Freya — 2012-ci ildən 2014-cü ilə qədər Böyük Britaniyanın Baş nazirinin Dauninq-strit 10 ünvanında yerləşən iqamətgahında baş siçantutan[ing.] vəzifəsində çalışmış pişik
Freya | |
---|---|
ing. Freya | |
| |
Böyük Britaniya Baş nazirinin iqamətgahında baş siçantutan[d] | |
16 sentyabr 2012 – 9 noyabr 2014 | |
Məlumatlar | |
Növü | ev pişiyi |
Cinsiyyəti | dişi |
Doğum tarixi | aprel 2009 |
Doğum yeri | London |
Peşə | siçantutan[d] |
2012-ci ilin sentyabrında Freya Larri ilə eyni vəzifəni paylaşıb.
16 sentyabr 2012-ci ildə "The People"dan Naycel Nelson xəbər verdi ki, baş nazir Devid Kemeron Larrini Kabinet Ofisinin siçantutan vəzifəsindən azad edib və yerinə Freyanı təyin edib. Kameron Larrinin tənbəlliyindən bezdiyini iddia edirdi. Kemeron Freyanı "daha sərt" olduğu üçün seçmişdi.[1]
2012-ci ilin oktyabrında polis Larri ilə Freya arasında 10 nömrəli binanın qarşısında mübahisəni dağıtmalı oldu.[2] Baş nazirin sözçüsü Freya və Larrinin "birlikdə mövcud ola bildiklərini" bildirdi və əlavə etdi ki, o, iki pişiyin macəraları haqqında əlavə şərh verməyəcək.[3]
2014-cü ilin may ayında Freya Dauninq-stritdən bir mil uzaqlaşdı və bir xeyriyyə işçisi tərəfindən xilas edilməli və geri qaytarılmalı oldu.[4]
2014-cü ilin avqustunda Freya Vaytholda avtomobil tərəfindən vuruldu və sonra baytar tərəfindən müalicə olundu. Corc Osborn[ing.] ev heyvanının köməyinə gələnlərə "çox minnətdar olduğunu" bildirdi.[5] Bu hadisələrdən sonra Freya gəzmək arzusunu həyata keçirmək üçün Kent kəndinə göndərildi.[6] 2015-ci ilin fevral ayında o, Hökumət Qonaqpərvərlik İdarəsinin rəhbəri Robert Alexander ilə yaşamaq üçün Londonun Oval bölgəsinə[ing.] köçdü.[7]
Freya 4 avqust 2022-ci ildə, 13 yaşında vəfat edib.[8]