] – 19 yanvar 1930[1][2][…], London[1]) — ingilis riyaziyyatçısı, riyaziyyat, fəlsəfə və iqtisadiyyat sahəsində tədqiqatçı, Ramsey teoreminin, Ramsey nəzəriyyəsinin, Ramsey təkliflərinin müəllifi, Ramsey-Kass-Kupmans modelinin həmmüəllifi.
Frenk Ramsey | |
---|---|
ing. Frank Plumpton Ramsey | |
Doğum adı | Frank Plumpton Ramsey |
Doğum tarixi | 22 fevral 1903[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 19 yanvar 1930[1][2][…] (26 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | Sarılıq[1] |
Vətəndaşlığı | |
Elm sahələri | kombinatorika, riyaziyyat, Riyaziyyat fəlsəfəsi, məntiq, epistemologiya, iqtisadiyyat |
İş yeri | |
Təhsili |
|
Vikianbarda əlaqəli mediafayllar |
22 fevral 1903-cü ildə riyaziyyatçı və Maqdalen Kollecinin prezidenti Artur Remsinin ailəsində anadan olub. Dörd uşağın ən böyüyü idi. Kiçik qardaş Maykl Ramsay daha sonra Canterbury arxiyepiskopu oldu, lakin Frenkın özü ömrünün sonuna qədər döyüşkən ateist idi[3][4]. 1915-ci ildə Frenk Vinçester Kollecinə daxil oldu, daha sonra Triniti Kollecində riyaziyyat təhsili aldı, burada onun çox yönlü qabiliyyətləri və maraqları erkən ortaya çıxdı.
1924-cü ildə Con Meynard Keynsin dəstəyi sayəsində Kembricdəki Kinq Kollecində müəllim oldu. Riyaziyyatdan mühazirələr oxumuş, sonralar riyaziyyat istiqaməti üzrə tədris şöbəsinin müdiri olmuşdur.
İqtisadiyyatda o, riyazi modelləşdirmə problemlərini öyrənmiş, xüsusən optimal vergitutma və iqtisadi artım modellərini işləyib hazırlamışdır. Frenk Ramseyin riyazi iqtisadiyyat sahəsində apardığı tədqiqatlar müasirləri tərəfindən yüksək qiymətləndirilmiş, iqtisadi artım modellərindən biri onun adını daşıyır, Ramsey problemi də iqtisadi nəzəriyyədə məlumdur.
İqtisadiyyatda o, riyazi modelləşdirmə problemlərini öyrənmiş, xüsusən optimal vergitutma və iqtisadi artım modellərini işləyib hazırlamışdır. Frenk Ramseyin riyazi iqtisadiyyat sahəsində apardığı tədqiqatlar müasirləri tərəfindən yüksək qiymətləndirilmiş, iqtisadi artım modellərindən biri onun adını daşıyır və iqtisadi nəzəriyyədə də Ramsey problemi məlumdur.
Onun ehtimalın təbiəti ilə bağlı əsərləri bir çox cəhətdən öz dövrünü qabaqlayırdı, onların əhəmiyyəti yalnız oyun nəzəriyyəsi və qərarlar nəzəriyyəsinin inkişafı ilə aydın oldu. Lüdviq Vitgenşteynlə əməkdaşlıq edərək, 19 yaşında onun “Traktatus Məntiqi-Fəlsəfə” əsərini tərcümə etdi. Vitgenşteyn və italyan iqtisadçı Pyero Sraffa ilə müzakirələrdə iştirak etdi.
O, 1930-cu il yanvarın 19-da infeksion hepatitlə nəticələnən uğursuz əməliyyat nəticəsində dünyasını dəyişib.